Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəzər Heydər oğlu Heydərov (29 mart 1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət H

Nəzər Heydərov

  • Ana Səhifə
  • Vikipediya
  • Nəzər Heydərov

Nəzər Heydər oğlu Heydərov (29 mart 1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954).

Nəzər Heydərov
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
18 may 1949 – 9 mart 1954
ƏvvəlkiMir Bəşir Qasımov
SonrakıMirzə İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 29 mart 1896(1896-03-29)
Doğum yeri
  • Gürcülü, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 30 dekabr 1968(1968-12-30) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1919–1968)
Təhsili
  • Ümumittifaq Sənaye Akademiyası[d] (1928),
  • Moskva Neft İnstitutu[d] (–1931)
Fəaliyyəti siyasətçi, neftçi
Uşaqları
  • Arif Heydərov,
  • Qaçay Heydərov
Təltifləri "Lenin" ordeni — 1942 "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. Gorus şəhərindəki beşsinifli məktəbdə oxumuş, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1913-cü ildə Bakıya gələrək Ramana neft mədənlərində fəhlə olaraq işləmiş, 1918-ci ilin sonlarında mədənlərdə çalışmağı dayandıraraq doğulduğu kəndə qayıtmışdır.

1919-cu ilin mart ayında Nəzər Heydərov bolşeviklər partiyasına daxil olmuş, 1918–1920-ci illərdə Zəngəzurda kəndlilər arasında inqilabi iş aparmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Qubadlı İnqilab Komitəsinin sədri təyin edilərək həmin ilin sonunadək bu vəzifədə işləmişdir. Sonrakı illərdə o, bir sıra vəzifələrdə çalışmış, Azərbaycan K(b)P Qubadlı Qəza Komitəsinin katibi, Qubadlı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin məsul təlimatçısı olmuşdur. 1924–1926-cı illərdə Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, ardınca Şuşa İcraiyyə Komitəsinə başçılıq etmiş və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin müavini olmuşdur. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında çalışmışdır.

Nəzər Heydərov 1928-ci ildə Azərbaycan K(b)P MK tərəfindən Moskvada təhsil almağa göndərilmiş, Stalin adına Sənaye Akademiyasının neft şöbəsini və Moskva Neft İnstitutunu bitirdikdən sonra Bakıya qayıtmışdır. 1931-ci ildən başlayaraq 18 il Azərbaycan neft sənayesində işləmiş, Molotov adına mədənin direktoru, "Əzizbəyovneft" trestinin müdiri, Azərbaycan neft texniki təchizat trestinin müdiri, "Azneft" birliyi rəisinin müavini və rəisi, "Kirovabadneft" trestinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin 1949-cu ilin may ayında keçirilmiş IV sessiyasında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilmişdir. O, bu vəzifədə 1954-cü ilədək işləmiş, paralel olaraq SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Nəzər Heydərov 1954–1959-cu illərdə "Azərnefttextəchizat" idarəsi rəisinin müavini olmuş, 1960-cı ildə isə fərdi təqaüdə çıxmışdır.

Nəzər Heydərov dəfələrlə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin və Bakı Komitəsinin, Zaqafqaziya və AzərbaycanMİK-lərinin üzvü olmuşdur. 2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin, 2-ci və 3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" və "Qırmızı əmək bayrağı" ordenləri, "Qafqazın müdafiəsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.

Nəzər Heydərov 30 dekabr 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Onun Zəngəzurda inqilabi hərəkatdan bəhs edən "Zəngəzur dağlarında" adlı kitabı 1972-ci ildə yayımlanmış, rus və erməni dillərinə tərcümə edilmişdir.

Ailəsi

Nəzər Heydərovun oğlu Arif Heydərov (1926–1978) Azərbaycan SSR daxili işlər naziri olmuş, xidməti otağında qətlə yetirilmişdir. Digər oğlu Qaçay Heydərov (1920–1990) isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuş, professor elmi adına layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəzər heydərov sözünün mənası, nəzər heydərov haqqında məlumat. nəzər heydərov nədir? nəzər heydərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Maçka (İstanbul)

  • Fevral 27, 2026

    Leyl surəsi

  • Mart 01, 2026

    Mario Balotelli

  • Mart 07, 2026

    Zambeziya atlanqaçı

  • Fevral 27, 2026

    Amin (xəlifə)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst