Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sinxay inqilabı və ya 1911 Çin İnqilabı — Sin sülaləsinin hakimiyyətinə son qoydu və 1 yanvar 1912-ci ildə Çin Respublikasının qurulması ilə nəticələndi. İnqila

Sinxay inqilabı

  • Ana Səhifə
  • Vikipediya
  • Sinxay inqilabı

Sinxay inqilabı və ya 1911 Çin İnqilabı — Sin sülaləsinin hakimiyyətinə son qoydu və 1 yanvar 1912-ci ildə Çin Respublikasının qurulması ilə nəticələndi. İnqilab 2000 illik imperator hakimiyyətinin sonunu və Çinin ilk respublika dövrünün başlanğıcını qoydu.

Sinxay inqilabı
(1911 Çin İnqilabı)
Sin sülaləsinə qarşı etirazlar
辛亥革命
Şanxayda inqilabın qeyd edilməsi
Şanxayda inqilabın qeyd edilməsi
Tarix 10 oktyabr 1911 - 12 fevral 1912 (4 ay 2 gün)
Yeri Çin
Nəticəsi

İnqilabçıların qələbəsi

  • Sin sülaləsinin süqutu
  • Çin Respublikasının yaranması
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
    Sinxay inqilabı

    "Sinxay inqilabı" Çin yazısında
    Çincə: 辛亥革命
    Tərcüməsi: Sinxay inqilabı
    Transkripsiya
    Putunxua
    - pinyin: Xīnhài gémìng
    - Ueyda-Caylza: Hsin1-hai4 kê2-ming4
    Min dili
    - tayvanca POJ: Sen-hāi kek-bēng
    Yue (kantonca)
    - yutpxin: San1-hoi6 gaak3-ming6
    - yelcə romanizasiya: Sān-hoih gaak-mihng

    Mündəricat

    Mənşəyi

    1842-ci ildə Birinci tiryək müharibəsində Qərbə ilk məğlubiyyətini yaşadıqdan sonra Sin imperator məhkəməsi Çinə xarici müdaxilələri dayandırmaq üçün mübarizəyə başladı. Ənənəvi idarəetmə metodlarını tənzimləmək və islah etmək səyləri uğursuzluqla nəticələnirdi. 1860-cı ildə İkinci tiryək müharibəsindəki məğlubiyyətdən sonra Sin, 1861-ci ildən etibarən Özünü Gücləndirmə Hərəkatı ilə müəyyən Qərb texnologiyalarını mənimsəyərək modernləşməyə çalışdı. Taypin (1851–64), Nian (1851–68), Yunnan (1856–68) və Dunqan (1862–77) üsyanlarına qarşı mübarizədə ənənəvi imperiya qoşunları özlərini səriştəsiz göstərdilər və idarəetmə yerli ordulara etibar edildi. 1895-ci ildə Çin Birinci Çin-Yapon müharibəsi zamanı növbəti məğlubiyyətə uğradı. Bu, ənənəvi Çin feodal cəmiyyətinin texnoloji və ticari inkişafında uğur qazandığı təqdirdə belə modernləşməli olduğunu göstərdi.

    İnqilabın təşkili

    Ekən qruplar

    Bir çox inqilabçı və qrup, Han rəhbərliyini yenidən qurmaq üçün Sin hökumətini devirmək istəyirdi. Çin xaricində ən erkən inqilabi təşkilatlar, məsələn, Yeng Kuvanın 1890-cı ildə Honkonqda yaradılan Furen Ədəbi Dərnəyi quruldu. Bu dərnəyin ilk Çin manhualarından biri, sonradan "South China Morning Post"un əsas qurucularından olan, "Uzaq Şərqdəki vəziyyət" barədə siyasi satiranın müəllifi Tse Tsantay da daxil olmaqla 15 üzvü var idi.

    Dr. Sun Yatsen Londonda

    Sun Yatsen inqilablar üçün vəsait toplamaq məqsədilə 1894-cü ildə Honoluluda Sinçjunxoy ("Çin cəmiyyətini canlandırma") cəmiyyətini qurdu. İki təşkilat 1894-cü ildə birləşdi.

    Tunmenhoy

    Sun Yatsen Huasinhoy, Quanfuhoy və "Cin cəmiyyətini canlandırma" təşkilatlarını 1905-ci ilin yayında uğurla birləşdirdi və bununla da 1905-ci ilin avqust ayında Tokioda "Tunmenhoy" təşkilatını qurdu. Tokioda qurulmasına baxmayaraq, Çin daxilində və xaricində ona tabe olan təşkilatlar var idi. Sun Yatsen bu vahid qrupun rəhbəri idi. Tunmenhoy ilə işləyən digər inqilabçılar arasında Van Cinvey və Hu Hanmin var idi. Tunmenhoy qurulduqda üzvlərinin 90%-dən çoxu 17–26 yaş arasında idi.

    Sun Yatsen Çin Respublikasının rəhbər şəxsləri ilə birlikdə Min sülaləsinin birinci imperatoru Çju Yuançjanın məzarını ziyarət edərkən (1912-ci il)

    Respublikanın elanı

    Çin Respublikası elan edilməsi və dövlət bayrağının qəbul edilməsi

    Çin Respublikasının "Beş millətin ittifaqı" adlı bayrağı

    29 dekabr 1911-ci ildə Sun Yatsen ilk müvəqqəti prezident seçildi. 1 yanvar 1912-ci il tarixi Çin Respublikasının ilk günü olaraq qəbul edildi. 3 yanvar tarixində nümayəndələr Li Yuanhonu müvəqqəti sədr müavini kimi tövsiyə etdilər.

    1911 inqilabında iştirak edən bir çox qruplar dövlət bayrağı qismində öz bayraqlarının qəbul edilməsini istəyirdilər. Vuçan üsyanı zamanı Vuçanın hərbi birləşmələri üzərində taicitu təsvir edilmiş doqquz ulduzlu bayrağı istifadə edirdilər. Müsabiqədə iştirak edənlər arasında Lu Haodonun "Mavi səmada ağ günəş" bayrağı da var idi. Sonda məclis "Beş millətin ittifaqı" bayrağını qəbul etdi.

    Həmçinin bax

    • 1911 (film)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sinxay inqilabı haqqında məlumat. Sinxay inqilabı nədir? Sinxay inqilabı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Crataegus austromontana

    • Fevral 27, 2026

      Vikinq proqramı

    • Fevral 26, 2026

      Ağac

    • Fevral 27, 2026

      Harpaq

    • Fevral 27, 2026

      Rok

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst