Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alernativ rok (ing. alternative rock) — musiqi janrı. 1970-ci illərin sonunda hard roka bir alternativ təqdim etmək məqsədilə ortaya çıxmışdır. Hər nə qədər har

Alternativ rok

  • Ana Səhifə
  • Vikipediya
  • Alternativ rok

Alernativ rok (ing. alternative rock) — musiqi janrı. 1970-ci illərin sonunda hard roka bir alternativ təqdim etmək məqsədilə ortaya çıxmışdır. Hər nə qədər hard roka bənzədilsə də akkord və ritmləri fərqlidir. Dinləyiciyə fərqli bir harmoniya anlayışı təqdim edir. Analiz edildiyində indiki vaxtda sərt tonlarla istifadə edilən alternativ rok, Hard Rok əsaslıdır. Proqressiv rok, İndi-rok, Grunge, Indie Pop, Brit Pop, kimi bir çox fərqli musiqi növünü içində saxlayır. İndiki vaxtda ən çox seçilən rok sahəsidir. "Alternativ rok" termini ən çox ABŞ'da işlədilir. Rusiya və Böyük Britaniyada isə "alternativ musiqi" və "alternativ" terminləri işlədilir.

Alternativ rok
ing. alternative rock
İstiqamət Rok
Mənbəsi Yeni dalğa
Yarandığı dövr 1970-ci illərin sonu
Ölkə
  •  ABŞ
  •  Birləşmiş Krallıq
Törəmə formalar Qranj
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Nirvana

ABŞ-də 1980-ci illərin əvvəllərində kolleclər vaxtı bir neçə radiostansiyada ilk dəfə alternativ rok səsləndirilməyə başladı. Böyük Britaniyada alternativ rok Riçard Skinner, Enni Naytinqeyl və Con Pil kimi didceylərin sayəsində populyarlaşdırılırdı, hansılar ki, BBC radiosunda alternativ musiqini dəstəkləyirdilər. 1980-ci illərin ortalarında alternativ rok ABŞ'da məşhur oldu və kolleclərin bir çox radiostansiyalarına yayıldı. Bu Amerikada "kolleck rok" termininin istifadəsinə gətirib çıxardı. Böyük Britaniyada alternativ rok (orada "indi-rok" termini istifadə edilirdi) əhəmiyyətli müvəffəqiyyətə nail oldu: çox alternativ qruplar tez-tez hit-paradların yuxarı pillələrində yer alırdı (ancaq ən radikal musiqi formaları kölgədə qalmağa davam edirdi). 1986-cı ildə ABŞ'da MTV alternativ musiqi haqqında "120 dəqiqə" gecə proqramını göstərməyə başladı. Nəhayət, 1980-ci illərin sonlarında Şimali Amerikada WFNX (Boston, Massaçusets) və KROQ (Los-Anceles, Kaliforniya) kimi belə ticarət stansiyaları alternativ roku səsləndirməyə başladı. 1980-ci illərin ortalarında ən məşhur amerikan alternativ qrupları R.E.M., Sonic Youth, The Replacements və Hüsker Dü; və ingilis New Order, The Smiths, The Cure idi. 1980-ci illərin alternativ qrupları böyük müvəffəqiyyət əldə etmədilər, amma musiqi qruplarının növbəti nəsilinə böyük təsir göstərdilər, onların məşhurluğu üçün əsaslı təməli qoydular.

Bu qruplar alternativi həmin onillik üçün rok-musiqinin ən populyar forması edərək 1990-ci illərdə meynstrimə daxil oldular. Bu artistlərdən çoxu alternativin ilk növbədə malik olduğu DİY-etikasına zidd olduğuna görə öz məşhurluğundan imtina etdilər. Bu tərzin əksər əsas qruplarının dağılmasından sonra alternativ rok öz populyarlığını itirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alternativ rok haqqında məlumat. Alternativ rok nədir? Alternativ rok nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hippasus (Mesapontumlu)

  • Fevral 25, 2026

    Lusaka

  • Fevral 27, 2026

    Mentalitet

  • Fevral 24, 2026

    Qunnar Nordal

  • Fevral 27, 2026

    Bəylər Məmmədov

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst