Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Abdullah Məhəmməd ibn Əbül-Həsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (ərəb. البخاري‎; 20 iyul 810, Buxara, Abbasilər xilafət

Buxari

  • Ana Səhifə
  • Vikipediya
  • Buxari

Əbu Abdullah Məhəmməd ibn Əbül-Həsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (ərəb. البخاري‎; 20 iyul 810, Buxara, Abbasilər xilafəti – 31 avqust 870, Səmərqənd, Abbasilər xilafəti, Özbəkistan) — hədis alimi. Buxari 40 il ərzində müxtəlif coğrafiyalardan topladığı hədisləri 16 il ərzində təhqiq və təsnif edərək "Səhihi-Buxari" adlı əsəri ərsəyə gətirmişdir.

Buxari
ərəb. محمد بن إسماعيل البخاري‎
Doğum tarixi 21 iyul 810 (1215 yaş)
Doğum yeri
  • Buxara, Abbasilər xilafəti
Vəfat tarixi 31 avqust 870(0870-08-31) (60 yaşında)
Vəfat yeri
  • Səmərqənd, Abbasilər xilafəti, Özbəkistan
Elm sahəsi hədis elmi
Tanınmış yetirmələri Müslüm ibn Həccac, Tirmizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Buxari Buxara şəhərində anadan olub. Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani-Kərimi əzbərləyib. Ana dili farsca olan Buxari, aramicəni, ibranicəni və ərəb dilini öyrəndi. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda o, elm öyrənmək istəyi ilə Məkkədə qalır.

On səkkiz yaşında "Kitabi-Kadyas-Səhabə vət-Tabiin" ilə "ət-Tarix əl-Kəbir" adlı əsərlərini yazan Buxari elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı. Yaşıdları Buxaridən fəxrlə danışırdılar. Onun nailiyyətlərini qəbul etmək istəməyənlər fitnə çıxarmağa başladılar və Buxarinin "Quran məxluqdur" fikrini dəstəklədiyini yaydılar. Bu səbəbdən Buxari vətəninə qayıtdı. Lakin burada da Buxara əmiriylə problem yaşadı. Sonra Əhməd ibn Xalid tərəfindən Buxaradan çıxardılır. Buxari Səmərqənddə Hartənk kəndində qohumlarının yanında məskunlaşır. Səmərqəndlilər Buxaridən yararlanmaq məqsədilə heyət göndərib Səmərqəndə gəlməsini xahiş edirlər. Buxari Səmərqəndə gəlməyə hazırlaşan zaman xəstələnir və Hicri təqvimlə 256-cı il 30 Ramazanda bayram gecəsi vəfat edir. Cənazə namazı bayram günü günortadan sonra qılınaraq Hərtənkdə dəfn edilir.

Buxari dərin zəka və əzbərləmə qabiliyətinə malik idi. Hər hansı bir şeyi yadda saxlamaq üçün ona bir dəfə baxması və ya onu bir dəfə dinləməsi kifayət edərdi. O, eyni zamanda çox hədis əzbərləməklə də şöhrət qazanıb. "Kutubi-sittə" müəlliflərindən ən-Nəsai onunla şəxsən danışdıqdan sonra deyir:

"O, inanılmaz dərəcədə zəkalı bir mühəndisdir. İslam tarixində ilk səhih kitab yazan odur".

Bəzi alimlər onun üçün belə deyirlər:

"Buxari Allahın yer üzərində yeriyən ayətlərindəndir."

Nəcm ibn əl-Fəzil deyir:

"Yuxumda Rəsulullahı gördüm. Bir kənddən çıxıb gedirdi və arxasından İmami Buxari onu izləməkdə idi. O bir addım atdıqda Buxari də bir addım atırdı və ayağını Rəsululahın ayağını basdığı yerə basırdı. Kitabını da hər baxımdan ona nisbət edirdi."

Buxari elmiylə əməl edən bir insan idi və İslami qaydalara çox riayət edir, halal və haram məsələlərinə çox diqqət edirdi. Hədis elminə xidmət, bu yolla Allahın rizasını, Məhəmmədin şəfaətini qazanmaq əsas fikri idi. Atasından qalan mirası da bu yolda xərcləmiş və mərdliyi ilə şöhrət qazanmışdı. Çox Quran oxuyar, çox sünnət namazı qılardı. Rəvayətə görə hər üç gündən bir Qurani Kərimi xətm edərdi. Gecənin yalnızca bir hissəsini yatar, hər zaman yuxudan oyanıb, şam yandırıb hədis yazar, ya da yazdıqlarını işarələyib, üzərində təfəkkür edərmiş. Sübh namazı girməmişdən oyanar, gecə namazı qılar, sonra Quranın üçdə birini oxuyardı.

İmam Buxari məqbərəsi Özbəkistan poçt markasında, 2007-ci il.

Ramazanda isə təravih namazından sonra Quranın üçdə birini oxumağa davam edərdi. Buxarinin özünün verdiyi məlumata gğrə, hədis öyrəndiyi müəllimlərinin sayı 1000-dən çoxdur. Əsas müəllimləri Əhməd ibn Hənbəl, Əli ibn əl-Mədini, Yəhya ibn Məin, İsmail ibn İdiris əl-Mədini, İshaq ibn Rəhuyə, Məkki ibn İbrahim əl-Bəlxi, Məhəmməd ibn Salam əl-Bikəndi, İbrahim ibn Əl-Əsas, Əli ibn əl-Həsən ibn Səkik, Yəhya ibn Yəhya, İbrahim ibn Musa əl-Hafiz, Surəyc ibn ən-Numan, Əbu Asim ən-Nəbil əs-Səybani, Məhəmməd ibn Abdullah əl-Ənsari, Abdullah ibn Zübəyr əl-Həmidi, əl-Məkri, Əbdüləziz əl-Üvəysidir. Şagirdləri arasında ən tanınmışları isə Əbu İsa ət-Tirmizi, Məhəmməd ibn Nəsr əl-Mərvəzi, İbn Əbi Davud, Müslim ibn Həccac və ən-Nəsaidir.

Əsərləri

Buxarinin "Camius-Səhih"i (Səhihi Buxari) qələmə alması iki səbəbə bağlıdır. Bunların birincisi, müəlliminin ondan bunu xahiş etməsi, ikincisi isə bunu yuxuda görməsidir. Buxari "Səhih" olaraq adlandırılan və içərisində onun özünə görə səhih olduğu sabit olan hədislərə yer verdiyi kitabında bir çox dini hökmlərin qaynağını göstərməsi ilə İslam dünyasına böyük bir xidmət etmişdir. İmam Buxari ayrıca özündən əvvəl yaşamış məzhəb imamlarının söykəndiyi təməllərin sağlam olduğunu, heç birinin şəxsi görüşlə fətva vermədiyini ortaya çıxardı. Elm adamları Buxarinin əsərinə böyük önəm verdilər. Xüsusilə hədisin səhihliyi məsələsində onun əsərində qəbul etdiyi şərtləri daha dəqiq olduğu qənaətinə gəldilər. Buxari bu əsəri meydana gətirərkən çox diqqəli idi. Əsərində yer verdiyi hədisləri altı yüz min hədisin içindən seçmişdi. Onun səhihlik ölçüləırinə uyğun gəlməyən hədislərə kitabında yer vermədi. Kitabda yer alan hədislərin sayı 7275-dir. Bir nəzəriyyəyə görə mükərrərləri (mənası eyni olan hədislər) çıxmaqla əsərdə cəm edilən hədislərin sayı 4000-dir.

"Camius-Səhih"də hədislər mövzulara görə kitablara ayrılmış və hər kitabda bir neçə baba bölünmüşdür. Əsərdə üzərində ixtilaf edilməyən hədislərə yer verilmiş, hədis ravilərinin (rəvayət edənlərin) inanılır olmasına diqqət edilmişdir. Buxari hədislərə bəzi dəqiq ölçüləri tətbiq etdikdən sonra onları səhih qəbul edirmiş. Ondan sonra gələn alimlərdə bu ölçüləri tətbiq edərək səhih hədislərin zəif və uydurma olanlarını ayıra bilmişlər. Səhih hədis kitabı tərtib edənlərin çox olmasına baxmayaraq onlar arasında Buxari kimi dəqiqi olmamışdır. Həyatı səyahətlərlə və elm yolunda keçən bir insanın on altı illik zəhmətinin məhsulu olan bu əsərin təlifini bir yerə yığmaq mümkün deyildir. Buxarinin "Camius-Səhih"i 97 kitabdan 3450 babdan ibarətdir. Üç ravili hədislərin sayı 23-dür. Fərqli sənədlə Qurandan sonra ana qaynaq olan Buxarinin "Səhih"i ilə Müslümün əsərinə Səhih adı verilmişdir. İkisinə birdən "Səhiheyn", (yəni iki səhih) deyilir. Digər dörd hədis kitabına "Sünən", bu 6 hədis kitabının hamısına isə "Kütubi-Sittə" deyilir. Buxarinin bu əsərinə bir çox şərh yazılmış və üzərində araşdırmalar aparılmışdır. Ən məşhur şərhləri Ayninin "Ümdətül-Qari", İbn Həcər əl-Əsqalaninin "Fəthul-Bari", Kirmaninin "Kəvakibud-Dərari" adlı əsərləridir. "Cəmius-Səhih"dən başqa Buxarinin bu əsərləri vardır:

  • Tarix əl-Kəbir. Hədis ricalına (hədis rəvayət edənlərə) aid əhəmiyyətli bir əsərdir. Buxari bunu on səkkiz yaşında Məhəmmədin qəbri üzərində yazmışdı.
  • Tarixil-Əvsat. "Ət-Tarix əl-Kəbir"in qısa formasıdır. Bəzi əlayazmaları nüsxələri günümüzə gəlib çatmışdır.
  • Tarixus-Sağir. "Ət-Tarix əl-Kəbir"in bir müxtəsəridir.
  • Kitabu Zuafaus-Sağir. Zəif ravilərdən bəhs edir.
  • Ət-Tarixu fi mərifəti-rüvatil-hədis və nukatil-əsar vəs-sünən və təmyizü sikatihim min züafaihim və tarixu vəfatihim. Kiçik bir risalədir.
  • Ət-Təvarixul-Ənsab. Bəzi şəxslərin şəxsi hallarından bəhs edir.
  • Kitabul-Qunə. Ravilərin (hədis rəvayət edənlərin) künyələrindən bəhs edən bir əsərdir.
  • Ədəbül-Müfrəd. Əxlaq hadisələrini özündə cəm edən bir əsərdir.
  • Rəful-Yədəyn fis-Səlati. Namazda əl qaldırmaqla bağlı bir risalədir.
  • Kitabil-qiraati xəlfəl-imam. Namazda imamın arxasında oxuma hqqında yazılmış bir risalədir.
  • Xəlqul-Əfalil-ibad vər-Rədd aləl-Cəhmiyyə. Cəhmiyyə məzhəbinin görüşlərini rədd edən bir kitabdır.
  • Əl-Aqidə yaxut ət-Tövhid. Əqaid (red — əqidə) haqqında yazılmış bir əsərdir.
  • Abarus-Sifət. Hədislə bağlı bir əsərdir. Bəzi kitabxanalarda əlyazma nüsxələri mövcuddur.

Bunlardan başqa mənbələrdə Buxariyə aid olduğu bildirilən bu kitabların da adı keçməkdədir:

  • Birril-Valideyn,
  • Əl-Cəmiul-Kəbir,
  • Ət-Təfsiril-Kəbir,
  • Kitabül-Hibə,
  • Kitabül-Əsribə,
  • Kitabul-Məsbut,
  • Kitabül-iləl,
  • Kitabül-Fəvaid,
  • Kitabud-Duafə,
  • Əl-Müsnədil-Kəbir.

Buxari Simpoziumu

1998-ci ildə Buxarinin hicri tarixi ilə anadan olmasının 1225 illiyinin UNESCO çərçivəsində qeyd edilməsinə qərar verilmiş, bu münasibətlə Özbəkistan Respublikası Elmlər Akademiyası, Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi, Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi və s. birgə təşkilatçığı ilə 23 oktyabr 1998-ci ildə Səmərqənd şəhərində "İmam əl-Buxari və onun dünya mədəniyyətində mövqeyi" mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir. Tədbirdə 40 ölkədən 200 nəfərdən artıq elm və mədəniyyət xadimi iştirak etmişdi. Simpoziumda Azərbaycandan AMEA-nın müxbir üzvü Zakir Məmmədov məruzə ilə çıxış etmişdir.

Konfransın materialları özbək, rus və ingilis dillərində çapdan çıxmışdır.

Həmçinin bax

  • Hədis
  • Səhihi Buxari

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buxari haqqında məlumat. Buxari nədir? Buxari nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Kizlyar

  • Fevral 27, 2026

    Məhəmməd Əli

  • Fevral 27, 2026

    S-dalğa

  • Fevral 27, 2026

    Zeyn Malik

  • Fevral 27, 2026

    Covanni Leone

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst