Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun Yuxarı Əskipara kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biridir.
| Yuxarı Əskipara | |
|---|---|
| |
| 41°03′58″ şm. e. 45°01′23″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 26.2 km² |
| Mərkəzin hündürlüyü | 864 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Yuxarı Əskipara | |
Tarixi
- Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır
- Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s.
Coğrafiyası və iqlimi
Kəndin dörd tərəfi dağlarla əhatə olunub, meşəliklə örtülüdür, çoxlu mineral bulaqları var. Kənd ada şəklində Ermənistan ərazisində yerləşmişdir. Aşağı Əskiparadan Erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır.
Toponimikası
Yuxarı Əskipara oykonim, miir. Keçmiş adı Əskipara olmuşdur. Ondan yaranmış yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Əskipara Azərbaycan dilindəki əski (köhnə, qədim) və para (hissə, yer, kənd) sözlərindən ibarət olub, "köhnə, qədim kənd" mənasındadır.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 637 nəfər əhali yaşayır. Əhalinin 321 nəfəri kişilər, 316 nəfəri qadınlardan ibarətdir.
Din
Görkəmli şəxsləri
- Davud bəy Şərifov (ata yurdu) (1885–1952) — Azərbaycanın ilk peşəkar arxeoloqu, ilk muzeyşünası, etnoqrafı, coğrafiyaşünası.
- Mustafa Şərifov (ata yurdu) (1875–1938) — İlk azərbaycanlı sanitar-həkim.
- Vaqif Şərifov (ata yurdu) (1943–2021) — Azərbaycan teatr rejissoru, kino aktyoru, Azərbaycanın xalq artisti.
- Şaiq Vəli (1950–2013) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həmçinin bax
- Qalakənd qalası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuxarı Əskipara haqqında məlumat. Yuxarı Əskipara nədir? Yuxarı Əskipara nə deməkdir?

