Uzurpasiya (lat. usurpatio - yiyələnmək) və ya Qəsb (ərəb. غصب - güclə götürmək, zorlamaq) — hakimiyyətin bir nəfər, bir qurum və ya bir qrup adam tərəfindən zor gücünə, qanunsuz ələ keçirilməsi. Bunun icraçısı isə uzurpator adlanır.
| Dövlət idarəetmə formaları |
|---|
|
Hakimiyyətin bir qanadının digər qanadının səlahiyyətlərini uzurpasiya etmək, hakimiyyətin parçalanmasının qarşısının alınması cəhdi kimi qəbul olunur.
Tarixi xronologiyada Qədim Roma və Bizans imperatorları iki qrupa: qanuni imperatorlara və uzurpator imperatorlara bölünür. Roma papaları da bu prinsiplə qanunı papalara və antipapalara bölünürlər. Tarixdə qanuni hakimiyyətə çatmağın yolu sələf-xələf prinsipinə əsaslanır. Qanunsuz yol isə saray çevrilişlərinə, hökmdarın və xələfinin cismən yox edilməsinə, vətəndaş müharibəsi dalğası üzərində hakimiyyətə gəlmə prinsipinə əsaslanır. Parçalanmış dövlətdə bir neçə iddiaçı, ya rəqib hökmdar peyda olarsa, onda qalib gələn hökmdar bir növ "qanuni imperator", yerdə qalanlar isə uzurpator imperatorlar sayılırlar. Lakin istisna hallar da mövcuddur. Misal olaraq Flavi Yoann 423-425-ci illərdə Qərbi Roma imperatoru olsa da o, uzurpator kimi qəbul olunur.
V. O. Klyuçevski II Yekaterınanın ıqtıdarı uzurpasıya etməsini belə xarakterizə edirdi:
| Yekaterina hakimiyyəti ikiqat tutmuşdur: ərindən hakimiyyəti almış və onu yeganə xələfi olan oğluna ötürməmişdir. |
Antik dövr
Tiraniya (yun. τυραννίς tyrannís ) Antik dövrədə Yunanıstanda hökmranlıq forması, icraçısı isə tiran (zor gücünə hakimiyyətə gələnə, zülmkar) uzurpatorun ekvivalenti sayılır.
| İqtidar sayı | Legitim | İllegitim |
| Tək başına | Monarxiya | Tiraniya |
| Qrupun iqtidarı | Aristokratiya | Oliqarxiya |
| Çoxluğun iqtidarı | Politiya | Demokratiya |
Uzurpatorlar
- Qay Yuli Sezar ( e. ə. 100 — e. ə. 44)
- Oktavian Avqust( e. ə. 63 — 14)
- Van Man (çin. 王莽, pinyin: Wáng Măng— 9 - 23 cü illərdə Çin imperatoru. Edame edilmiştir.
- Diokletian (284— 305) 284 cü ilə qədər bir uzurpator kimi Roma imperatoru olmuşdur.
- Tiberi ( e. ə. 14 — 37)
- Maqn Maksim (383 — 28 avqust 388) Edame edilmiştir. Maqn Maksim senator və keçmiş konsul olmuş, imperator Aleksandr Sever öldükdən sonra sələf yeni imperator I Maksimə sui qəsd hazırlayaraq hakimiyyəti öz əlinə almağa cəhd göstərmiş.
- Flavi Yevgeni (392 — 394) II Valentinianın müəmmalı ölümündən sonra imperatorun dəftərxana rəisi Flavi Yevgeni hərbi magistr Flaviy Arboqastın dəstəyi ilə özünü 392 ci ildə Qərbi Roma imperatoru elan edir. Şərqi Romada bunu uzurpasiya hesab edirlər. Şərqi Roma imperatoru I Feodosi müdaxilə edərək uzurpator 394 cü ildə tutularaq edam edilir.
- Gildo (397 — 398) Afrikada uzurpator.
- II Yekaterina (1729—1796) Rusiya imperatriçası
- Napoleon Bonapart(1799 — 1815) Fransa imperatoru
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uzurpasiya haqqında məlumat. Uzurpasiya nədir? Uzurpasiya nə deməkdir?
