Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hikmət Atayev (4 fevral 1953, Zaqatala – 7 mart 2013, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının

Hikmət Atayev

  • Ana Səhifə
  • Vikipediya
  • Hikmət Atayev

Hikmət Atayev (4 fevral 1953, Zaqatala – 7 mart 2013, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.

Hikmət Atayev
Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı
13 mart 2006 – 7 mart 2013
Seçki dairəsi2006, 2010 — 110 saylı Zaqatala
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıElşən Musayev
Zaqatala Şəhər Bələdiyyəsinin sədri
2005 – 2006
Şəxsi məlumatlar
Doğum adı Atayev Hikmət İsmayıl oğlu
Doğum tarixi 4 fevral 1953(1953-02-04)
Doğum yeri
  • Zaqatala, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 7 mart 2013(2013-03-07) (60 yaşında)
Vəfat yeri
  • Balakən rayonu, Azərbaycan
Vəfat səbəbi avtomobil qəzası
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Tibb Universiteti

Həyatı

Hikmət Atayev 4 fevral 1953-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi.

1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.

2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

7 mart 2013-cü ildə Gürcüstandan Balakən istiqamətində hərəkət edərkən idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat etmişdir.

Evli idi və 4 övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hikmət Atayev haqqında məlumat. Hikmət Atayev nədir? Hikmət Atayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Osmanlı şeyxülislamları

  • Fevral 27, 2026

    1857-ci il

  • Fevral 27, 2026

    Dolli (qoyun)

  • Fevral 27, 2026

    Skanderbeq

  • Fevral 27, 2026

    Horatsilərin andı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst