Pangeya — dünyada həyat başladığı zaman bütün qitələrin bir ada kimi bir-biriylə birləşmiş halına verilən addır.


Geomorfoloji termin
Pangeya (ing. Pangaea) /yun. pan — hamısı və ge, gaia- yer, torpaq/ — Paleozoyda və Mezozoyun əvvəllərində müasir materiklərin hamısını birləşdirən fərziyyəvi materik. Onun parçalanmasını və hissələrinin bir-birindən aralanmasını, yeni qlobal tektonikaya əsasən mantiyada qkonveksion özəklərin yeni sisteminin yaranması ilə əlaqələndirirlər.
İlkin fikirlər
Materik çıxıntıları və okean çökəkliklərinin sonrakı inkişafı haqqında bir sıra fərziyyələr mövcuddur. Bəzi alimlər materiklərin hərəkətsiz olduğunu, bəziləri isə onların daim hərəkət etdiklərini güman edirlər. Materiklərin hərəkət etməsi haqqında ilk dəfə fikir söyləyən Alfred Vegener olmuşdur. Onun nəzəriyyəsinə görə, yer qabığında vahid quru-Pangeya mövcud olmuşdur. Sonradan Pangeya iki hissəyə- Lavrasiya və Qondvanaya parçalanmış, daha sonra onlar da öz növbəsində tədricən parçalanmış və müasir materiklər əmələ gəlmişdir.
Lavrasiya
Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya materiki Lavrasiya və Qondvanaya parçalanmışlar. Lavrasiya qurusu şimal hissədə, Hondvana isə cənubda yerləşir. Lavrasiya iki materikə- Avrasiya və Şimali Amerikaya parçalanmışdır.
Hondvana
Hondvana-Cənubi Amerika, Afrika, Antarktida, Avstaliya, Hindistan, Ərəbistana parçalanmışdır.
Pangeya eraları
- Permiyen (225 milyon il əvvəl)
- Trias (200 milyon il əvvəl)
- Yura (135 milyon il əvvəl)
- Kretase (65 milyon il əvvəl)
- Qitə (ən müasir zaman)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pangeya haqqında məlumat. Pangeya nədir? Pangeya nə deməkdir?