Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çao — ilk dəfə Yuan sülaləsində Xubilay xan dövründə dövriyyəyə buraxılmış valyuta vahidi, əskinas. İlk dəfə 1260-cı ildə tədavülə buraxılmışdır və Toqhon Temür

Çao

  • Ana Səhifə
  • Vikipediya
  • Çao

Çao — ilk dəfə Yuan sülaləsində Xubilay xan dövründə dövriyyəyə buraxılmış valyuta vahidi, əskinas. İlk dəfə 1260-cı ildə tədavülə buraxılmışdır və Toqhon Temür dövrünəcən dövriyyədə olmuşdur. Marko Polo xatirələrində bu əskinasdan bəhs etmişdir.

Çao
çin. 鈔
1287-ci ildə istifadə olunmuş Çao qəlibi
Tarixi
Dövriyyə periodu 1260—1370

Mündəricat

Elxanilər dövlətində

Çao, 1294-cü ildə Keyxatu xan dövründə Elxanilər dövlətində də dövriyyətə buraxıldı. İlk Çao əskinası 12 sentyabr 1294-cü ildə, Təbrizdə dövriyyəyə buraxılmışdı. Əskinasların çap olunduğu yerlər çaoxana adlanırdı.

Yeni valyutanın dövriyyəyə buraxılmasının səbəbi Keyxatunun dövlət xəzinəsini yerli-yersiz xərcləməsi idi. Vəzir Sədrəddin Zəncaninin təşəbbüsü ilə çaonu qəbul etməyən hamıya ölüm cəzası verilməsi barədə qanun qəbul edildi. Qanunda qızıl və gümüş sikkələrin kəsilməsi də qadağan olunurdu.Lakin bu, bahalaşma və bazarların boşalmasına gətirib çıxardı. Hökumət məcbur olub ərzaq üçün qızılın istifadəsinə yenidən icazə verdi.

Dövriyyənin sonu

1295-ci ildə Baydu xanın taxta keçməsi ilə Çaonun da dövriyyəsi bitdi. Baydu və Qazan xan dövrlərində qızıl və gümüş sikkələr geri qayıtdı və çaolar yandırıldı.

Quruluşu

Elxanilər çaosunun üzərində çincə yazılar və Çin versiyasından fərqli olaraq kəlmeyi-şəhadət qeyd olunmuşdu. İbn əl-Fövətinin dediklərinə əsasən çaolar minimum ¼ dirhəm və maksimum 10 dinar ekvivalentində dəyər daşıyırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çao haqqında məlumat. Çao nədir? Çao nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Ali-İmran surəsi

  • Fevral 26, 2026

    V əsr

  • Fevral 27, 2026

    Kirasirlər

  • Fevral 27, 2026

    Çiçək tozu

  • Fevral 27, 2026

    Yollıq xaqan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst