Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tomas Vudro Vilson (ing. Thomas Woodrow Wilson; 28 dekabr 1856[…] – 3 fevral 1924[…], Vaşinqton, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti (1913–192

Vudro Vilson

  • Ana Səhifə
  • Vikipediya
  • Vudro Vilson

Tomas Vudro Vilson (ing. Thomas Woodrow Wilson; 28 dekabr 1856[…] – 3 fevral 1924[…], Vaşinqton, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti (1913–1921). 1919-cu il Nobel Sülh Mükafatı laureatı. ABŞ tarixində elmlər doktoru elmi dərəcəsinə malik olan yeganə prezidentdir.

Vudro Vilson
ing. Woodrow Wilson
Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti
4 mart 1913 – 4 mart 1921
Vitse-prezidentTomas Marşal
ƏvvəlkiUilyam Taft
SonrakıUorren Hardinq
Şəxsi məlumatlar
Doğum adı Woodrow Wilson
Doğum tarixi 28 dekabr 1856(1856-12-28)[…]
Vəfat tarixi 3 fevral 1924(1924-02-03)[…] (67 yaşında)
Vəfat yeri
  • Vaşinqton, ABŞ
Dəfn yeri
  • Vaşinqton milli kafedralı
Partiya
  • ABŞ Demokratlar Partiyası
Təhsili
  • Prinston Universiteti (1875–1879),
  • Cons Hopkins Universiteti (–1886),
  • Virciniya Universiteti[d]
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d], vəkil, dövlət xadimi, politoloq, hüquqşünas, müəllim, yazıçı
Həyat yoldaşları
  • Edit Uilson (1915–1924),
  • Ellen Aksson Uilson (1885–1914)
Dini Presviterianlıq
Hərbi xidmət
Döyüşlər
  • Birinci Dünya müharibəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə doktoru

Təltifləri "Ağ qartal" ordeni
"Nobel" sülh mükafatı — 1919
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

6 aprel 1917-ci ildə Vudro Vilson ABŞ-nin Birinci Dünya müharibəsinə qatılması barədə qərar verdi. Konqresə müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" çağırırdı.

8 yanvar 1918-ci ildə o Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə məşhur olan tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi.

28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib.

Ermənistanın Türkiyəyə ərazi iddiaları ABŞ prezidenti Vudro Vilsonun hamiliyi ilə güclü surətdə dəstəklənirdi. V.Vilson Ermənistan üzərində ABŞ-nin mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Lakin 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin arzusunu rədd etdi.

Düşüncələri

Vilsonun düşüncələrinə görə insan haqları "Böyük Ermənistan və ermənilərin xilası"ndan ibarət idi. Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini Vilson təyin edəcəkdi. Lakin elə bu vaxt müzəffər türk ordusu bir-birinin ardınca öz ərazilərini güclü hamisi olan düşmənin tapdağından azad edir və məkrli planın reallaşmaq ehtimalını puça çıxarırdı. V. Vilsonun qərarı ilə yaradılmalı olan süni "Müstəqil Ermənistan" iki həftəyə süqut etdi.

Həmçinin bax

  • Vudro Vilsonun 14 maddəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vudro Vilson haqqında məlumat. Vudro Vilson nədir? Vudro Vilson nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Taun çöpü

  • Fevral 27, 2026

    Atəşgah (Bakı)

  • Fevral 27, 2026

    Nurdövlət Gəray

  • Fevral 27, 2026

    Pnompen

  • Fevral 27, 2026

    Gymnosperms

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst