Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fikrət İlyas oğlu Abdullayev — Alim, biologiya elmləri doktoru, professor, Meksikanın "Eksperimental onkologiya laboratoriyasının" rəhbəri, Meksika Elmlər Akade

Fikrət Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Fikrət Abdullayev

Fikrət İlyas oğlu Abdullayev — Alim, biologiya elmləri doktoru, professor, Meksikanın "Eksperimental onkologiya laboratoriyasının" rəhbəri, Meksika Elmlər Akademiyasının akademiki (2000).

Fikrət Abdullayev
Fikrət İlyas oğlu Abdullayev
Doğum tarixi 1943
Doğum yeri Bakı, Azərbaycan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2006 (62–63 yaşında)
Vəfat yeri Meksika
Dəfn yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası İlyas Abdullayev
Elm sahəsi Kimya-biologiya
Elmi dərəcələri Ali, Elmlər doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Universiteti

Həyatı və elmi fəaliyyəti

1943-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirdikdən sonra Elmlər Akademiyasında əmək fəaliyyətinə başlamışıdr.

1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1973-cü ildə Moskva şəhərinə ezam olunub və 5 il Rusiya Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda çalışmışdır. Vətənə qayıtdıqdan sonra Elmlər akademiyasının Fizika, daha sonra isə Botanika institutunda genomin biokimyası laboratoriyasına rəhbərlik etmişdir. 1978-ci ildə İsveçrənin Stokholm Universitetinə göndərilmişdir. 1982-ci ildən 1983-cü ilədək Almaniyanın Münhen Universitetinin Biokimya İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1989-cu ildə Ukrayna Elmlər Akademiyasının Biokimya İnstitutunda dissertasiya müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır.

1990-cı ildə Amerika Birləşmiş Ştatlarına ezam olunub. 1994-cü ilə qədər Nyu-Cersi ştatının Retger Universitetində çalışıb. Burada prof. Cerand Frenkelin laboratoriyasında birgə tədqiqatlar apanb. Onun ABŞ alimləri ilə birgə nüfuzlu beynəlxalq elmi jurnallarda 5 məqaləsi dərc olunub. 1994-cü ildə ABŞ-dən Bakıya qayıdaraq öz tədqiqatlarını genotip biokimyası laboratoriyasında davam etdirmişdir.

1995-ci ildə Meksika nın Elm və texnika Nazirliyinin dəvəti ilə işləmək üçün bu ölkəyə göndərilmişdir. Ömrünün axırına qədər orada işləmişdir. Meksikanın Keretar Universitetində yerli alimlərlə birgə tədqiqatlar aparmışdır.

Fikrət Abdullayev 1997-ci ildə "Eksperimental onkologiya laboratoriyasına" rəhbər təyin olunmuşdur. Xərçəng əleyhinə təbii və sintetik pereparatların axtarışı və öyrənilmesi istiqamətində elmi tədqiqatlar aparmış, bunların nəticələri ABŞ, Meksika, Çin və Hindistanda müxtəlif kitablarda nəşr olunmuşdur.

2000-ci ildə Meksika Elmlər Akademiyasının akademiki seçilmişdir. 100-dən çox elmi əsərin, bir neçə monoqrafiya və ixtiranın müəllifidir. Bir çox beynəlxalq akademiya, cəmiyyət və assosiasiyaların üzvü olmuşdur.

2006-cı ildə Meksikada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fikrət Abdullayev haqqında məlumat. Fikrət Abdullayev nədir? Fikrət Abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İblisin vəkili

  • Fevral 27, 2026

    Turist tələsi

  • Fevral 27, 2026

    Qanimed

  • Fevral 27, 2026

    Ruzvelt

  • Fevral 27, 2026

    Metodizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst