Quxuroba — Azərbaycan Respublikasının Qusar rayonunun Quxuroba kənd inzibati ərazi dairəsində kənd.
| Quxuroba | |
|---|---|
| 41°35′17″ şm. e. 48°32′31″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 226 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Quxuroba | |
Toponimikası
Yaşayış məntəqəsinin yerləşdiyi ərazidə XIX əsrdə Quxur kəndinin obası olmuşdur. XX əsrin əvvəllərində Quxur kəndindən çıxmış ailələr burada daimi yaşayış məntəqəsi salmışlar. Oykonim "Quxur kəndinə məxsus oba" mənasındadır.
Tarixi
Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Qusar rayonunun Quxuroba kəndi Sudur kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quxuroba kənd Soveti yaradılmışdır.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1861 nəfər əhali yaşayır.
İdman
Kənddə "Şahdağ" futbol klubunun müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, quxuroba sözünün mənası, quxuroba haqqında məlumat. quxuroba nədir? quxuroba nə deməkdir?
