Sulutəpə — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbə inzibati-ərazi vahidinin Sulutəpə qəsəbəsi Xocəsən qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. 2 oktyabr 2006-cı il tarixli 148-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən 208 ha torpaq sahəsi Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilmişdir.
| Sulutəpə | |
|---|---|
| |
| 40°26′00″ şm. e. 49°46′07″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Sulutəpə | |
Tarixi
Sulutəpə 1999-cu ildə qəsəbə statusu alıb.
Coğrafiyası və iqlimi

Sulutəpə qəsəbəsi Abşeron yarımadasının qərbində, Xırdalan şəhəri yaxınlığında yerləşir.
Əhalisi
Əhalisi 17,9 min nəfərdir.
İqtisadiyyatı
Əhalisi əsasən sənaye müəssisələrində və kənd təsərrüfatında çalışır. Sosial obyektləri vardır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sulutəpə haqqında məlumat. Sulutəpə nədir? Sulutəpə nə deməkdir?
