Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Həsən İzzəddin Əli ibn Məhəmməd ibn Məhəmməd əş-Şeybani əl-Cəzəri (ərəb. ابن الأثير‎; 12 may 1160[…] və ya 12 may 1160, Cizrə, Şırnaq ili – 1233[…] və ya 1

İbn əl-Əsir

  • Ana Səhifə
  • Vikipediya
  • İbn əl-Əsir

Əbül-Həsən İzzəddin Əli ibn Məhəmməd ibn Məhəmməd əş-Şeybani əl-Cəzəri (ərəb. ابن الأثير‎; 12 may 1160[…] və ya 12 may 1160, Cizrə, Şırnaq ili – 1233[…] və ya 1 iyun 1233, Mosul) — Kürd və Ərəb əsilli İslam tarixçisi.

İbn əl-Əsir
ərəb. علي بن مُحمَّد بن عبد الكريم بن عبد الواحد الجزري الشيباني‎
Doğum tarixi 12 may 1160(1160-05-12)[…] və ya 12 may 1160(1160-05-12)
Doğum yeri
  • Cizrə, Şırnaq ili, Türkiyə
Vəfat tarixi 1233(1233)[…] (72–73 yaşında) və ya 1 iyun 1233(1233-06-01) (73 yaşında)
Vəfat yeri
  • Mosul, Neynəvə mühafəzəsi
Elm sahələri tarix, hədis elmi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əbül-Həsən Əli ibn Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır.

İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur.

Ən böyük və ən qiymətli əsəri "əl-Kamil fit-Tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir. Burada ərəblərin Azərbaycanı işğal etməsi kimi böyük bir dövr əks olunmuşdur. Burada xüsusilə, Babək hərəkatı, monqolların Azərbaycana yürüşləri, Gürcü çariçası Tamarın dövründə gürcü-Azərbaycan münasibətləri və nəhayət, Xarəzmşah Cəlaləddinin gürcüləri əzib azərbaycanlıları xilas etməsi kimi hadisələr geniş təsvir edilmişdir. Bu böyük əsər ilk dəfə 1876-cı ildə Almaniyanın Leyden şəhərində 14 cilddə, on il sonra isə 1886-cı ildə Qahirədə nəşr olunmuşdur. Əsərin Azərbaycana aid hissələri Juzenin tərcüməsi ilə 1940-cı ildə rus dilində, 1959-cu ildə isə Azərbaycan dilində nəşr olunmuşdur.

İbn əl-Əsir 1234-cü ildə Bağdadda vəfat etmişdir.

Həmçinin bax

  • Məcdəddin ibn əl-Əsir
  • Ziyəddin ibn əl-Əsir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn əl-Əsir haqqında məlumat. İbn əl-Əsir nədir? İbn əl-Əsir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kərimberdi xan

  • Fevral 27, 2026

    Petax-Tıkva

  • Fevral 24, 2026

    Hamburq

  • Fevral 27, 2026

    Klavesin

  • Fevral 27, 2026

    Əli Beydullayev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst