Prjevalski atı (lat. Equus ferus przewalskii) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Mərkəzi Asiyada ilk dəfə N. M. Prjevalski (1879) təsvir etmişdir. Kəkilsiz, yalının dik və qısa, quyruğunun və həmçinin başının böyük olması, eləcə də dözümlülüyü ilə ev atlarından fərqlənir. Erkəklərinin bədəninin uzunluğu 2,3 m-dək, süysününün hündürlüyü 1,3 m-dək olur; dişiləri bir qədər kiçikdir. Cunqariya səhralarında yaşayırdı. Avropanın, Amerikanın bir sıra zooparklarında olan atlar əsl atların yeganə vəhşi növüdür. 5—20 fərddən ibarət sürülərlə yaşayırdı. Ev atları ilə cütləşdirildikdə məhsuldar nəsil verir.
| Prjevalski atı | ||||||
|---|---|---|---|---|---|---|
| ||||||
| Elmi təsnifat | ||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Klad: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Ranqsız: Klad: Mesaxonia Klad: Panperissodactyla Dəstə: Yarımdəstə: Hippomorpha Fəsilə: Yarımfəsilə: Equinae Triba: Equini Cins: ???: Prjevalski atı | ||||||
| Beynəlxalq elmi adı | ||||||
| ||||||
| ||||||

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Prjevalski atı haqqında məlumat. Prjevalski atı nədir? Prjevalski atı nə deməkdir?