Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lyaodun yarımadası (çin. 遼東半) — Çinin şimal-şərqində, Lyaodun körfəzi ilə Qərbi Koreya körfəzi arasında yerləşən yarımada.

Lyaodun yarımadası

  • Ana Səhifə
  • Vikipediya
  • Lyaodun yarımadası

Lyaodun yarımadası (çin. 遼東半) — Çinin şimal-şərqində, Lyaodun körfəzi ilə Qərbi Koreya körfəzi arasında yerləşən yarımada.

Lyaodun yarımadası
Yerləşməsi
40°00′ şm. e. 122°30′ ş. u.HGYO
Akvatoriya Sarı dəniz
Ölkə  ÇXR
Lyaodun yarımadası xəritədə
Lyaodun yarımadası
Lyaodun yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımadanın uzunluğu 225 km, eni isə 80 - 130 км arasında dəyişir. Sahilləri düzəndir.

Reylefi təpəli və ancaq dağlıqdır. Ərazisi meşə və kolluqlarla zəngindir. Cənub qutaracağında iri şəhər və liman Dalyan şəhəri mövcuddur. XX əsrin sonları XXI əsrin əvvəllərindən şəhərin iqtisadi sıçrayışı müşahidə edilir.

Mündəricat

Toponim

Yarımadanın çincə adı Lyaodun «Lyaoxe» çayının adından götürülmüşdür. «Dun» sözünün mənası isə «şərq» anlamını verir. Yarımadanın ümumi adı isə «şərqi Lyao» mənasında işlənir.

Tarixi

Lyaoxe çayının hövzəsində yerləşən yarımada çin mədəniyyətinə qədim dövrlərdən məlumdur. Sin və Xan sülalərinin dönəmində Lyaodun prefekturası ərazisinə daxil edilirdi.

Yeni dönəm

17 aprel 1895-ci ildə (Yapon-Çin müharibəsi) Sin imperiyası ilə Simonosekidə sülh müqaviləsi imzalanmışdır. Şərtlərinə görə Lyaodun yarımadasında daxil olmaqla bir çox ərazilər Yaponiyanın mülkiyyətinə verilir. Ancaq Rusiya, Almaniya və Fransanın təzyiqi ilə Yaponiya əldə etdiyi bütün torpaqları geri qaytarmalı olur. 27 mart 1898-ci ildə Rusiya imperiyası Sin imeriyasından Lyoyşun və Dalyan limanlarını icarəyə götürür.

1904-cü ildə yapon ordusu yarımadanın quru ilə əlaqəsi olan bölgəni və Dalyan limanını ələ keçirməklə rusların yerləşdiyi bölgəni mühasirəyə alırlar. Rus ordusu Port-Artur qalasına sığınır. Ancaq yapon ordusunun təzyiqinə tab gətirməyən ruslar təslim olurlar. Ərazi Portsmunt müqaviləsi ilə Yaponiyaya verilir. 1945-ci ildə isə yarımada Mancur əməliyyatı ilə Sovetlərin nəzarətinə keçir. 1946-cı ildə Qırmızı Ordu Mancuriyanı tərk etməli olsa da Lyaodun yarımadası Çin ilə müştərək istifadə istifadəyə verilir. 1955-ci ilin mayında Sovetlər Birliyi tərəfindən Çinə qaytarılır.

Coğrafiyası

Relyefi

Lyoadun yarımadası dağ silsiləsinin davamını təşkil edir. Suxurları əsasən kvars qumundan və az bir hissəsi isə qneysdən ibarətdir. Yarımadada yerləşən silsilələr bir necə iatiqamətdə uzanır. Ən hündür nöqtəsi Buyun dağıdırki, onunda hündürlüyü 1 130 metrdir. Cənub hissəsinin böyük hissəsi düzənlikdir.

İqlimi

Qış ayları yarımadanın iqlimi Çinin şimal-şərqinə nisbətdə istidir. İl ərzində 500 – 750 mm yağıntı düşür. Bunun isə 2/3 hissəsi iyul-sentyabr ayları düşür. Yarımadada vegetasiya dövrü 200, cənub qutaracağında isə 220 gün sürür.

Bitki örtüyü

Yarımadada meyvə bağları geniş sahə tutur. Xüsusi ilə alma bağları daha genişdir. Üstəlik burada düyü, qarğıdalı və buğda əkilir.

Faydalı qazıntıları

Faydalı qazıntılardan burada: dəmir filizi, qızıl, miş və maqnezit kimilərə rast gəlinir. Lyaodunda həm də bor və duz çıxarılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lyaodun yarımadası haqqında məlumat. Lyaodun yarımadası nədir? Lyaodun yarımadası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xoy xanlığı

  • Fevral 27, 2026

    Acipenser

  • Fevral 27, 2026

    Orasio Kiroqa

  • Fevral 24, 2026

    Fotosintez

  • Fevral 27, 2026

    Lotereya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst