Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-d

Primates

  • Ana Səhifə
  • Vikipediya
  • Primates

Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur.

Primatlar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Euarxontoqlireslər
Qranddəstə:
Euarchonta
Mirdəstə:
Primatkimilər
Dəstə:
Primatlar
Beynəlxalq elmi adı
  • Primates L., 1758[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180089
NCBI  9443
EOL  1645
FW  

Mündəricat

Yarımdəstə və fəsilələri

Yaşburunlar (Strepsirrhini)

  • Cırtdan lemurlar (Cheirogaleidae)
  • Lemurlar (Lemuridae)
  • Lepilemurlar (Lepilemuridae)
  • İndrilər (Indridae)
  • Əlayaqlılar (Daubentoniidae)
  • Lorilər (Lorisidae)
  • Qalaqolar (Galagidae)

Quruburunlar (Haplorhini)

  • Uzuntopuqlar (Tarsiidae)
  • Oynağanlar (Callitrichidae)
  • İlməquyruqlar (Cebidae)
  • Gecə meymunları (Aotidae)
  • Sakolar (Pitheciidae)
  • Hörümçəyəbənzərlər (Atelidae)
  • Əntərmeymunlar (Cercopithecidae)
  • Hibbonlar (Hylobatidae)
  • Hominidlər (Hominidae)

Primatların xarakterik xüsusiyyətləri

Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir. Bu dəstəyə ibtidai primatlar (yarımeymunlar) və ali primatlar (meymunlar) daxildir.

İbtidai primatlar

İbtidai primatların barmaqları caynaqlıdır. Lemurlarl Madaqaskar və Kanar adaları üçün səciyyəvidir. Madaqaskarda onların bir neçə növünün nəsli kəsilmək üzrədir. Afrika və Asiya meşələrində lorilər yaşayır.

Ali primatlar

Ali primatlara 100-dən çox növ daxildir. Bunların ön beyin yarımkürələri iri və qırışlıdır. Cənubi Amerika meşələrində ilişkənquyruq adlı meymunlar hündür ağacların başında sürətlə qaça bilir. Əntər meymunlar Afrikada və Cənubi Asiyada yaşayırlar. Onlar böyük sürülər şəklində yaşayırlar və nizamlı davranırlar. Sürüyə başçı-dominant rəhbərlik edir. İnsanabənzər meymunlar daha çox inkişaf etmişdir. Onların başı yumru, ön beyin qabığı mürəkkəb quruluşludur, üzündə tük azdır, ayaqlarının altı və əlinin içi tüksüzdür. İnsanabənzər meymunlar tropik meşələrdə yaşayır. Qorilla və şimpanzelər həm yerdə, həm də ağacda yaşayırlar. Hibbonlar (Asiya və İndoneziya) və oranqutanlar çox vaxt ağacda olur, yerə nadir hallarda enir. Oranqutanlar Sumatra adasında daha çox yayılmışdır.

Aqil insanın formalaşması

Aqil insan növündən əvvəl neandertal, sinantrop, pitekantrop və avstralopitek adlı insan növləri olmuşdur. Güman edilir ki, müasir insan Afrikada əmələ gəlmişdir. Onun sosioloji varlığa çevrilməsində əmək böyük rol oynamışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Primates haqqında məlumat. Primates nədir? Primates nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nottingem

  • Fevral 27, 2026

    Metro

  • Fevral 27, 2026

    Amphibia

  • Fevral 27, 2026

    Muğanlı (Ağstafa)

  • Fevral 27, 2026

    Yulian (imperator)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst