Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan Superkuboku — kubok 4 dəfə — 1993, 1994 və 1995-ci illərdə — "Səhər" qəzetinin Superkuboku adı ilə keçirilib. 2013-cü ildə isə Azərbaycan Superkuboku

Azərbaycan Superkuboku

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan Superkuboku

Azərbaycan Superkuboku — kubok 4 dəfə — 1993, 1994 və 1995-ci illərdə — "Səhər" qəzetinin Superkuboku adı ilə keçirilib. 2013-cü ildə isə Azərbaycan Superkuboku adı ilə yenidən bərpa edilmişdir. Qalib iki dəfə "Neftçi Bakı", bir dəfə isə "Qarabağ" və "Xəzər-Lənkəran" olmuşdur.

Azərbaycan Superkuboku
Azərbaycan Superkuboku
Açılış ili 1993
Region Azərbaycan
Komandaların sayı 2
Son çempion Xəzər-Lənkəran
Ən uğurlu klub Neftçi Bakı (2 dəfə)
TV yayımçıları İdman Azərbaycan
Veb səhifəsi www.pfl.az
2013

Mündəricat

Tarixi

İlk Superkubok oyunu 1993-cü il fevralın 21-də baş tutub. Birinci və hələlik sonuncu dəfə matçda çempionla kubokun sahibi görüşüb. Sumqayıtda "Neftçi" ilə "İnşaatçı Bakı" arasında görüş baş tutub. Həmin matç böyük hesabla nəticələnib – 4:1. Ölkə çempionu "Neftçi" bu yarışda da gücünü göstərib. 1993-cü ildə "Qızıl dubl" edən "Qarabağ" isə təşkilatçılar tərəfindən Superkubokla da mükafatlandırıldı. Hərçənd, çempionun kubokun finalçısı və ya gümüş mükafatçı ilə oynaması mümkün idi. 1993/94 mövsümünün çempionu "Turanla" kubokun qalibi "Kəpəz" arasında Superkubok oyunu baş tutmadı. Çünki həmin vaxt çempionatda çıxışını dayandıran Neftçi və onun tərəfində olan klublar AFFA-ya alternativ qurum yaratmaqla məşğul idi. Belə vaxtda Superkubok heç yada da düşmürdü. 1994/95 mövsümündə çempion olan "Kəpəz" isə Superkubokda oynamaqdan imtina edən ilk çempion oldu. Azərbaycan kubokunun qalibi "Neftçi"nin qarşısına vitse-çempion Turan çıxdı.

2005-ci ildə Ramiz Mirzəyev AFFA-nın prezidenti olduğu dövrdə yenidən Superkubok oyununun keçirilməsi gündəmdə idi. Hətta çempion "Neftçi PFK" ilə ölkə kubokunun sahibi "Bakı FK" arasında həlledici matç təqvimə də daxil edilmişdi. Bu görüşün Naxçıvanda keçiriləcəyi gözlənilsə də, sonradan təxirə salındı.

24 may 2013-cü ildə Azərbaycan Peşəkar Futbol Liqasının iclasında qurumun sədri Ramin Musayev bildirdi ki, "Biz Super Kubokun yenidən keçirilməsi ilə bağlı çox düşündük. AFFA prezidenti Rövnəq Abdullayevlə görüşdə qərar verdik ki, bu oyunu yenidən təşkil edək. AFFA prezidenti onu da bildirdi ki, kuboklar milli ornamentlərlə işlənsin. Kubokun eskizi Moskvada hazırlanıb." Beləliklə bu toplantıda bəyan edildi ki, Azərbaycan superkuboku yenidən keçiriləcək.

Bütün finallar

Tarix / Yer Qalib Hesab Finalçı
21 fevral 1993
Sumqayıt
Neftçi Bakı 4:1 İnşaatçı Bakı
1994
Qarabağ - -
23 iyun 1995
Sumqayıt
Neftçi Bakı 1:1 p. 8:7 Turan Tovuz FK
23 oktyabr 2013
Naxçıvan
Xəzər Lənkəran 2:1 Neftçi Bakı

Qaliblər

Klub Qələbə
Neftçi 2
Qarabağ 1
Xəzər Lənkəran 1

Həmçinin bax

  • Azərbaycan Premyer Liqası
  • Azərbaycan Kuboku

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan Superkuboku haqqında məlumat. Azərbaycan Superkuboku nədir? Azərbaycan Superkuboku nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    IV Tiqran

  • Fevral 27, 2026

    Lyaodun yarımadası

  • Fevral 27, 2026

    Mikroblar

  • Fevral 27, 2026

    Tuluza

  • Fevral 27, 2026

    Surra (Sabirabad)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst