Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sərhəd və ya coğrafi sərhəd — hökumətlər, dövlətlər və ya ölkənin inzibati cəhətdən bir-birindən müstəqil olan hissələri kimi siyasi strukturların coğrafi cəhət

Sərhəd

  • Ana Səhifə
  • Vikipediya
  • Sərhəd

Sərhəd və ya coğrafi sərhəd — hökumətlər, dövlətlər və ya ölkənin inzibati cəhətdən bir-birindən müstəqil olan hissələri kimi siyasi strukturların coğrafi cəhətdən bitmə nöqtələrini və ya hüquqi yurisdiksiyalarını təsvir edən termindir.

Təhlükəsizlik işıqları ilə işıqlandırılmış olan Pakistan — Hindistan sərhədi beynəlxalq sərhədlərin gecələr belə göründüyü dünyada nadir yerlərdən biridir.

Qədim dövrlərdə sərhədlər aralarında neytral zonaların mövcud olduğu və ciddi şəkildə ayrılmayan regionlar idi. Bu vəziyyət hələ də Səudiyyə Ərəbistanı ilə Küveytin dövlət sərhədində müşahidə olunur. Müasir dövrdə bir çox ölkələrin dövlət sərhədləri konkret olaraq müəyyən edilmişdir. Hava limanları, limanlar və gömrük qapıları da dövlətin bir növ sərhədini təşkil edirlər. Bu üsul ilə də ölkəyə daxil olan və ölkədən çıxan insanlar, heyvanlar, pul və mallar üzərində dövlətin nəzarəti mümkün olur. Sərhədləri keçmək üçün insanlara pasport, lazım gələrsə, viza və yaxud da şəxsiyyəti təsdiq edən sənədlər lazımdır. Əcnəbi şəxslərdən başqa ölkənin sərhədləri daxilində qalması üçün xüsusi immiqrasiya sənədləri tələb edilə bilər. Müəyyən bir xəstəliyin ötürülməsinin qarşısını almaq üçün heyvanların (və bəzi hallarda da insanların) sərhədi keçməsinə icazə verilmir. Bir çox ölkələr təhlükəli heyvanların və narkotik maddələrin öz sərhədlərindən keçirilməsini qadağan etmişdir. Əvvəlcədən xəbərdarlıq edilmədən və yaxud da icazə alınmadan əşyaların, heyvanların və ya insanların sərhəddən keçməsi və ya keçirilməsi qeyri-qanuni immiqrasiya hesab olunur.

Tək ölkə ilə həmsərhəd olan ölkələr

  •  Vatikan
  •  Qətər
  •  Portuqaliya
  •  Cənubi Koreya
  •  Monako
  •  Qambiya
  •  Lesoto
  •  San-Marino
  •  Sinqapur
  •  Papua-Yeni Qvineya
  •  Şotlandiya
  •  Uels
  •  Şərqi Timor
  •  İrlandiya
  •  Haiti
  •  Dominikan Respublikası
  •  Böyük Britaniya
  •  Cəbəllüttariq
  •  Makao
  •  Honkonq
  •  Şimali İrlandiya
  •  Şri-Lanka
  •  Qrenlandiya

Kanada və Danimarka, Nunavut və Qrenlandiya arasında qalan və 1971-ci ildən bəri sərhəd mübahisələrinin davam etdiyi Hans adasını iki yerə bölmək barədə öz aralarında 14 iyun 2022-ci ildə razılığa gəlmişdirlər və 1,28 km uzunluğu olan sərhədə malik olduqları üçün tək qonşusu olan dövlət statusundan çıxmışdırlar.

Həmçinin bax

  • Dövlət sərhədi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sərhəd haqqında məlumat. Sərhəd nədir? Sərhəd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Esxatologiya

  • Fevral 27, 2026

    Yazıçılar İttifaqı

  • Fevral 27, 2026

    İstifadəçi

  • Fevral 27, 2026

    Voloqda vilayəti

  • Fevral 25, 2026

    Qəbələ rayonu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst