Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

“Columbia Pictures” Hollivudun 6 böyük film studiyasından biridir. Studiyanın əsası 1919-cu ildə “Cohn-Brandt-Cohn Film Sales” adı ilə Cek Koyn, Harri Koyn və C

Columbia Pictures

  • Ana Səhifə
  • Vikipediya
  • Columbia Pictures

Columbia Pictures— Hollivudun 6 böyük film studiyasından biri.

Columbia Pictures
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye kino istehsalı
Məhsulu film
Təsis tarixi 1918
Baş qərargahın yeri
  • Kalver-Siti
  • Amerika Birləşmiş Ştatları
Struktur
Ana şirkət Sony Pictures
Tərəfdaşlar TriStar Pictures
sonypictures.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Şirkət haqqında

“Columbia Pictures” Hollivudun 6 böyük film studiyasından biridir. Studiyanın əsası 1919-cu ildə “Cohn-Brandt-Cohn Film Sales” adı ilə Cek Koyn, Harri Koyn və Cob Bren tərəfindən qoyulmuşdur. Studiyanın ilk filmi 1922-ci ildə ekranlara çıxdı. “Columbia Pictures” adını isə 1924-cü ildə qəbul etdi. Yarandığı ilk illərdə kiçik işlər görən studiya 1920-ci illərin sonlarında böyüməyə başladı. Məşhur rejissor Frenk Kapra ilə əməkdaşlıq da buna təkan verdi. Studiya komediya filmləri istehsal edən ən uğurlu şirkətlərdən birinə çevrildi. 30-cu illərin sonunda studiyanın müqavilə imzaladığı iki əsas ulduz Cin Artur və Keri Qrant idi. 50-ci illərə doğru Rita Heyvors, Rozalin Rassel, Qlenn Ford, Uilliam Holden və başqaları studiya ilə əməkdaşlığa başladı. 1982-ci ildə şirkət “Coca Cola” kompaniyasının, 1989-cu ildə isə “Sony” şirkətinin tərkibinə daxil oldu.

Studiyanın “Ən Yaxşı Film” Kateqoriyasında Oskar alan filmləri

  • “It Happened One Night” (O Bir Gecə Baş Verdi) – 1934
  • “You Can't Take It with You” (Onu Özünlə Götürə Bilməzsən) – 1938
  • “From Here to Eternity” (Buradan Əbədiyyətədək) – 1954
  • “The Bridge on the River Kwai” (Kvay Çayı Üzərində Körpü) – 1957
  • “Lawrence of Arabia” (Ərəbistanlı Lourens) – 1962
  • “A Man for All Seasons” (Bütün Fəsillərin İnsanı) – 1966
  • “Oliver!” (Oliver) – 1968
  • “Kramer vs. Kramer” (Kramer Kramerə Qarşı) – 1979
  • “Gandhi” (Qandi) – 1982
  • “The Last Emperor” (Sonuncu İmperator) – 1987

Filmoqrafiya

  1. Kolleksiyaçı (film, 1965)
  2. İnadkarın ram edilməsi (film, 1967)
  3. Məzəli qız (film, 1968)
  4. Makkennanın qızılı (film, 1969)
  5. Emmanuel (film, 1974)
  6. Leon (film, 1994)
  7. Şouşenkdən qaçış (film, 1994)
  8. Hörümçək-adam (film, 2002)
  9. Terminator 3: Maşınların üsyanı (film, 2003)
  10. Geyşanın memuarları (film, 2005)
  11. Da Vinçi şifrəsi (film, 2006)
  12. Boleyn qızı (film, 2008)
  13. Güzgülər (film, 2008)
  14. Mərhəmət kvantı (film, 2008)
  15. 2012 (film, 2009)
  16. Haçiko, bir itin taleyi (film, 2009)
  17. Karateçi uşaq (film, 2010)
  18. Gecəyarısı ekspresi (film)

Maraqlı faktlar

  • “Columbia Pictures” loqotipində çəkilmiş əlində məşəl tutan xanım sadə amerikalı evdar qadın Cenni Cozef olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Columbia Pictures haqqında məlumat. Columbia Pictures nədir? Columbia Pictures nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Calut

  • Fevral 28, 2026

    İsa Nəcəfov

  • Fevral 27, 2026

    Afyonkarahisar ili

  • Fevral 27, 2026

    Yuri Konovalov

  • Fevral 27, 2026

    Taqanroq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst