Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fətva (ərəb. فتوى‎) — İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən verilə

Fətva

  • Ana Səhifə
  • Vikipediya
  • Fətva

Fətva (ərəb. فتوى‎) — İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən verilə bilən dini sənəd.

Fətva sadəcə İslam hüququ ilə əlaqədar olaraq deyil, İslamın qaydaları ilə idarə olunan dövlətlərdə də, hakimin verdiyi qərardır.

Mündəricat

Fətva ilə hökm arasında fərq

Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir.

Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır. Hətta digər müctəhidlər də - əgər bu hökmün səhv olduğuna yəqinlikləri yoxdursa – hökmə əməl etməlidirlər.

Ayətullahlara görə fətva və hökm arasında fərq

Cavab 1: Hökm - İslam ölkəsinin idarəçiliyinə aid olan məsələlər və bütün müsəlmanlara aidiyyatı olan məsələlər xüsusunda verilir. Hökmdə müsəlmanların rəhbərinin rəyinə itaət olunmalıdır. Amma fətva - mükəlləflərin sırf fərdi məsələlərinə aid olur və hər bir mükəlləf öz mərcəyi-təqlidinin fətvasına tabe olmalıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneinin dəftərxanası

Cavab 2: Fətva- Quran, sünnə, əql və icma əsasında sübut olunub, nəticə çıxarılmış şəriət məsələsidir.

Lakin əgər vəliyyi-fəqih müəyyən bir nəticəyə gələr və müsəlmanlara müəyyən bir işi vacib edisə, bu hökmdür. Yalnız vəliyyi-fəqih hökm vermək səlahiyyətinə malikdir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 3: Fətva- müctəhidin Quran və sünnə kimi İslami qaynaqlardan əldə etdiyi qanundur. Hökm isə mövcud şəraitin ehtiyac və tələblərinə əsaslanaraq (zəruri) şərtləri özündə cəm etmiş müctəhid tərəfindən verilən əmrdir.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

Biblioqrafiya

  • Berger, Maurits S. // Emad El-Din Shahin (redaktor). The Oxford Encyclopedia of Islam and Politics. Oxford University Press. 2014. 17 aprel 2019 tarixində orijinalından arxivləşdirilib.
  • Berkey, Jonathan. Education // Richard C. Martin (redaktor). Encyclopedia of Islam and the Muslim World. MacMillan Reference USA. 2004. ISBN 0028662695.
  • Dallal, Ahmad S.; Hendrickson, Jocelyn. // John L. Esposito (redaktor). The Oxford Encyclopedia of the Islamic World. Oxford: Oxford University Press. 2009. 20 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib.
  • Ghafour, Hamida. "The fatwa hotline: 'We have heard everything'". The Guardian. 20 avqust 2016. İstifadə tarixi: 15 sentyabr 2019.
  • Gräf, Bettina. Fatwā, modern media // Kate Fleet; Gudrun Krämer; Denis Matringe; John Nawas; Everett Rowson (redaktorlar ). Encyclopaedia of Islam (3rd). Brill. 2017. doi:10.1163/1573-3912_ei3_COM_27050.
  • Hallaq, Wael B. An Introduction to Islamic Law. Cambridge University Press. 2009. ISBN 978-0521861465.
  • Hallaq, Wael B. Islamic Law: History and Transformation // Robert Irwin (redaktor). The New Cambridge History of Islam. 4: Islamic Cultures and Societies to the End of the Eighteenth Century. Cambridge University Press. 2010. ISBN 978-0521838245.
  • Hendrickson, Jocelyn. // John L. Esposito (redaktor). The Oxford Encyclopedia of the Islamic World. Oxford: Oxford University Press. 2009. 26 mart 2016 tarixində orijinalından arxivləşdirilib.
  • Hendrickson, Jocelyn. Fatwa // Gerhard Böwering, Patricia Crone (redaktor). The Princeton Encyclopedia of Islamic Political Thought. Princeton University Press. 2013. ISBN 978-0691134840.
  • Masud, Muhammad Khalid; Kéchichian, Joseph A. // John L. Esposito (redaktor). The Oxford Encyclopedia of the Islamic World. Oxford, England: Oxford University Press. 2009. 20 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib.
  • Messick, Brinkley; Kéchichian, Joseph A. // John L. Esposito (redaktor). The Oxford Encyclopedia of the Islamic World. Oxford, England: Oxford University Press. 2009. 20 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib.
  • Messick, Brinkley. Fatwā, modern // Kate Fleet; Gudrun Krämer; Denis Matringe; John Nawas; Everett Rowson (redaktorlar ). Encyclopaedia of Islam (3rd). Brill. 2017. doi:10.1163/1573-3912_ei3_COM_27049.
  • Momen, Moojan. Shi'I Islam: A Beginner's Guide (Kindle). Oneworld Publications. 2015. ISBN 978-1780747873.
  • Powers, David S. Fatwā, premodern // Kate Fleet; Gudrun Krämer; Denis Matringe; John Nawas; Everett Rowson (redaktorlar ). Encyclopaedia of Islam (3rd). Brill. 2017. doi:10.1163/1573-3912_ei3_COM_27048.
  • Swartz, Merlin. Mufti // Stanley N. Katz (redaktor). The Oxford International Encyclopedia of Legal History. Oxford, England: Oxford University Press. 2009. doi:10.1093/acref/9780195134056.001.0001. hdl:10261/117259. ISBN 978-0195134056. 3 oktyabr 2022 tarixində . İstifadə tarixi: 19 dekabr 2024.
  • Tyan, E.; Walsh, J.R. Fatwā // P. Bearman; Th. Bianquis; C.E. Bosworth; E. van Donzel; W.P. Heinrichs (redaktorlar ). Encyclopaedia of Islam (2nd). Brill. 2012. doi:10.1163/1573-3912_islam_COM_0219.
  • Vikør, Knut S. Between God and the Sultan: A History of Islamic Law. Oxford University Press. 2005. ISBN 0195223985.
  • Zürcher, Erik Jan. Jihad and Islam in World War I: Studies on the Ottoman Jihad on the Centenary of Snouck Hurgronje's "Holy War Made in Germany". Leiden University Press. 2016. ISBN 978-9087282394.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fətva haqqında məlumat. Fətva nədir? Fətva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sarımsaq

  • Fevral 28, 2026

    Millennium Falcon

  • Fevral 27, 2026

    Gabdulxay Axatov

  • Fevral 27, 2026

    Nüydi

  • Fevral 27, 2026

    GameTrailers

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst