Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu – 7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya

Nəsir Əhmədli

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsir Əhmədli

Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu – 7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü.

Nəsir Əhmədli
Doğum tarixi 1 iyul 1942(1942-07-01)
Doğum yeri
  • Alakol, Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi 7 iyun 2022(2022-06-07) (79 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Alakol
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • Azərbaycan Televiziyası,
  • Bakı Dövlət Universiteti
Təhsili
  • Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi,
  • Azərbaycan Mətbuat Şurası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20102010
3-cü dərəcəli "Əmək" ordeni — 20182018"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 20192019

Mündəricat

Həyatı

Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir. 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunmuşdur.

Əmək fəaliyyəti

Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışır. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində". 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.

"Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülmüşdür.

Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvüdür.

Tədqiqat sahəsi

  • Jurnalistin nitq mədəniyyəti
  • KİV xaricə siyasi informasiya yayımı sistemində
  • Beynəlxalq radio yayımı
  • Televiziya jurnalistikası
  • Beynəlxalq jurnalistika və s.

Mükafatları

  • 2006 – "Media açarı"
  • 2009 – Təhsil Nazirliyinin Fəxri fərmanı
  • 2010 – "Cəsarətli qələm"
  • 2010 – Əməkdar jurnalist
  • 2011 – BDU-nun Fəxri fərmanı
  • 2012 — BDU-nun Fəxri fərmanı
  • 2012 – I dərəcəli Ali Media Mükafatı
  • 2014 — Mətbuat Şurasının diplomu
  • 2016 – Mirzə Cəlil Ali Media Mükafatı
  • 2017 – BDU-nun Fəxri fərmanı
  • 2019 — III dərəcəli "Əmək" ordeni
  • "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı

Kitablar

  • Səsimiz, sorağımız (Xarici publisitikada Azərbaycan mövzusu). Bakı: Azərnəşr, 1988, 135 s.
  • Səslər içində (Azərbaycan radiosu ellərarası efirdə). Bakı: "İşıq", 1990, 112 s.
  • Jurnalistin vizual nitq mədəniyyəti.Bakı: "Yeni nəsil", 2002, 120 s.
  • Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə (rusca). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2003, 220 s.
  • Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2004, s.
  • Средства массовой информации в системе внешнеполитической информации. Баку: изд-во "Bakı Universiteti", 2004, с.
  • Jurnalistin nitq mədəniyyəti. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2005.
  • Korifeylərin portretləri. Bakı: "Nurlan", 2008, 280 s.
  • Ürəkdə bəslənən sevdaya şükür (şeirlər). Bakı, MBM, 2008,176 s.
  • "Jurnalistika" ixtisası üzrə buraxılış işinin yazılması, tərtibi və müdafiəsi. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, 24 s.
  • Con Milton və onun "Areopagitika" əsəri.Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2011, 120 s.
  • Jurnalistin nitq mədəniyyətinin əsasları. Bakı: "Elm və təhsil", 2014, 280 s.
  • M.Y.Lermontov 200. 26 yaşlı şairdən 26 şeir / Nəsir Əhmədlinin tərcüməsində. Bakı: Mütərcim, 2014, 100 s.
  • Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik. Bakı: "Nural-nəşr", 2020, 45 s.
  • Sən oldun (Seçilmiş şeirlər və tərümələr). Bakı: ADNSU-nun mətbəəsi, 2021, 100 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəsir əhmədli sözünün mənası, nəsir əhmədli haqqında məlumat. nəsir əhmədli nədir? nəsir əhmədli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Averroes

  • Mart 01, 2026

    Adi soğan

  • Fevral 27, 2026

    1807-ci il

  • Mart 03, 2026

    Haqqıxlı

  • Mart 07, 2026

    Türkiyə Ordusu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst