Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlı

Kufi xətti

  • Ana Səhifə
  • Vikipediya
  • Kufi xətti

Kufi xətti — Ərəb xətt növü. Kvadrat formada ərəb hərfləri.

Kufi xətti ilə bir Quran səhifəsi, VII – IX əsrlər dolayları.
Müasir, digital mühitdə düzəldilmiş nisbilik daha iti bucaqlı bir Kufi yazısı nümunəsi.

Mündəricat

Tarixi

Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanmışdır. Ərəb qrafikası ən qədim kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılmışdır. İlk "Quran" nüsxələri də məhz bu xətlə yazılmışdır.

Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər qazanmış, nəhayət, müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş, sonrakı dövrlərdə onun yalnız nöqtəli şəklindən istifadə olunmuşdur.

VII–VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi "çiçəkli kufi" diqqəti cəlb edir ki, həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb nəbatat motivləri ilə müşayiət olunurdu.

Bəzi tədqiqatçılar IX–X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını göstərdikləri halda, Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir:

1) Tümar — məscid və binaların kitabələrində istifadə edilmişdir;

2) Sicillat — sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə edilmişdir;

3) Ühud — əmr və sərəncamların yazılışında istifadə edilmişdir;

4–5) Müamərat və əmanat — order və sənədlərdə işlədilirdi;

6–9) Dibac, mədih, mürəssə, riyaş — bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə edilirdi;

10–12) Qübar, həsən və bəyaz — dini əsərlərin yazılışında istifadə edilmişdir.

VIII əsrin sonlarında isə artıq 37 kufi xətti növü mövcud idi: cəlil, tümar, kufi, müamərat, qübar cilyə, müsəlsəl, civanihi, nəsəf, sülseyn, riyaşi, məcmu, müsahif, lölöyi, əşar, həvaşi, müqtərin, mənsur, müdmic, mühəddis, məmzuc, müqəvvid, məbsut, mürsəl, müxəffəf, müəlləq, ühud, qübar, müəlləf, fəssah, nimat, qirmə, divani, müxəllə, müəccəz, tuəman, siyaqət, müfəttə.

Azərbaycanda nöqtəsiz, nöqtəli və çiçəkli kufi xəttindən əsasən kitabələrin yazılışında istifadə edilmişdir. AMEA Əlyazmalar İnstitutunda nöqtəli kufi xətti ilə köçürülmüş yalnız bir əlyazma saxlanılır.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kufi xətti haqqında məlumat. Kufi xətti nədir? Kufi xətti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    İstanbul ili

  • Fevral 27, 2026

    Qanunsuz immiqrasiya

  • Fevral 27, 2026

    Boşanma

  • Fevral 27, 2026

    Hepatit A

  • Fevral 27, 2026

    Bolus Kəpənəkçisi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst