Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunluğu 88 km, hövzəsinin sahəsi 727 km²-dir. Başlanğıcını Baş Suayırıcı silsiləsində Babadağ aşırımının 1 km cənub-şərqindən (2900 m) alaraq süni kanal vasitə

Girdimançay

  • Ana Səhifə
  • Vikipediya
  • Girdimançay

Girdimançay — Kürün sol qolu. İsmayıllı, Ağsu və Kürdəmir rayonları ərazisindən axır.

Girdimançay
Lahıc qəsəbəsi yaxınlığında (İsmayıllı rayonu)
Lahıc qəsəbəsi yaxınlığında (İsmayıllı rayonu)
Xəritə
Ölkə  Azərbaycan
Mənsəbi Kür
Uzunluğu 88 km
Hövzəsinin sahəsi 727 km²
Girdimançay (Azərbaycan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Girdimançay Azərbaycanın fiziki xəritəsində:

40°59′34″ şm. e. 48°17′01″ ş. u.HGYO

40°09′25″ şm. e. 48°02′50″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

2024-cü ildə Kürdəmir ərazisində.

Uzunluğu 88 km, hövzəsinin sahəsi 727 km²-dir. Başlanğıcını Baş Suayırıcı silsiləsində Babadağ aşırımının 1 km cənub-şərqindən (2900 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. İllik axımı qar (24%), yağış (39%) və yeraltı (37%) sulardan əmələ gəlir. Orta illik su sərfi 4,20 ml/san-dir. Axımının 36%-i yazda, 25%-i yayda, 24%-i payız-da, 15%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik axımın 15%-ni təşkil edir. Çayda ən çox su yaz-yay daşqını dövründə müşahidə edilir. Daşqın dövründə keçən su sərfi orta illik su sərfindən 15–20 dəfə çox olur. Çayda ən az su (4–6%) yanvar-fevral aylarında keçir. Çayın asılı gətirmələr sərfi 10,6 kq/san, orta lillənməsi isə 2500 q/kub m-dir. Suyu sulfatlı-natriumlu olmaqla minerallaşması 500--.1000 mq/l, orta minerallaşması isə 560 mq/l-dir.

Qaraməryəm yaylası qarşısında çay bir neçə qola ayrılıb Şirvan düzünə çıxır və əkin sahələrinin suvarılmasından geniş istifadə edilir. Çayda tez-tez küclü sellər baş verir.

Toponimikası

İsmayıllı, Ağsu və Kürdəmir rayonları ərazisində çay. Kürün sol qoludur. Baş Qafqaz silsiləsinin, Babadağın c. yamaclarından (2900 m. yüksəklikdən) başlanıb, Qaraməryəm yaylası qarşısında bir neçə qola ayrılır və Şirvan düzünə çıxır. Aşağı axınında suyu kanalla Ağsuçaya axıdılır. Çayda sel hadisələri olur. Hidronim erkən orta əsrlərdə mövcud olmuş, Qafqaz Albaniyasının tərkibinə daxil olan Girdiman tarixi vilayətinin adındandır.

Vilayətin adı isə Girdiman qalasının adından alınmışdır. Tədqiqatçıların ehtimalına görə, bu qala İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında, Ağçayın sahilində, sıldırım qaya üzərində yerləşən Cavanşir qalasıdır. Fələki ġirvani (XII əsr) bu qalanı Girdimanqala adlandırmışdı. Erməni mənbələrində Qardman kimi adı çəkilən bu əyalət Uti nahiyəsinin 6 əyalətindən biri olub, Girdiman hökmdarlığının mərkəzi idi. Bəzi tədqiqatçılar toponimin İran mənşəli karta(qala) sözündən və məkan bildirən -man şəkilçisindən olduğunu söyləyirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Girdimançay haqqında məlumat. Girdimançay nədir? Girdimançay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    CMYK

  • Fevral 28, 2026

    Burlaxatun türbəsi

  • Fevral 28, 2026

    Su təchizatı

  • Fevral 27, 2026

    Dimdikbaşlar

  • Fevral 27, 2026

    Aktivizm

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst