Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaqif Abdulla oğlu Şərifov (12 avqust 1943, Kirovabad – 5 oktyabr 2021, Gəncə) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2014), Azə

Vaqif Şərifov

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif Şərifov

Vaqif Abdulla oğlu Şərifov (12 avqust 1943, Kirovabad – 5 oktyabr 2021, Gəncə) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2014), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən).

Vaqif Şərifov
Doğum tarixi 12 avqust 1943
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 oktyabr 2021 (78 yaşında)
Vəfat yeri
  • Gəncə, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr rejissoru, kino aktyoru
Fəaliyyət illəri 1960-cı ildən
Təhsili Azərbaycan İncəsənət İnstitutu (1967)
Teatr Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20142014 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 19921992
"Tərəqqi" medalı — 20132013

Mündəricat

Həyatı

Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Əskipara kəndindəndir.1960-cı ildən teatrda əmək fəaliyyətinə başlamış, 1967-ci ildə Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1967–1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974–1977-ci illərdə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977–1981-ci illərdə Ağdam Dram Teatrında baş rejissor, 1981–1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984–1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışmışdır.

Müxtəlif illərdə Nazim Hikmətin "Demoklisin qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İctimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", A.Məmmədovun "Dəli domrul", Anarın "Şəhərin yay gynləri", Mirzə Fətəli Axundovun "Qanun dəlalı", H.Mirəlimovun "Vicdanın hökmü", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam" işləmişdi. Azərbaycan teatrlarında 80-dən artıq quruluşu olmuşdur.

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olmuşdur.

2011-ci ildə "Aspoliqraf" nəşriyyatı tərəfindən Vaqif Şərifovun və onun həyat yoldaşı, Azərbaycan SSR əməkdar artisti, mərhum aktrisa Simuzər Namazovanın həyat və yaradıcılığından bəhs edən teatrşünas Anar Bürcəliyevin "Qoşa qanad" adlı kitabı nəşr edilmişdir.

Mükafatları

Vaqif Şərifova 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 13 fevral 2014-cü ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları verilmişdir. 2003-cü ildə "Qanun dəllalı" tamaşasının qurluşuna görə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Vaqif Şərifov 5 oktyabr 2021-ci ildə 78 yaşında vəfat etmişdir. Sənətkar Gəncədəki Fəxri xiyabanda torpağa tapşırılıb.

Filmoqrafiya

  • Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: İsmayıl
  • Adam ol! (film, 2005) (tammetrajlı bədii film) — quruluşçu rejissor; rol: erməni
  • Adam ol! 3 (film, 2007) (bədii serial)
  • Aşiqlər (film, 2008)
  • Cavad xan (film, 2009)
  • Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: mühasib
  • Bombaltı (film, 2019) — rol: Petya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaqif şərifov sözünün mənası, vaqif şərifov haqqında məlumat. vaqif şərifov nədir? vaqif şərifov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Maktan adası

  • Fevral 27, 2026

    Mahir Zeyn

  • Fevral 28, 2026

    Elxanilər sülaləsi

  • Mart 01, 2026

    İvan Zurabişvili

  • Fevral 18, 2026

    Norveç dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst