Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə

İtiqulaq şəbpərə

  • Ana Səhifə
  • Vikipediya
  • İtiqulaq şəbpərə

İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü.

İtiqulaq şəbpərə
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Dəstə:
Yarasalar
Yarımdəstə:
Yangochiroptera
Fəsiləüstü:
Vespertilionoidea
Fəsilə:
Hamarburunlar
Yarımfəsilə:
Myotinae
Cins:
Şəbpərə
Növ:
İtiqulaq şəbpərə
Beynəlxalq elmi adı
  • Myotis blythii Robert Fisher Tomes, 1857[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  632003
NCBI  109482
EOL  327571

Mündəricat

Xariçi görünüş

Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur.

Yayıldığı ərazilər

Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır.

Yaşayış yeri və həyat tərzi

İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur. Ayrı-ayrı yay toplaşmalarında bu kiçik heyvanların sayı onlarla, yüzlərlə fərd təşkil edir, bəzi hallarda hətta sayı iki minə çatır (Tərtərçay dərəsi, Daşaltı kanyonu, Azıx mağarası, "Yarasa yuvası" mağarası, Zəngəzur MP Paraqaçay dərəsi). İtiqulaq gecə şəbpərəsi oturaq növ olub iri və nisbətən isti, süni yeraltı mağaralarla yaşayırlar. Eyni zamanda bu növ zirzəmilərdə, çardaqlarda, istifadəsiz tikililərdə və xarabalıqlarda, qayaların çatlarında gizlənirlər və koloniyalar əmələ gətirirlər. Qışlama yerlərinə mövsümi miqrasiyalar edirlər. Eyni növlü və qarışıq növlərdən ibarət olan (nalburun və adi uzunqanad) koloniyalar əmələ gətirirlər. Geniş çardaqlarda və isti iri mağaralarda məskunlaşan balalama koloniyaları divarlardan və tavandan asılaraq sıx kütlə əmələ gətirir. Qidasını əsasən sərtqanadlılar, kəpənəklər, az miqdarda ikiqanadlılar təşkil edir.

Çoxalması

Bala vermə mayın sonu iyunun əvvəllərində təsadüf edir və dişi fərd bir bala doğur. Avqust ayının axırlarında balalama koloniyası dağılır və çütləşmə dönəmi başlayır. Balalama koloniyası çox vaxt özündə 200–500, bəzən də bir neçə minədək yetkin fərdi birləşdirərək sıx kütlələr əmələ gətirir. Böyük toplaşmalar Azıx mağarasında (DQMV), Bilav mağarası "Yarasa yuvası" (Zəngəzur MP). Yayda, erkək fərdlərə tərkibində 5–20, bəzən 200-ə qədər fərd olan qruplar şəklində rast gəlinir. Cəmi 3 iri qrup topası (500–2000 yetkin erkək fərd) məlumdur ki, bunlara da əsasən Kiçik Qafqaz ərazisində və Zaqafqaziya yaylasında rast gəlinir.

Azərbaycanda yayılması

Azərbaycan üçün xarakterik və mühafizəsinin gücləndirilməsi tələb olunan vəhşi fauna və yabanı flora növləri siyahısına daxildir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İtiqulaq şəbpərə haqqında məlumat. İtiqulaq şəbpərə nədir? İtiqulaq şəbpərə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    V Corc

  • Fevral 27, 2026

    Cəlairilər

  • Fevral 27, 2026

    Ocimum labiatum

  • Fevral 27, 2026

    S:Haqqə surəsi

  • Fevral 27, 2026

    Cins (biologiya)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst