Yamb (yun. yamb "çalğı aləti") — şeir ölçüsü. Qədim yunan ədəbiyyatında janr.
Etimalogiyası
Yamb ədəbiyyatda janr kimi
Qədim yunan ədəbiyyatında janrdır. Həyat eybəcərliklərinin tənqidini verən zarafatyana şeirdir. İlk nümunələri şifahi şəkildə yaranaraq, musiqi aləti yambikanın müşayiəti ilə ifa edilmişdir. Sonralar yamb satirik poeziya şəkillərindən biri olmuşdur. Qədim yunan şairi Arxiloxun (e.ə. V əsr) satirik yambları məşhurdur. Arxilox antik dövrün ilk lirik şairi olmuşdur. Lirik şeir, elegiya, himn, epitafiya, həcv və təmsillərindən parçalar (200-250 misra) günümüzə qədər gəlib çatmışdır. Arxilox yamb janrının yaradıcısı hesab edilir. Bu şeir şəkli rus ədəbiyyatında da çox məşhurdur. Rus ədəbiyyatında ilk nümunələrini Trediakovski vermişdir. Əli Sultanlı yazır ki, qədim yunan yambası Azərbaycan şeirindəki həcv və meyxana şəklinə yaxındır.
Həmçinin bax
Qədim yunan lirikası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yamb haqqında məlumat. Yamb nədir? Yamb nə deməkdir?