Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Edvard Smit (ing. Edward John Smith, 27 yanvar 1850 – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin kapitanı.

Edvard Smit

  • Ana Səhifə
  • Vikipediya
  • Edvard Smit

Edvard Smit (ing. Edward John Smith, 27 yanvar 1850 – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin kapitanı.

Edvard Smit
ing. Edward John Smith
Doğum tarixi 27 yanvar 1850(1850-01-27)
Vəfat tarixi 15 aprel 1912(1912-04-15)[…] (62 yaşında)
Vəfat səbəbi boğulma
Milliyyəti ingilis
Fəaliyyəti gəmi kapitanı
Mükafatları Decoration for Officers of the Royal Naval Reserve Transport Medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır.

Karyerası

Edvard Smit 1880-cı ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü zabiti olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. SS Resbulika adlanan gəmidə bir müddət işləmişdir.

Edvard Smit Vayt Star Layn şirkətinə məxsus 17 gəmidə kapitanlıq etdikdən sonra Titanik gəmisinə kapitan təyin olundu. Vayt Star Layn ən böyük gəmisinə kapitan təyin edərkən, geniş seçim aparmamışdır. Edvard Smit həmin dövrdə təkcə Vayt Star Layn şirkətinin deyil, həm də bütün İngiltərədə ən məşhur kapitanlardan biri hesab olunurdu.

Titanik

Titanikin batmasında kapitanın hansısa günahının olub-olmaması bu gündə tam məlum deyil. Müxtəlif iddialara əsasən gəminin aysberqlə toqquşması və toqquşmadan sonra sürətlə batmasında Smit tərəfindən qəbul olunan bəzi yanlış qərarlarında rolu olmuşdur. Bəzi mənbələrdə isə Titanikin batmasına səbəb kimi göstərilir ki, " Gəminin içində olan yüksək vəzifəli sərnişinlərdən birinə qarşı olan hər hansısa siyasi səbəbdən dolayı gəmi səfərə çıxmazdan əvvəl içəridən biri texniki nasazlıq yaratmızdır, çünki "batmaz gəmi" adlanan xüsusi meteriallardan hazırlanan bu gəmi necə oldu ki, bir buz parçasına qurban getdi".

Ölümü

Edvard Smit Titanik batan zaman ölmüşdür. Onun hansı şəraitdə ölməsi barədə müxtəlif fikirlər vardır. Robert Balardın fikrinə görə Smit Titanik filmində olduğu kimi, körpü istiqamətində irəliləmiş və burada son əmrlərini vermək üçün gözləmişdir. Gəminin batmasından sonra isə Atlantik okeanının buzlu sularında itkin düşmüşdür.

Digər bir iddia da isə kapitanın şəxsi silahı ilə intihar etdiyi göstərilir. Gəminin batmasından xilas olan şəxslər, sonralar danışdıqları xatirələrində Edvard Smitin valideynlərindən ayrı düşmüş kiçik yaşlı bir qızı qayığa qədər ötürdüyünü görmüşlərdir. Bir çox hadisə şahidləri Smitin son anlarında belə özünü təmkinli və soyuqqanlı apardığını bildirmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Edvard Smit haqqında məlumat. Edvard Smit nədir? Edvard Smit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şəddə

  • Fevral 27, 2026

    Limon

  • Fevral 27, 2026

    Milli liberalizm

  • Fevral 27, 2026

    1673-cü il

  • Fevral 27, 2026

    Rəfiqə Şabanova

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst