Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Analar Günü — anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün Beynəlxalq Qadınlar Günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək ü

Analar günü

  • Ana Səhifə
  • Vikipediya
  • Analar günü

Analar Günü — anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün Beynəlxalq Qadınlar Günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək üçün qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar Günü" may ayının ikinci bazar günü qeyd edilir.

Analar Günü
Həsr olunub ana
Tarix 3 mart, 8 mart, 21 mart, 25 mart, 7 aprel, 10 may, 15 may, 27 may, 30 may, 12 avqust, 1 iyun, 15 avqust, 8 dekabr, 22 dekabr, Yanvar, 14 oktyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ana öz uşaqları ilə Vilyam Burquroyun rəsm əsəri (1879)

İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların Bazar Günü" adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi.

ABŞ-də "Analar Günü" ilk dəfə 1872-ci ildə məşhur ingiltere pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. C. Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə ABŞ-də, nə də digər ölkələrdə öz təsdiqini tapmamışdır.

1907-ci ildə ABŞ-nin Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış etmişdir. O, ilin bir gününün analara həsr olunması, yəni bu münasibətlə "Analar Günü"nün qeyd olunması təklifi ilə dövlət idarələrinə, qanunvericilik orqanlarına və görkəmli şəxslərə məktub yazmışdır. 1910-cu ildə ilk olaraq Virciniya ştatı "Analar Günü"nü rəsmi bayram kimi tanımışdır. 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan etmişdir.

ABŞ-nin ardınca 23 ölkə may ayının ikinci bazar gününü bayram elan etdi. Daha 30 ölkə isə bu bayramı başqa günlərdə qeyd edir.

Rusiya Federasiyası Prezidentinin "Analar Günü haqqında" 30 yanvar 1998-ci il 120 saylı fərmanına müvafiq olaraq noyabr ayının sonuncu bazar günü ölkədə "Analar Günü" kimi qeyd olunur. Bu bayramın təsis olunması təşəbbüsü RF Dövlət Dumasının Ailə, qadın və uşaq məsələləri Komitəsi tərəfindən irəli sürülmüşdür.

Həmin vaxtdan etibarən hər il ənənəvi olaraq noyabr ayının sonuncu həftəsi dünyanın müxtəlif yerlərində yaşayan insanlar anaları təbrik edir, onlara gül-çiçək dəstələri hədiyyə etməklə, öz sevgi və hörmətlərini ifadə edirlər.

Analar Günü həm də qadın və anaların üzləşdiyi qlobal və milli məsələlərə bir daha dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır. Bu bayram hər bir qadın üçündür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Analar günü haqqında məlumat. Analar günü nədir? Analar günü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Turukki

  • Fevral 27, 2026

    Aukena

  • Fevral 26, 2026

    Səhravilər

  • Fevral 27, 2026

    Mustafa Çokay

  • Fevral 27, 2026

    I Juan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst