Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yakobus Qolius(lat. Jacobus Golius, nid. Jacob van Gool, Jacob Gohl, Iacobo Golio, doğ. 1596, Haaqa — öl. 28 sentyabr 1667, Leyden) — Niderland şərqşünası, riya

Yakobus Qolius

  • Ana Səhifə
  • Vikipediya
  • Yakobus Qolius

Yakobus Qolius(lat. Jacobus Golius, nid. Jacob van Gool, Jacob Gohl, Iacobo Golio, doğ. 1596, Haaqa — öl. 28 sentyabr 1667, Leyden) — Niderland şərqşünası, riyaziyyatçısı, astronom və səyyahı.

Yakobus Qolius
lat. Jacobus Golius, nid. Jacob van Gool
Doğum adı Jacob Gool
Doğum tarixi 1596
Doğum yeri Haaqa
Vəfat tarixi 28 sentyabr 1667 (70–71 yaşında)
Vəfat yeri Leyden
Elm sahələri şərqşünaslıq, riyaziyyat, tərcüməçilik fəaliyyəti[d]
İş yerləri
  • Leyden Universiteti (1625),
  • Leyden Universiteti (1629–1667)
Təhsili
  • Leyden Universiteti (1612–1618)
Elmi rəhbərləri Villebrord Snell, Tomas Erpenius
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Yakobus Qolius 1596-cı ildə Laheydə doğuldu. Təhsilinə ilahiyat, fəlsəfə, tibb və riyaziyyat sahələrində başladı; ancaq daha sonra müəllimi Tomas Erpeniusun (van Erpe) təsiriylə ərəbşünaslığa yönəldi. Hollandiyanın İslam və Ərəb dünyası araşdırmalarında son zamanlara qədər yerini qoruyan ön səflərdəki mövqeyi, XVII əsrdə Leyden şəhərində fəaliyyət göstərən bu iki önəmli şərqşünas ilə başlamış və inkişaf etmişdir. Qolius, müsəlman ölkələrinə heç səyahət etməmiş olan müəlliminin əksinə gənc yaşda İslam aləmiylə təmasa keçdi və 1622-ci ildə Mərakeşə göndərilən bir elçilik həyətinə qatılaraq o dönəmdə bu ölkə xarici ticarətinin mərkəzi olan Asfa (Safi) limanına getdi, 1624-cü ilə qədər orada qaldı. Bu müddət içində Ərəbcəsini təkmilləşdirmə, Mərakeşin tarixini incələmə və əlyazma kitab toplama imkanı tapdı. Ayrıca burada Erpeniusun tövsiyəsiylə hər cür yerli məhsulun adlarının siyahısını tutdu; bundan məqsəd şübhəsiz eyni zamanda Hollandiyanın ticarətinə xidmət etmək idi.

Mərakeşdən Leydenə döndüyündə (1624) o il ölən müəlliminin yerinə Ərəb dili profesorluğu vəzifəsinə gətirilən Qolius, bir il sonra Leyden Universiteti tərəfindən əlyazma kitab satın almaq üzrə Şərq ölkələrinə göndərildi. Dörd ildən arqıq sürən bu səyahəti sırasında bir yarım il Hələbdə qaldı. Ardından Antakiyanı və Suriyanın digər şəhərlərini ziyarət edərək 1623-cü ildə səfəvilərin əlinə keçmiş olan Bağdadı qurtarmaq məqsədiylə İraqa doğru irəliləyən Osmanlı ordusuna qatıldı və daha sonra da Anadoluya keçərək İstanbula çatdı. Oradan bərabərində 250 qədər nadir əlyazma əsər olduğu halda ölkəsinə döndüyündə ona köhnə vəzifəsi ilə yanaşı riyaziyyat profesorluğu da verildi və bu vəzifələrini ölümünə qədər (28 sentyabr 1667) apardı.

  1. Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. Golius, Jacobus // Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. Leidse Hoogleraren (nid.).
  4. Riyazi genealogiya layihəsi (ing.). 1997.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yakobus Qolius haqqında məlumat. Yakobus Qolius nədir? Yakobus Qolius nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elektronik musiqi

  • Fevral 27, 2026

    Yəmən tarixi

  • Fevral 27, 2026

    Duks

  • Fevral 27, 2026

    Columbia Pictures

  • Fevral 27, 2026

    1568-ci il

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst