Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cunqariya (monq. Зүүнгар «sağ əl»; çin. 準噶爾 Zhǔngáěr, qırğ. Жуңгарстан; qaz. Жоңғария; uyğ. جۇڭغار ئويمانلىقى) — Mərkəzi Asiyada yerlən səhra Çinin şimal-qərbi,

Cunqariya

  • Ana Səhifə
  • Vikipediya
  • Cunqariya

Cunqariya (monq. Зүүнгар «sağ əl»; çin. 準噶爾 Zhǔngáěr, qırğ. Жуңгарстан; qaz. Жоңғария; uyğ. جۇڭغار ئويمانلىقى) — Mərkəzi Asiyada yerlən səhra Çinin şimal-qərbi, Monqolustanın qərbi və Qazaxıstanın şimal-şərqini əhatə edir. Şimal və şərqdə Monqol Altayı, cənubda isə Tyan-Şan dağları ilə əhatələnir. Mərkəzi Asiyanın tarixi və coğrafi regionudur. Səhrada əsasən yarımsəhra və çöl lanşaftı yayılmışdır. Cunqariyanın sahəsi 777 000 km² təşkil edir.

Cunqariya səhrası
Cunqariya səhrası
Cunqariya səhrası
Ümumi məlumatlar
Sahəsi 777,000 km²
Yerləşməsi
46°16′00″ şm. e. 86°50′00″ ş. u.HGYO
Ölkələr
  •  ÇXR
  •  Monqolustan
  •  Qazaxıstan
Cunqariya səhrası xəritədə
Cunqariya səhrası
Cunqariya səhrası
Cunqariyasəhrası (Asiya)
Cunqariya
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Cunqariya düzənliyi dağ silsilələri ilə əhatələnmişdir. Şimal-qərbdən Cunqar Alatausu, şimal-şərqdən Monqol Altayı, cənubdan Şərqi Tyan-Şan dağları, şərqdən isə Monqol Qobisi ilə əhatələnir.

Dəhranın ümumi sahəsi 777 000 km² təşkil edir. Geniş əraziyə malik səhra vaxtı ilə tarizdə mövcud olmuş dənizin dibidir. Dəniz Perm dövründə 280 milyon il öncə mövcud olmuşdur. Düzənliyin mərkəzində sahəsinə görə ikinci böyük səhra (düzənlikdə) yerləşir. Çində Dzosotın-Elisun adlanır (uyğurca Qurbantonqut). Səhranın mərkəzi hissəsi istənlən dəniz və okeanlardan uzqalığına görə Ginnesin Rekordlar Kitabına daxil edilmişdir (46°16,80′ şm. e. 86°40,20′ ş. u.HGYO).

Cunqariyanın şimal və şərq hissəsi əsasən Cınqıl və Qrabendən təşkil olunub. Qərb hissə gilli, cənub isə qumlu suxurlardan ibarətdir. Bəzi hissələr duz gölləri və soranlıqlardır.

İqlimi

Özünün iqlim xüsusiyyətlərinə görə Cunqariya Qobidən kəskin fərqlənmir. Əsas fərqlər isə güclü buxarlanma nisbətində yağıntının cuzi miqdarda düşmədi ilə seçilir. Yayda kəskin istilər, qışda isə sərt şaxtalar müşahidə edilir. Güçlü qum fırtınaları əsasən yaz ayları müşahidə edilir.

Fauna

Cunqariya səhrasında Antilop, Xara-Sulta; Sayqa (təkcə qərb hissədə) yayılmışdır. Səhrada vəhşi dəvələrədə rast gəlinir. Cunqariyanın cənubunda üç növ təkdırnaqlı yayılmışdır: Ciqetay, Qulan və vəhşi Prjevalski atı.

Quşlardan 160 növünə rast (köçərilər və yumurta qoyaraq bala verənlər) gəlinir. Quşların böyük əksəriyyəti Ulyanur gölü və Urunqu çayı boyunca yayılmışlar.

Flora

Bitkilər aləmi baxımından Cunqariya Qobinin hissələri arasında ən kasıbı hesab etmək olar. Səhranın şərq hissəsi digər ərazilərə nisbətəndə çoxdur. Cunqariyanın hec bir yerində ağaca rast gəlmək olmaz. Kol bitkilərindən Saksaul, Acılıqotu, Qəpikotu və Cuzqun, otlardan : Yovşan, Qızılsəbət, Cıl, təpəliklərdə isə Rəvənd və kiçik zanbaqlara rast gəlinir.

Tarixi

Səhranın ərazisində vaxtı ilə Cunqar xanlığı mövcud olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cunqariya haqqında məlumat. Cunqariya nədir? Cunqariya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nuh türbəsi

  • Fevral 27, 2026

    Mokşa dili

  • Fevral 27, 2026

    Sərhəd

  • Fevral 27, 2026

    Posidoni

  • Fevral 27, 2026

    Rəqəmsal sertifikat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst