Espoo (fin Espoo [ˈespoː], isv. Esbo [ˈɛsbo]) — Finlandiyanın ikinci ən böyük şəhəri. Espoonun sahəsi 528,03 km²-dir ki, bunun da 312,29 km² quru, 17,94 km² daxili sular və qalan 197,80 km² dənizdir. Şəhər ölkənin cənubunda Baltik dənizinin fin körfəzi sahillərində, Helsinkinin qərbində, Uusimaa bölgəsində yerləşir. Helsinki, Vantaa və Kauniainen də daxil olmaqla, paytaxt bölgəsinin bir hissəsidir.
| Espoo | |||
|---|---|---|---|
| Espoo Esbo | |||
| |||
| |||
| 60°12′20″ şm. e. 24°39′20″ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 1458 | ||
| İlk məlumat | 1431 | ||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 27 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | |||
| Rəqəmsal identifikatorlar | |||
| Poçt indeksi | 02100–02980 | ||
| Digər | |||
| espoo.fi | |||
![]() Espoo | |||
Espoo rəsmi olaraq ikidilli (Fin dili və İsveç dili) şəhər sayılır. 2017-ci ildən ingilis dili "xidməti dil" elan edilib və onun fin və isveç dilləri ilə bərabər (və ya hətta İsveç dili əvəzinə) rəsmi dilə çevrilib-edilməməsi ilə bağlı müzakirələr davam edir. Espoo əhalisinin əksəriyyəti, 83,6%-i ilk dil olaraq fin dilində danışır, azlıq, 8,3%-i isə isveç dilində danışır. Fin və isveç dilləri Espoo əhalisinin 8%-nin ana dili deyil.
2012-ci ildə Espoo Finlandiyada daxili özünümaliyyələşdirmə yolu ilə fəaliyyət göstərən ən az subsidiya alan bələdiyyə idi. 2012-ci il bələdiyyə seçkilərinin nəticələrinə görə, Espoo Şəhər Şurasında qadınların nisbəti Finlandiyada ən yüksək (53%-dən çox) olmuşdur. Şəhər şurasına 2013–2015-ci illərdə Əsl Finlər (Perussuomalaiset) partiyasının lideri Timo Soini rəhbərlik edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Espoo haqqında məlumat. Espoo nədir? Espoo nə deməkdir?

![Gerb[d]](/uploads/wikipedia/aa597629e76da4a2c4c5446978da8760.png)
