Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karapet (Karo) Kahkecyan (erm. Կարապետ (Կարո) Քահքեջյան; 24 mart 1962, Hələb – 26 iyun 1993, Çardaqlı, Tərtər rayonu) — Birinci Qarabağ müharibəsində iştirak et

Karo Kahkecyan

  • Ana Səhifə
  • Vikipediya
  • Karo Kahkecyan

Karapet (Karo) Kahkecyan (erm. Կարապետ (Կարո) Քահքեջյան; 24 mart 1962, Hələb – 26 iyun 1993, Çardaqlı, Tərtər rayonu) — Birinci Qarabağ müharibəsində iştirak etmiş erməni terrorçu. Karo Birinci Qarabağ müharibəsi zamanı əsasən diaspor üzvlərindən təşkil edilmiş Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmənin rəhbəri və qurucusu olmuşdur. Hərbi əməliyyatlarda fəal iştirak etməsi səbəbindən qısa müddətdə tanınmış və böyük nüfuz qazanmışdır. Karo Kəlbəcərin işğalı zamanı 1993-cü ilin 26 iyun tarixində Azərbaycan ordusunun snayperi tərəfindən vurularaq öldürülmüşdür.

Karo Kahkeçyan
erm. Կարո Քահքեջյան
Digər adı Ağ ayı
Doğum tarixi 24 mart 1962(1962-03-24)
Doğum yeri
  • Hələb, Hələb mühafəzəsi, Suriya
Vəfat tarixi 26 iyun 1993(1993-06-26) (31 yaşında)
Vəfat yeri Çardaqlı, Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi güllələnib
Dəfn yeri Yerablur
Milliyyəti erməni
Fəaliyyəti hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kahkecyan 1962-ci ildə Suriyanın ən böyük ikinci şəhəri olan Hələb şəhərində doğulmuşdur. Ailəsi Suriya ermənilərindəm olan Karo uşaqlıq yaşlarından türklərə qarşı böyük nifrət hissi ilə tərbiyə edildi. Ali təhsil almaq üçün Almaniyanın Frankfurt şəhərinə yollanmış və burada memarlıq sahəsi üzrə təhsil almışdır. Daha sonra Almaniyada olan təhsilini mexanika mühəndisliyi üzrə davam etdirmişdir. Təhsilini bitirdikdən sonra Amerika ermənilərinin çoxluq təşkil etdiyi Kaliforniya ştatının Fresno şəhərinə yollanmışdır. Karo 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdən sonra əraziyə yollanmış və diaspordan gələn humanitar yardımların çatdırılması işi ilə məşğul olmuşdur.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının genişlənməsi və ardınca Birinci Qarabağ müharibəsinin başlamasından sonra Karo Qarabağa gəlmişdir. O, burada əsasən diaspor ermənilərindən təşkil edilmiş Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmə yaratmışdır. Azərbaycan Silahlı Qüvvələrinə qarşı Xocavənd, Hadrut və Laçın kimi ərazilərdə döyüşən Karo Kahkecyan 1993-cü ilin 26 iyun tarixində Azərbaycan ordusunun snayperi tərəfindən başından vurularaq öldürülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karo Kahkecyan haqqında məlumat. Karo Kahkecyan nədir? Karo Kahkecyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İbrahim Bayramov

  • Fevral 25, 2026

    Raşidi xilafəti

  • Fevral 27, 2026

    Macintosh

  • Fevral 26, 2026

    Con Adams

  • Fevral 27, 2026

    Qustav Husak

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst