Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tofiq Vəliyev (tam adı: Vəliyev Tofiq Talış oğlu; d. may 1934, Ağdam, Azərbaycan) — tarix elmləri doktoru, 1993-2014-cü illərdə Bakı Dövlət Universiteti «Slavya

Tofiq Vəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Tofiq Vəliyev

Tofiq Vəliyev (tam adı: Vəliyev Tofiq Talış oğlu; d. may 1934, Ağdam, Azərbaycan) — tarix elmləri doktoru, 1993-2014-cü illərdə Bakı Dövlət Universiteti «Slavyan ölkələri tarixi» kafedrasının müdiri, "Şöhrət" ordeni laureatı.

Tofiq Vəliyev
Vəliyev Tofiq Talış oğlu
Doğum tarixi may 1934
Doğum yeri Kürdlər, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2014 (79–80 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri BDU
Təhsili BDU-nun Tarix fakültəsi
Mükafatları "Şöhrət" ordeni — 20092009

Mündəricat

Həyatı

Vəliyev Tofiq Talış oğlu 1934-cü ilin may ayında Ağdam rayonunun Kürdlər kəndində müəllim ailəsində anadan olumuşdur. 1948–1951-ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1951–1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləmişdir. 1953–1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxumuş, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix İnstitutuna göndərilmişdir. 1958–1990-cı illərdə AMEA Tarix institutunda işləmişdir. 1960–1963-cü illərdə İnstitutun əyani aspiranturasında təhsil almışdır.

1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçmişdir. 1993-cü ildən 2014-cü ilədək fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində işləmişdir.

Elmi fəaliyyəti

1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-ci ildə Peterburqda (Leninqrad) keçirilmiş "Dünya iqtisadi tarixi" və həmin ildə Moskvada təşkil edilmiş "XII beynəlxalq tarix konqres"lərində iştirak etmişdir. 1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir.

"XIX əsr–XX əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatında kapitalist münasibətlərinin inkişafı və eyni dövrdə Şərqi Slavyan ölkələrinin tarixi" sahəsində tədqiqatlar aparır. 160-dan çox məqalənin, 5 monoqrafiyanın, orta və ali məktəblər üçün 14 dərslik və dərs vəsaitinin müəllifidir. 8 elmlər namizədi və 2 elmlər doktoru hazırlamışdır.

Seçilmiş əsərləri

  • XX əsr Azərbaycan tarixi (ali məktəblər üçün dərslik). Bakı, 2004.
  • Azərbaycan tarixi suallarda və cavablarda (dərs vəsaiti I hissə). Bakı, 2004.
  • Azərbaycan tarixi suallarda və cavablarda (dərs vəsaiti II hissə). Bakı, 2004.
  • Ümumdünya tarixi suallarda və cavablarda (dərs vəsaiti, II hissə). Bakı 2004.
  • Ümumdünya tarixi suallarda və cavablarda (dərs vəsaiti, III hissə). Bakı 2004.
  • Slavyan ölkələri tarixi. Ümumi kursun proqramı. Bakı 2004.
  • Slavyan ölkələri tarixi magistr kursunun proqramı. Bakı 2008.
  • XIX əsrin axrları XX əsrin əvvəllərində Rusiya və Azərbaycan iqtisadiyyatının inkişafı – Bakı Universitetinin «Xəbərləri (humanitar seriya)». Bakı, 2008, №3

Həmçinin bax

  • Bakı Dövlət Universiteti
  • BDU Tarix

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tofiq vəliyev sözünün mənası, tofiq vəliyev haqqında məlumat. tofiq vəliyev nədir? tofiq vəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Əngilan

  • Fevral 27, 2026

    Köşk

  • Fevral 27, 2026

    Mirabilit

  • Mart 06, 2026

    Hamfri Marşal

  • Fevral 24, 2026

    İsmayıl İbrahim

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst