Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Manhua (çin:  漫畫, sadə heroqlif. 漫画, pinyin: Mànhuà) — Çin komiksləri. Bu ad altında Çində (Tayvan və Honkonq daxil olmaqla) nəşr olunmuş bütün komikslər nəzərd

Manhua

  • Ana Səhifə
  • Vikipediya
  • Manhua

Manhua (çin:  漫畫, sadə heroqlif. 漫画, pinyin: Mànhuà) — Çin komiksləri. Bu ad altında Çində (Tayvan və Honkonq daxil olmaqla) nəşr olunmuş bütün komikslər nəzərdə tutulur, bura çin dilinə tərcümə olunmuş yapon manqaları da daxildir. Çinin quru hissəsində manhuanın istehsalının əhəmiyyətli inkişafına baxmayaraq, hələ də komikslərin böyük hissəsi Tayvan və Honkonqda nəşr olunur. Hesab edilir ki, manhuanın ilk müəllifi Tomas Çudur (Tomasu Chew).

"Manhua" sözünün heroqliflərlə yazılışı.

Mündəricat

Adı

Qərb dillərində manqa, manxva və manhuanı bir-birindən fərqləndirmək qəbul olunub. Amma öz ölkələrinin dilində bu sözlər eyni heroqliflərlə yazılır və ümumiyyətlə komiks deməkdir. Misal üçün, əgər çinli bildirmək istəyirsə ki, o manhuadan yox, məhz manqadan danışır, onda o deyəcək "yapon tərzində komikslər (manhua)" (日式漫画). Bu söz ilk dəfə Yaponiyada XIX əsrin əvvəllərində peyda olub və hərfi mənada "qrotesk", "qəribə (və ya şən) şəkillər" deməkdir.

Tarixi

Vendi Syui Vonq özünün yazdığı Honkonq komiksləri: manhuanın tarixi kitabında qeyd edir ki, çin komiksləri "özlərinə daxildir: fərqli stil və formalarda karikaturalar, komikslər və lyanxuantu (ənənəvi şəkilləri olan çin hekayələr kitabı)". Lyanxuantuda (连环图 — hərfi olaraq "şəkillərdən ibarət zəncir", "bir-biri ilə bağlı şəkillər") şəkillər səhifəni bütöv tutur və "buludsuz" imzalarla olur, bununla da lyanxuantu ənənəvi komikslərdən fərqlənir.

Müasir komiksləri və karikaturaları xatırladan şəkillər Çinin bütün tarixi boyu mövcud olub. Bu tipli şəkillərin ən qədim nümünələri daş barelyef və dulusçuluq məhsulları üzərində qorunub saxlanılıb. Eləcə də Min (1368—1644 b.e.) və Tsin (1643—1911 b.e.) dövrünün satirik şəkilləri üzərində də var. Ənənəvi Çin manhuasının peydə olduğu vaxtı çox uzun intervalla ifadə edirlər — 1867-ci ildən 1927-ci ilə kimi. Ənənəvi manhua Çində mədəni inqilaba (1966—1976-cı illər) kimi aktiv inkişaf edirdi. Bu inqilab faktiki olaraq Çinin təbii mədəni inkişafını 10 il ləngitdi. Bu zamanda isə Tayvan və Honkonqda müasir manhua aktiv olaraq inkişaf etməyə başladı, yapon manqasının buna bir çox baxımdan təsiri var.

1980-ci illərdə ənənəvi manhua sənəti cüzi olaraq oyanmağa başladı, lakin 1990-cı illərdə Çinin quru hissəsinə Tayvan və Honkonqdan müasir manhua daxil olmağa başladı. Onlar ÇXR-in bazarını tez bir zamanda ələ aldı.

Həmçinin bax

  • Manqa
  • Manhva

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Manhua haqqında məlumat. Manhua nədir? Manhua nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Müflis

  • Fevral 27, 2026

    Arpaçay ilçəsi

  • Fevral 26, 2026

    Bələdiyyə

  • Fevral 27, 2026

    Paraiba

  • Fevral 26, 2026

    .je

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst