Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İvrit təqvimi və ya Yəhudi təqvimi (ivr. ‏הלוח העברי‏‎, ing. Hebrew calendar) — yəhudilərin dini məqsədlərlə istifadə etdiyi təqvimdir. Aylar etibariylə qəməri,

Yəhudi təqvimi

  • Ana Səhifə
  • Vikipediya
  • Yəhudi təqvimi

İvrit təqvimi və ya Yəhudi təqvimi (ivr. ‏הלוח העברי‏‎, ing. Hebrew calendar) — yəhudilərin dini məqsədlərlə istifadə etdiyi təqvimdir. Aylar etibariylə qəməri, illər etibariylə Günəş əsaslı (Lunisolar) bir təqvimdir. Yəhudi bayramları və Matzevah mərasimləri kimi özəl günlərin tarixləri bu təqvimə görə müəyyən edilir. Təqvim Tanaxa görə dünyanın yaratıldığı gündə başlayır.

Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş

Təqvim dövrü Uzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

İvrit təqvimi eramızdan əvvəl 3760-ci il sentyabrın 1-də insanın yaradılması ilə başlayır və eramızın 3240-cı il sentyabrın 23-də, cəmi 7000 il başa çatır.

Bilinən ilk Yəhudi təqvimi Süleyman Peyğəmbərin dövründə yaradılan Qezer təqvimidir. On iki qəməri əsaslı aydan ibarətdir. Kənd təsərrüfatı fəaliyyətinin planlaşdırılması məqsədilə yaradılmış olan təqvim qəməri əsasa sahib olmaqla birlikdə sonradan Günəş əsaslı təqvimə çevrildi.

İsrail oğulları isə Babil təqvim quruluşuna istinadən yaratdıqları və qarışıq sistemə sahib olan bir quruluşdan istifadə etmişdir.

Təqvimin e.ə. 10-cu əsrdən qalmış bir nümunəsi İstanbul Arxeologiya Muzeyində saxlanılır.

Mündəricat

Yəhudi ayları

Yəhudi ayları qəməri aylardır. Ayın hərəkətlərinə görə tərtib edilib və hər biri 29 və ya 30 gün davam edir. Hər ay yeni Ayın (Molad) ilk dəfə görünməsi ilə başlayır və növbəti yeni Ayın görünüşünə qədər keçən müddəti əhatə edir. Günəş təqvimində 12 ay olaraq hesablanan bir il qəməri əsaslı təqvimdə 12,4 ay olaraq hesablanır. Bu fərqin aradan qaldırılması üçün İvrit təqviminə müəyyən aralıqlarla bir ay əlavə edilir. Artıq ay olan Adar II hər 19 ildə 7 dəfə əlavə edilir. Hər 19 ilin 12-də 12 ay var və 3-cü, 6-cı, 8-ci, 11-ci, 14-cü, 17-ci ve 19-cu illərə Adar II əlavə edilir.

Yəhudi təqvimində aylar belə sıralanır:

  1. Tişrey (rəsmi olaraq ilk ay)
  2. Xeşvan
  3. Kislev
  4. Tevet
  5. Şvat
  6. Adar
    1. VeAdar (artıq ay)
  7. Nisan (dini olaraq ilk ay)
  8. İyar
  9. Sivan
  10. Tammuz (ay)
  11. Av
  12. Elul

Həmçinin bax

  • Yəhudilər
  • Yəhudilik
  • Hicri təqvim
  • Miladi təqvim

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yəhudi təqvimi haqqında məlumat. Yəhudi təqvimi nədir? Yəhudi təqvimi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    27 fevral

  • Fevral 24, 2026

    UTC−05:00

  • Fevral 24, 2026

    Hind təqvimi

  • Fevral 23, 2026

    11 sentyabr

  • Fevral 24, 2026

    Bakteriyalar

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst