Corc Roulinson (ing. George Rawlinson; 23 noyabr 1812, Çadlinqton[d], Oksfordşir[d] – 6 oktyabr 1902, Kenterberi, Kent qraflığı) — Böyük Britaniya alimi, tarixşünası, xristian teoloqu.
| Corc Roulinson | |
|---|---|
| ing. George Rawlinson | |
| |
| Doğum tarixi | 23 noyabr 1812 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 6 oktyabr 1902 (89 yaşında) |
| Vəfat yeri |
|
| Elm sahələri | tarix, teologiya |
| İş yeri | |
Həyatı
Corc Roulinson 23 noyabr 1812-ci il tarixində Böyük Britaniyanın Oksfordşir qraflığının Çadlinqton kəndində anadan olmuşdur. O, Avraam Tisek Roulinsonun oğlu, məşhur Assurioloq Ser Henri Roulinsonun kiçik qardaşı idi. O, ibtidai və orta təhsilini İlinq məktəbində, ali təhsilini isə Oksford Universitetində almışdır. O, 1838-ci ildə oradan məzun olmuşdur. O, 1842-ci ildən 1889-cu ilə qədər müəllimlik və professorluq etmişdir.
O, 1846-cı ildə Ser Robert Aleksandr Çermsaydın qızı Lüiza Çermsayd ilə evlənmidir.
Corc Roulinson 6 oktyabr 1902-ci il tarixində Böyük Britaniyanın Kent qraflığının Kenterberi şəhərində, 89 yaşında vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, corc roulinson sözünün mənası, corc roulinson haqqında məlumat. corc roulinson nədir? corc roulinson nə deməkdir?
