Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Teymur Elçin (doğum adı:Teymur Süleyman oğlu Əliyev; 28 mart 1924, Şuşa – 14 mart 1992, Bakı) – şair, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin ü

Teymur Elçin

  • Ana Səhifə
  • Vikipediya
  • Teymur Elçin

Teymur Elçin (doğum adı:Teymur Süleyman oğlu Əliyev; 28 mart 1924, Şuşa – 14 mart 1992, Bakı) – şair, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1958), Azərbaycan Dövlət mükafatı laureatı (1991), Azərbaycan SSR mədəniyyət nazirinin müavini (1975–1988).

Teymur Elçin
Azərbaycan SSR mədəniyyət nazirinin müavini
30 may 1975 – 1988
NazirZakir Bağırov
Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri
1956 – 1964
Əvvəlkiİsrafil Nəzərov
SonrakıƏnvər Əlibəyli
Şəxsi məlumatlar
Doğum adı Teymur Süleyman oğlu Əliyev
Doğum tarixi 28 mart 1924(1924-03-28)
Doğum yeri
  • Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 14 mart 1992(1992-03-14) (67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti şair
Həyat yoldaşı Leyla Əliyeva
Uşağı
  • Yaşar Əliyev (səfir)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 19711971 "Şərəf nişanı" ordeni — 19791979

Mündəricat

Həyatı

Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 1924-cü il mart ayının 28-də Şuşa şəhərində anadan olmuşdur.

1931-ci ildə ailəsi ilə Bakıya köçmüş, burada 132 saylı şəhər orta məktəbini bitirmişdir.

1941–1948-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır.

Eyni zamanda "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi (1941), 1941–1942-ci illərdə Azərbaycan Radio Komitəsində İctimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir, 1942–1943-cü illərdə diktor, redaktor, məsul redaktor, 1945–1946-cı illərdə APİ-nin komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsinin birinci katibi (VI, 1946 — IV, 1948), Azərbaycan LKGİ Bakı komitəsinin katibi (V, 1949 – IV, 1950), "Azərnəşr"in siyasi-ictimai ədəbiyyat şöbəsinin müdiri (1950–1952), Azərbaycan Nazirlər Soveti yanında Radio Məlumat Komitəsi sədrinin müavini (1952–1953), Azərbaycan Nazirlər Soveti nəşriyyat qrupunun rəisi, katibliyin müdiri (1953–1955), Azərbaycan KP MK Elm və mədəniyyət şöbəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini (1955–1957), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin (sonra Dövlət komitəsi) sədri (1957–1964), Azərbaycan KP MK Təbliğat və təşviqat şöbəsinin müdiri (1964–1975), Azərbaycan mədəniyyət nazirinin müavini (1975–1988) vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyətinə kiçik yaşlarından başlamış, ilk şeirlərini məktəb şənliklərində oxumuşdur. Onun ilk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi "Şeirlər əcmuəsi"ndə dərc olunan "Azərbaycan" şeiridir. Bundan sonra məktəb illərində onun dövri mətbuatda "Kommunist", "Yeni yol" və "Azərbaycan pioneri" qəzetlərində) dərc edilən yazıları "Teymur Əlizadə" imzası ilə çıxmışdır.

Şairin bir sıra siyasi, lirik, əmək və uşaq şeirlərinə mahnılar bəstələnmişdir. "Qar qız" mənzum pyesi M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur (1983).

Əsərləri keçmiş SSRİ, həmçinin, xarici ölkə xalqlarının dillərində çap olunmuş, bədii tərcüməyə də xüsusi diqqət yetirmişdir.

Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni (1971), "Şərəf nişanı" ordeni (1979), yeddi medal və üç dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, həmçinin, ÜİLKGİ MK və Azərbaycan LKGİ MK Fəxri fərmanları ilə təltif edilmişdir.

Görkəmli şair, publisist Teymur Elçin 1992-ci il mart ayının 19-da vəfat etmişdir.

Vasim Məmmədəliyev və Elçin Əfəndiyevin qayınatası olmuşdur.

Əsərləri

  • 1. Qarqız. Bakı: Uşaqgəncnəşr, 1955, 15 səh.
  • 2. Bip-bip. Bakı: Uşaqgəncnəşr, 1959, 31 səh.
  • 3. Qulaq asın, danışım. Bakı: Uşaqgəncnəşr, 1959, 67 səh.
  • 4. Qızulduz. Yaşar və Nur nənə. Bakı: Uşaqgəncnəşr, 1962, 32 səh.
  • 5. Din-dan. Bakı: Azərnəşr, 1964, 16 səh.
  • 6. Bahar, adlar, uşaqlar. Bakı: Azərnəşr, 1966, 112 səh.
  • 7. Sözlər, nəğmələr, nağıllar, laylalar. Bakı: Gənclik, 1969, 79 səh.
  • 8. Laylalar. Bakı: Gənclik, 1971, 15 səh.
  • 9. Şəkərim, duzum. Bakı: Gəncik, 1977, 224 səh.
  • 10. Xoruzbanı gedirəm. Bakı: Gənclik, 1978, 14 səh.
  • 11. Torağayın nəğməsi. Bakı: Yazıçı, 1979, 202 səh.
  • 12. Toğrul babanın nağıl ağacı. Bakı: Gənclik, 1982, 62 səh.
  • 13. Balaca Aytən. Bakı: Gənclik, 1983, 14 səh.
  • 14. Mənim kiçik ulduzlarım. Bakı: Gənclik, 1985, 350 səh.

Tərcümələri

(ruscadan)

  • 1. N. Zabila. Vətənimiz. Bakı: Uşaqgəncnəşr, 1951, 12səh.
  • 2. N. Zabila. Yasoçkanın kitabı. Bakı: Uşaqgəncnəşr, 1963, 16 səh.
  • 3. N. Zabila. Balaca Marina. Bakı: Uşaqgəncnəşr, 1957, 16 səh.
  • 4. A. və P. Barto. Pinti qız. Bakı: Uşaqgəncnəşr, 1957, 16 səh.
  • 5. K. Çukovski. Qorxunc tarakan. Bakı: Uşaqgəncnəşr, 1961, 18 səh.
  • 6. İ. V. Turgenev. Bədbəxt qız. Bakı: Uşaqgəncnəşr, 1961, 236 səh.
  • 7. K. Çukovski. Moydadır. Bakı: Uşaqgəncnəşr, 1962, 22 səh.
  • 8. S. Marşak. Usta tikər – usta sökər. Bakı: Azərnəşr, 1964, 16 səh.
  • 9. A. Tudoraş. Balaca noxudun nağılı. Bakı: Azərnəşr, 1964, 16 səh.
  • 10. K. Çukovski. Milçək-vizilçək, Bakı: Azərnəşr, 1965, 16 səh.
  • 11. Gənc Marksın albomundan (xalq nağılları). Bakı: Azərnəşr, 1968, 36 səh.
  • 12. P. Voronko. Ən gözəl yer vətəndir. Bakı: Gənclik, 1975, 30 səh.
  • 13. K. Çukovski. Aybolit. Bakı: Gənclik, 1973, 219 səh.
  • 14. T. Hofman. Şelkunçik və siçanlar padşahı. Bakı: Uşaqgəncnəşr, 1961, 80 səh.
  • 15. Ş. Rəşidov. Kəşmir mahnısı. Bakı: Gənclik, 1979, 40 səh.
  • 16. K. Çukovski. Milçək-vizilçək. Bakı: Gənclik, 1985, 120 səh.

(türkcədən)

  • 17. N. Zəkəriyyə. Günəşə sevinək. Bakı: Uşaqgəncnəşr, 1967, 30 səh.

Şeirlərinə yazılmış musiqi əsərləri

Mahnılar

  • İlhamə Quliyeva — Gülür ellər — musiqi: Fikrət Əmirov
  • İlhamə Quliyeva — Göygöl — musiqi: Fikrət Əmirov
  • İlhamə Quliyeva — De, görüm, neyləmişəm — musiqi: Fikrət Əmirov
  • Zeynəb Xanlarova — Bir gül seçdim (Yar üçün) — musiqi: Fikrət Əmirov
  • Abbas Əhməd və Nailə Əliyeva — Bəs kim eşitsin — musiqi:Eldar Mansurov
  • Mobil Əhmədov — Qarabağın qızları — musiqi: Əşrəf Abbasov

Uşaq mahnıları

  • Bip-bipin nəğməsi (Uçdu göylərə bizim peykimiz) — musiqi: Fikrət Əmirov
  • Bizim həyət — musiqi: Fikrət Əmirov
  • Qış nəğməsi — musiqi: Oqtay Zülfüqarov
  • Sərçə — musiqi: Oqtay Zülfüqarov
  • Can nənə — musiqi: Oqtay Zülfüqarov
  • Gəl, bahar — musiqi: Əfsər Cavanşirov

Opera

  • Tərs keçi — libretto müəllifi

Filmoqrafiya

  1. Analar və laylalar (film, 1992)
  2. Qara leylək (film, 1985)
  3. Ziyalı ömrü. Teymur Elçin (film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Teymur Elçin haqqında məlumat. Teymur Elçin nədir? Teymur Elçin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arauka (departament)

  • Fevral 27, 2026

    Keçilər

  • Fevral 28, 2026

    Pirəhmədli (Tuzxurmatu)

  • Fevral 27, 2026

    Macarca

  • Fevral 23, 2026

    Qəzzə zolağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst