Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Piktaviyalı Hilarius (lat. İlarius Pictaviensis; təqr. 315 — 367) — kilsə xadimi, xristian qərbinin tanınmış ilahiyyatçısı, qərb kilsə müqəddəsi. Arianlığığa qa

İlarius Piktaviyalı

  • Ana Səhifə
  • Vikipediya
  • İlarius Piktaviyalı

Piktaviyalı Hilarius (lat. İlarius Pictaviensis; təqr. 315 — 367) — kilsə xadimi, xristian qərbinin tanınmış ilahiyyatçısı, qərb kilsə müqəddəsi. Arianlığığa qarşı ardıcıl və prinsipial mübarizə apardığı üçün ona qırbin Afanasiosu deyirdilər.

İlarius Piktaviyalı
lat. Hilarius Pictaviensis
Rütbə Poitier yepiskopu
Doğum tarixi 315
Doğum yeri Piktavium, Qalliya (indiki Poitier, Fransa)
Vəfat tarixi 367 (51–52 yaşında)
Vəfat yeri Poitier
Qeyd edilir Roma-Katolik kilsəsi
Lüteran kilsəsi
Qərb ortodoks kilsəsi
Xatirə günü 13 yanvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Xristianlığın yaranması
Patristika
Apologetika
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Latındilli apologetika:

Minusius Feliks  • Arnobius  • Laktansius  • Tertullian

Qnostiklərə qarşı olanlar:

İrineus Lionlu  • İppolit Romalı

İskəndəriyyə ilahiyyat məktəbi:

Klement  • Origen

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Rəsmi kilsə tərəfdarları:

Atanasius  • İoann Xrisostom  • Saxta Dionisius
Kappadokiyalı kilsə ataları:
Basil Qeysəriyyəli  • Qriqor Nazianzen  • Nissalı Qriqori

Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:

Nestorianlıq  • Monofizitizm  •
Monofelitlik  • İkonomaxiya

'Ekumenik Kilsə Məclisləri'
Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian mistisizmi

Xristian rahibliyi  • İsihazm

Şərq və Qərb kilsələrinin aralanması
Xristian simvolikası

Mündəricat

Kimliyi

Roma imperiyasının qərbində kilsə ataları yunandilli şərqdə istifadə edilən ekzegetika (təfsir) metodlarından istifadə edirdilər. Onlar yunan fəlsəfəsi və ilahiyyat terminlərini latın dilinə tərcümə edib, iki mədəniyyətin arasında bir körpü rolunu oynamışdırlar.

Patristika dövrünün qərb düşünürlərindən biri Poitier (Puatye) şəhərinin yepiskopu Piktaviyalı İlarius olmuşdur. O, Siseron, Seneka kimi antik filosofların əsərləri ilə tanış olmuşdu. Başqa tərəfdən, xristian düşünürləri olan Origen, İskəndəriyyəli Afanasios, Kiprian (Cyprianus) kimi ilahiyyatçıların fikirlərini də öyrənmiş və onlardan bəzilərinin kitablarını yunan dilindən latın dilinə tərcümə etmişdir.

İlahiyyatı

İlariusun əsas məqsədi, xristian təliminin sistemləşdirilməsindən ibarət idi. Bu yolda o, öz səylərini İlahi Üçlüyün birliyini fəlsəfi üsullarla əsaslandırılmasına yönəltmişdir. Ata-Tanrı ilə Oğul-Tanrının, “doğulmayan” ilə “doğulanın” mahiyyətcə bir olmasını (konsubstansionallığı) xüsusilə vurğulayırdı. Bununla İlarius arinanlıqla mübarizə aparırdı.

Şərqdə bu işi Afanasios və onun tərəfdarları həyata keçirirdilər. Onlar öz dəlillərini əsaslandırmaq üçün neoplatonizm idealarından istifadə edirdilər. Onlardan fərqli olaraq İlarius, qərbdə daha çox yayılmış stoisizm ideyalarından istifadə edirdi. Ancaq o stoiklərin ideyalarını xristian ehkamları baxımından qəbul edib, onları sintez halına gətirmişdi. Nəticədə o, 12 kitabdan ibarət "De Trinitate"[ölü keçid] (Üçlük haqqında) əsərini yazmışdır.

İlarius inacla düşüncənin bir-biri ilə ziddiyyət təşkil etmədiyi qərarına gəlmişdir. Onlar ahəngdədirlər. Dini ehkamlar elmi baxımından araşdırıla bilər. Sonra bu kimi fikirləri Avqustin daha da inkişaf etdirmişdir.

İlariusun fikrincə, həm iman, həm də düşüncə Tanrıdandır. İnsan düşüncəsi Tanrının obrazıdır. Tanrının mənəvi axtarışları da düşüncə vasitəsi ilə edilir. Bu axtarışlar dünya fəlsəfəsinin əsasını təşkil edir. Tanrıya ən yaxın olan filosoflar-stoiklərdir. Ondan uzaqlaşanlar isə epikurçulardır. Lakin Tanrı haqqında ən doğru məlumatı Müqəddəs Kitab verir.

Konsubstansionallığı subuta yetirmək istəyən İlarius, stoiklərin fəlsəfəsindən istifadə edirdi. Stoiklərdə, hər bir fərdi şeyin əsasında, bu şeylərdə təzahür edən və çoxalan, ancaq eyni zamanda, öz birliyini və tamlığını saxlayan təbiət durur. Ondan heç nə əksilmir. Bu fikri əsas götürən İlariusa görə, İlahi Üçlüyün hər bir şəxsində eyni İlahi təbiətin üçlü modifikasiyasıdır. Bu modifikasiyalarda o, öz eyniliyini qoruyub saxlanılır.

Arianlar deyirdilər ki, “doğulan” Oğulun, “doğulmayan” Ata ilə təbiətləri fərqlidir. Buna cavab verən İlarius hər bir yeni şeyin artıq mövcud olan şeylərdən yaranması, doğulması və ya “həqiqi olmayan” doğulmasından söhbət açırdı (quasi nativitas). “Həqiqi olmayan” doğulma eyni cinsli olan şeyin məkanda ayrılmasıdır. Buna misal odun bir məşəldən başqa məşələ verilməsidir. Bu halda yeni od yeniləşmiş olan köhnə oddur. O, ayrılmadan öncə də mövcuddur, lakin onun mövcudiyyəti köhnə odla eyniliyi təşkil edir. Yeni od köhnə oddan doğulur, onların cinsi eynidir. Buradan İlarius Ata ilə Oğulun mahiyyətlərinin eyniliyini (konsubstansionallığını) sübuta yetirmək istəyirdi.

Ədəbiyyat

  • Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 102-104. ISBN 5-87459-013-7. 22 avqust 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2016.
  • Carl Beckwith, Hilary of Poitiers on the Trinity: From De Fide to De Trinitate (New York and Oxford, 2009).
  • Hunter, David G. "Fourth-century Latin writers", in Frances Young, Lewis Ayres and Andrew Young, eds, The Cambridge History of Early Christian Literature, (2010).
  • The works of Hilary in chronological order (İlariusun əsərlərinin siyahısı).
  • Орлов А. П. Тринитарные воззрения Илария Пиктавийского. Сергиев Посад, 1908.
  • Орлов А. П. Христология Илария Пиктавийского в связи с обзором христологических учений II—IV вв. Сергиев Посад, 1909.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlarius Piktaviyalı haqqında məlumat. İlarius Piktaviyalı nədir? İlarius Piktaviyalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fakültə

  • Fevral 27, 2026

    Ali bitkilər

  • Fevral 27, 2026

    Pələng pişikləri

  • Fevral 27, 2026

    Zollinger-Ellison sindromu

  • Fevral 27, 2026

    Zinobi Silikaşvili

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst