Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Heydəriyyə mədrəsəsi – Qəzvində keçmiş atəşpərəst məbədinin qalıqları üzərində Səlcuqlular dövründə tikilmiş mədrəsə.

Heydəriyyə mədrəsəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Heydəriyyə mədrəsəsi

Heydəriyyə mədrəsəsi – Qəzvində keçmiş atəşpərəst məbədinin qalıqları üzərində Səlcuqlular dövründə tikilmiş mədrəsə.

Heydəriyyə mədrəsəsi
Ölkə
  •  İran[…]
Şəhər Qəzvin
Yerləşir Qəzvin şəhristanı
Aidiyyəti Səlcuq İmperiyası
Üslubu Səlcuqlu memarlığı
Uzunluğu
  • 20 m
  • 14 m
  • 10 m
Eni 14 m, 10 m, 6 m
Material kərpic[…]
Vəziyyəti stabil
36°15′54″ şm. e. 50°00′20″ ş. u.HGYO
Xəritə
Heydəriyyə mədrəsəsi (İran)
Nöqtə
Heydəriyyə mədrəsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

İndi Heydəriyyə mədrəsəsi adlanan böyük abidənin baş tikilisi olan əski məscid binası Xumartaş günbədinə yaxın bir tarixdə – XI–XII əsrlərin qovşağında tikilmişdir. Bu abidələrin hər ikisinin memarlıq həlli bir-birinə çox yaxındır.

Heydəriyyə günbədi bitkin plan-məkan quruluşu və yüksək bədii tərtibatı olan nadir memarlıq əsəridir. İbadət salonunun bütün hündürlüyü boyu qalxan və rəngli gəc bəzəkləri ilə bol süslənən hündür mehrabı yanlarında incə biçimli tağçalar yüksəlir. Salonun şimal tərəfi çox təntənəli işlənmişdir – ortadakı iri olmaqla üç sivri açırım buranın baş giriş olduğunu gözə çarpdırır. Yan divarlarda da eyni bölgü aparılmışdır. Ancaq burada künclərdə açırım yox, cənub divarında olduğu kimi ensiz tağçalar var. Bu künc taxçaların incəliyini çox sivri biçimli stalaktit salxımı tamamlayır.

İbadət salonunun yuxarısını çiçəkli kufi xəttilə yazılmış kitabə zolağı qurşaqlayır. Bu qurşağın üstündə günbəzə keçid tağları gəlir. Tağların içərisi kərpic düzümündən yaranan bəzək motivləri ilə üzlənmişdir. Heydəriyyə günbədinin günbəzi dağılmışdır. Bu abidə bayır tutumuna görə Qəzvin Cümə məscidindən az seçilirmiş. Heydəriyyə günbədi Qacarların hakimiyyəti zamanı tikilmiş eyniadlı mədrəsə binasına məscid kimi daxil edilmişdir.

Bina hazırda məktəb kitabxanası kimi istifadə olunur.

Şəkillər

Həmçinin bax

  • Səadətabad bağı
  • Çəhəl Sütun Sarayı
  • Səd əl-Səltənə karvansarası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, heydəriyyə mədrəsəsi sözünün mənası, heydəriyyə mədrəsəsi haqqında məlumat. heydəriyyə mədrəsəsi nədir? heydəriyyə mədrəsəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Müşahidə

  • Mart 01, 2026

    Nyu-York Tayms

  • Fevral 27, 2026

    Latviya Universiteti

  • Fevral 27, 2026

    Cəfər Qiyasi

  • Mart 01, 2026

    Alfred Meyer

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst