Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Arşak və ya Arsuk (gürc. არშაკ/არსუკ; ən tezi e.ə. 33 və ən geci e.ə. 30 – ən tezi e.ə. 3 və ən geci 1), latındilli mənbələrdə Artaksias — e.ə. I əsrdə İberi

II Artaksias

  • Ana Səhifə
  • Vikipediya
  • II Artaksias

II Arşak və ya Arsuk (gürc. არშაკ/არსუკ; ən tezi e.ə. 33 və ən geci e.ə. 30 – ən tezi e.ə. 3 və ən geci 1), latındilli mənbələrdə Artaksias — e.ə. I əsrdə İberiya çarı. Farnavazianlar sülaləsinə mənsub olmuşdur. O, öz hakimiyyətini Romaya münasibətdə müstəqilliyinin təsdiqi və ölkənin daxili işlərinin həlli ilə əsaslandırmışdır. Buna baxmayaraq, onun tənəzzülünə səbəb olan məhz Roma imperiyası və onun erməni müttəfiqləri ilə pis münasibətləri olmuşdur.

II Arşak
İberiya çarı
e.ə. 20 – b.e. 1
ƏvvəlkiII Mirian
SonrakıI Farsman
Şəxsi məlumatlar
Doğum tarixi ən tezi e.ə. 33 və ən geci e.ə. 30
Vəfat tarixi ən tezi e.ə. 3 və ən geci 1
Fəaliyyəti monarx
Atası II Mirian
Anası Artaşes sülaləsindən şahzadə
Ailəsi Farnavazianlar

Mündəricat

Mənşəyi

Cənubi Qafqaz antik dövrdə. İberiya çarlığının əraziləri sarı rəngdə işarələnmişdir.

Gələcək kral Arşak II Mirianın yeganə oğlu olmuşdur. Arşakın ata tərəfdən babası Farnacom və ya Farnaqumi idi, onun anası isə Arşakilərin qolu olan Artaşes sülaləsindən şahzadə idi. Alimlər onun Parfiyadan, Ermənistandan və ya bəlkə də İberiyadan olduğunu ehtimal edirlər. O, həyat yoldaşı II Farnavazın məğlubiyyətindən sonra II Mirianla evlənmişdir. Buna görə də Arşakın doğum tarixi atasını hakimiyyətdə olduğu illərə, e.ə. 33–20-ci illərə təsadüf edir.

II Mirianın varisi və I Mirianın nəslindən olan II Arşak Leonti Mroveli tərəfindən "Nəmrudi" hesab olunur. Bu titul onun mifik əcdadı, Bibliya ənənəsindəki Nəmruddan gəlir. Bununla belə, bəzi şəcərəçilər İberiyanın birinci çarı I Farnavazın mənimsənilmiş nəslindən olan Arşakı "Farnavazian" adlandırmağa üstünlük verirlər.

II Arşak, Vaxuşti Baqrationinin xronologiyasına görə, e.ə. 23-cü ildə İberiyanın IX çarı kimi taxta çıxmışdır. Kirill Tumanov, öz növbəsində, İberiyanın digər hökmdarlarının əksəriyyəti ilə düzəldilmiş xronologiyasında onun e.ə. 20-ci ildə hakimiyyətə gəldiyini qeyd etmişdir. Nəhayət, orta əsrlərə aid anonim "Kartlinin çevrilməsi" salnaməsində Arşakın dövlətin X hökmdarı olduğu vurğulanır.

Hakimiyyəti

Yenidənqurma siyasəti

Ümumilikdə, II Arşak iyirmi il hökmranlıq etmişdir. O, təzəlikcə Romadan müstəqilliyini əldə etmiş İberiyada bərpaçı kimi fəaliyyətə başlamışdır. "Kartlis tsxovreba" onu güclü, uzunboylu və nəhəng kimi təsvir etmişdir. II Arşak Kaxetiyada yerləşən Nenkar və ya Nekresi şəhərini bəzəmiş, Uplissixenin istehkamlarını möhkəmləndirmişdir. Alimlər "Kartlinin çevrilməsi" salnaməsində verilən yazılara əsaslanaraq çarın bir növ vətəndaş qarşıdurmasında qalibiyyət əldə etməsini ehtimal edirlər. Mətndə qeyd edilmişdir:

" Kaspiyə hücum edən və Uplissixedə asayişi bərpa edən Arsuk hökmranlıq etmişdir. "
Xevsureti mərkəzi gürcü hakimiyyətinin "de-fakto" nəzarətindən çıxmış dağlıq regionlardan biri idi.

Tarixçi Kalistrat Saliya II Arşakın hakimiyyəti dövründə baş verən mühüm dəyişikliklər haqqında məlumat vermişdir. Onun məlumatına görə, e.ə. I əsrin sonunda İberiya vilayətləri iqtisadi baxımdan bir-birindən müstəqil olmuşdular. Dağlıq və düzənlik vilayətlərinin iqtisadiyyatları arasında fərqlər xüsusilə əhəmiyyətli hala gəlmişdi. Düzənliklərdə mədəniyyət dağlıq regionlara nisbətən daha sürətli inkişaf etmişdir. Bu, mərkəzi hökumətə Qafqazın əsas rabitə yollarına nəzarətini güclənmişdir. Eynilə, Dvaleti və ya Xevsureti kimi şimal regionları tayfa icmaları şəklində təşkil olunurdu, Msxetadan bu vilayətlərə praktiki olaraq yalnız nominal hökmranlıq saxlanılmışdır.

Vətəndaş müharibəsi

II Arşakın hakimiyyəti İberiya Artaşes sülaləsinin varisi ilə vətəndaş müharibəsi nəticəsində pozulmuşdur. E.ə. 3-cü ildə, ya da, Kirill Tumanova görə, b.e. 1-ci ildə şahzadə Aderk və ya Farsman vaxtilə mərhum atası II Farnavaza məxsus olmuş İberiya taxtını özünə qaytarmaq qərarına gəlmişdir. Suriyada təhsil almış və ermənilərlə müttəfiq olan şahzadə tezliklə çar ilə qarşılaşmaq üçün İberiyaya daxil olmuşdur. Arşak özünü müdafiə etmək üçün çarlığın bütün qoşunlarını toplamış, Parfiyadan dəstəkçi qüvvələr də Arşakın müdafiəsini möhkəmləndirmişdir.

İki ordu Trialet silsiləsində yerləşən Tsalkada qarşılaşmışdır. Arşak və Farsman ordularını bir-birləri ilə vuruşmağa göndərmək əvəzinə təkbətək döyüşə getməyə qərar vermişdir. Qarşıdurmanın ilk günü belə keçmişdir, lakin qalib gələn tərəf olmamışdır. Buna baxmayaraq, ertəsi gün Arşak kamanla vurularaq döyüşdə məğlub olmuş və öldürülmüşdür. Bundan Aderk özünü İberiya çarı elan etmiş, Ermənistan krallığının və bilavasitə Romanın vassalı olmağı qəbul etmişdir. Leonti Mroveli yeni hökmdarın əcdadları sayəsində gürcü ordusu tərəfindən müsbət qəbul olunduğunu da bildirmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Artaksias haqqında məlumat. II Artaksias nədir? II Artaksias nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İztirab

  • Fevral 28, 2026

    Sultanməcid Əfəndiyev

  • Fevral 27, 2026

    Kərimət Bürcəliyeva

  • Fevral 27, 2026

    Çoxluqlar nəzəriyyəsi

  • Fevral 27, 2026

    Teymur Bəkirzadə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst