Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biridir. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya k

Edinburq qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Edinburq qalası

Edinburq qalası (ing. Edinburgh Castle) — Şotlandiya ərazisində olan tarixi memarlıq abidəsi.

Edinburq qalası
ing. Edinburgh Castle
Edinburq qalasının Şotlandiya Milli Muzeyindən görünüşü
Ölkə  Şotlandiya
Şəhər Edinburq
Əsas tarixlər 1296–1357 - Şotlandiya İstiqlal Müharibələri
1571-1573 - Lanq mühasirəsi
1640, 1650, 1689, 1745-ci illərdə mühasirə edilib.
Tikilmə tarixi Ərazi Tunc dövründən məskunlaşıb; Qəsrin dövrümüzə çatmış binaları XII-XXI əsrlərdə inşa edilib.
Rəsmi sayt edinburghcastle.scot
Şotlandiyanın Tarixi Abidələri
İstinad nöm.SM90130
55°56′55″ şm. e. 3°12′02″ q. u.HGYO
Xəritə
Edinburq qalası (Edinburq)
Nöqtə
Edinburq qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Təsviri

Edinburq qalası Edinburq Köhnə şəhərinin qərbindəki Kral Milinin üstündə yerləşir.

Mons Meg

Mons Meg

Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biridir. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir. Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir.

Top Belçikada Mons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir.

Cari istifadəsi

Edinburq qalası Şotlandiya hökumətinə məxsusdur.

Turist məkanı

Edinburq qalası Şotlandiyada ən məşhur ödənişli turist məkanı sayılır, qalaya 2013-cü ildə 1.4 milyon ziyarətçi gəlmişdir.

Hərbi rolu

Qalanın ordu ilə güclü əlaqəsi hələ davam edir və Böyük Britaniyada əsasən təntənəli və inzibati məqsədlər üçün olsa da, Edinburq qalası hərbi qarnizonlu bir neçə qədim qalalardan biridir.

Edinburq kral hərbi orkestr paradı

2011-ci ildə Edinburq hərbi orkestr paradı

Hər il avqust ayında Edinburq hərbi orkestr paradı kimi tanınan bir sıra tamaşalar qalada baş tutur. Şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı tuluq zurnası çalan Şotlandiya hərbçiləri açır.

Saat 1 Topu

Saat 1 Topu vaxt siqnalıdır və bazar günü, Yaxşı Cümə və Milad günü istisna olmaqla, hər gün topla dəqiq saat 13:00-da atəş açılır.

Edinburqun simvolu

Qala Edinburqun və Şotlandiyanın tanınmış simvoluna çevrilmişdir. Qalanı Edinburq şəhərinin və Edinburq Universitetinin gerbində görmək olar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Edinburq qalası haqqında məlumat. Edinburq qalası nədir? Edinburq qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sulduz nahiyəsi

  • Fevral 27, 2026

    Qanuni oğru

  • Fevral 27, 2026

    Recco Kalabriya

  • Fevral 27, 2026

    1948-ci il

  • Fevral 25, 2026

    Tarixşünaslıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst