Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mahir Niyazi oğlu Qarayev (17 iyul 1958, Göyçay) — Azərbaycan şairi, publisisti, tərcüməçisi. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mahir Qarayev

  • Ana Səhifə
  • Vikipediya
  • Mahir Qarayev
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 4 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Mahir Niyazi oğlu Qarayev (17 iyul 1958, Göyçay) — Azərbaycan şairi, publisisti, tərcüməçisi. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mahir Qarayev
Doğum tarixi 17 iyul 1958(1958-07-17) (67 yaş)
Doğum yeri
  • Göyçay, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti publisist, şair, tərcüməçi
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi

Mündəricat

Həyatı

Mahir Qarayev 17 iyul 1958-ci ildə doğulub. 1975-ci ildə Göyçay şəhər 1 saylı orta məktəbini, 1985-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1987-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.

1994–1996-cı illərdə Azərbaycan Tərcümə Mərkəzində "Yol" ədəbi qəzetinin redaktoru olmuşdur. 1996–1999-cu illərdə Mədəniyyət Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 2014-cü ildən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisidir.

Nəşr olunmuş kitabları

  • Tənhalıq (şeirlər və poetik tərcümələr). Bakı, "Oskar", 2008.
  • Poetik silsilələr toplusu. Bakı, "Qanun", 2011.
  • Sonuncu korifey (roman). Bakı, "Qanun", 2022.

Nəşr olunmuş tərcümə kitabları

Mahir Qarayev dünya ədəbiyyatının incilərini Azərbaycan dilinə qazandırmışdır:

  • Frans Kafka — Seçilmiş əsərləri (1995, 2014, 2021)
  • Qabriel Qarsia Markes — Seçilmiş əsərləri (1996, 2013, 2021)
  • Ernest Heminquey — Seçilmiş əsərləri (2010, 2013, 2022)
  • Çingiz Abdullayev — Bakı bulvarı, İngilis bulvarı (2011)
  • Andre Morua — Yad qadına məktublar (2014), Seçilmiş əsərləri (2023)
  • Patrik Modiano — Seçilmiş əsərləri (2015)
  • Mario Varqas Lyosa — Seçilmiş əsərləri (2020)
  • Alberto Moravia — Çoçara. Roma hekayələri (2018)

Poetik tərcümələri

Müəllif bir çox dünya şairlərinin yaradıcılığından poetik nümunələri tərcümə etmişdir:

  • Yohann Volfqanq Göte: "İthaf"
  • Mixail Lermontov: "Yelkən", "Dilənçi", "Vəsiyyət"
  • Anna Axmatova: "Ürək ki ürəyin əsiri deyil..."
  • Sergey Yesenin: "Anama məktub"
  • Federiko Qarsiya Lorka: "Gitara", "Memento"
  • Rayner Mariya Rilke: "Orfeyə sonetlər" silsiləsindən

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mahir qarayev sözünün mənası, mahir qarayev haqqında məlumat. mahir qarayev nədir? mahir qarayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Afət İlqaz

  • Mart 06, 2026

    Akrostix

  • Mart 05, 2026

    Cenchrus americanus

  • Mart 01, 2026

    Aydoğan Vətəndaş

  • Mart 04, 2026

    Sunam Qirsik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst