Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mario Balotelli Barvuah (12 avqust 1990[…], Palermo) — İtaliya A Seriyası klublarından "Cenoa"da hücumçu kimi çıxış edən italiyalı peşəkar futbolçu.

Mario Balotelli

  • Ana Səhifə
  • Vikipediya
  • Mario Balotelli

Mario Balotelli Barvuah (12 avqust 1990[…], Palermo) — İtaliya A Seriyası klublarından "Cenoa"da hücumçu kimi çıxış edən italiyalı peşəkar futbolçu.

Mario Balotelli
it. Mario Balotelli
Ümumi məlumatlar
Doğum tarixi 12 avqust 1990(1990-08-12)[…] (35 yaş)
Doğum yeri
  • Palermo, Palermo əyaləti[d], Siciliya, İtaliya
Vətəndaşlığı
  •  İtaliya
  •  Qana
Boyu 189 sm
Çəkisi 88 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub İtaliya Cenoa
Nömrəsi 45
Karyerası
Gənclik karyerası
2001—2006 İtaliya Lumezzan
2006—2007 İtaliya İnter Milan
Klub karyerası
2006 İtaliya Lumezzan 2 (0)
2007—2010 İtaliya İnter Milan 59 (20)
2010—2013 İngiltərə Mançester Siti 54 (20)
2013—2014 İtaliya AC Milan 43 (26)
2014—2016 İngiltərə Liverpul 16 (1)
2015—2016 →  İtaliya AC Milan (icarə) 20 (1)
2016—2019 Fransa Nitsa 61 (33)
2019 Fransa Marsel 15 (8)
2019—2020 İtaliya Breşiya 19 (5)
2020—2021 İtaliya Monsa 14 (6)
2021—2022 Türkiyə Adana Dəmirspor 33 (18)
2022—2023 İsveçrə Syon 18 (6)
2023—2024 Türkiyə Adana Dəmirspor 16 (7)
2024— İtaliya Cenoa 2 (0)
Milli yığma
2008—2010 İtaliya İtaliya U-21 16 (6)
2010—2018 İtaliya İtaliya 36 (14)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 17 noyabr 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 oktyabr 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, karyerasına Lumezzanda başlayıb. Barselona infrastrukturunda əvvəllər iki dəfə baxışdan keçib. O, 2007-ci ildə İtaliyanın nüfuzlu klublarından "İnter" lə müqavilə imzalayıb. Balotellini komandaya gətirən Roberto Mançini olub, lakin o, Balotellinin intizamsız davranışına görə komandadan getmək qərarına gəlib. Balotelli yeni baş məşqçisi José Mourinho ilə çətin və çox yaxşı olmayan münasibətdə idi. Onun problemləri 2010-cu ilin martında İtaliyanın Striscia La Notizia televiziya şousunda çıxış edərək Milanın tərəfdarı olduğunu deməsi ilə daha da böyüdü. Bu idman medyasında o dönəmlər böyük qalmaqala səbəb oldu. Bu hadisə onun "İnter"dəki uzun karyerası ehtimalına son qoydu. Belə ki, azarkeşlər onun klubda qalmağını boykot etməyə başladılar. Balotelli 2010-cu ilin avqustunda "Mançester Siti" ilə müqavilə imzaladı və karyerası müəmmalı şəkildə sürprizlərlə davam etdi.

Balotelli ilk dəfə 2010-cu ilin avqustunda Kot-d’İvuar ilə yoldaşlıq oyununda İtaliya milli futbol komandasının formasını geyinib.

Mündəricat

Karyera

5 yaşında San Bartolomeoda futbol oynamağa başladı və 12 yaşında Lumezzan futbol akademiyasında davam etdi. Mario çox sürətlə inkişaf etdi və bir neçə ildən sonra akademiyadakı oyunuyla özünü sübut edərək A komandasına yüksəlməyə nail oldu. 2006-cı ilin aprelində, 15 yaşında, C1 Seriyasına yüksələn komandada meydana çıxdı. Lumezzane ilə ilk rəsmi oyununu Padova ilə keçirdi.

İnter

Həmin ilin iyununda o, ögey qardaşının təşəbbüsü ilə baxışdan keçmək üçün Barselonaya getdi. O, 3 matçda 8 qolla "Barselona"nın diqqətini çəksə də, Marionun vətəndaşlıq statusu ilə bağlı qeyri-müəyyənlik problemlər yaradıb. 18 yaşına qədər Mario Balotelli ailəsinin rəsmən oğlu hesab edilmirdi, o, qanalı sayılırdı. Bununla belə, İtaliya klubları onunla maraqlanırdı. Onun uğrunda İtaliyanın “Fiorentina” və “İnter” gərgin mübarizə aparıb və sonda qalib gələn komanda “mavi-qaralar” olub. Milan şəhəri onun evinə daha yaxın idi və "İnter" onu hər gün məşqdən sonra Konsesiodakı evinə buraxacağına söz vermişdi. Gənclər komandasında bir mövsüm keçirdikdən sonra o, Viareçioda gənclər arasında keçirilən turnirdə “İnter”in gənclərdən ibarət komandasına rəhbərlik edib. Balotelli ilk dəfə 16 dekabr 2007-ci ildə A komandasının formasını geyindi. Baş məşqçi Roberto Mançini onu 90-cı dəqiqədə "İnter"in "Kalyari" üzərində 2:0 hesablı qələbəsi ilə nəticələndi. Üç gün sonra Reccina ilə kubok matçında o, səfərdə ilk 11-də olub və 2 qol vurdu. Balotelli bir ay sonra İtaliya Kubokunun 1/4 final revanşında "Yuventus"a qarşı oynamaq şansı əldə etdi. O, "İnter"in 3:2 hesablı qələbəsində əsas isim olub. O, A Seriyasında ilk qolunu 6 aprel 2008-ci ildə Atalanta ilə səfər matçında 2-0 vurdu.

Zlatan İbrahimoviç və Balotelli (sağda)

Balotelli 4 Noyabr 2008-ci ildə UEFA Çempionlar Liqasında Kiprin Anortosis Famaqusta komandasına qol vurdu və 18 yaş 85 günlük yaşında "İnter Milan"ın UEFA Çempionlar Liqasında qol vuran ən gənc oyunçusu oldu. Bundan əvvəlki rekord 18 il 145 günlə Obafemi Martins məxsus idi. 2009-cu ilin aprelində 1-1 hesablı heç-heçə ilə bitən matçda "İnter "də oynayarkən "Yuventus" a qol vurduqda, "Yuventus" azarkeşləri " Balotelliyə qarşı irqçi şüarlar səsləndirdilər. Nəticədə "Yuventus" İtaliya Futbol Federasiyası tərəfindən bir neçə oyunluq tamaşaçısız matç keçirmə cəzası almışdır.

Mançester Siti

2010-11 mövsümündən əvvəl 20 yaşında "Mançester Siti" yə transfer olunub. "Mançester Siti" klubunun rəsmi saytında yer alan açıqlamada Balotelli ilə 5 illik müqavilə imzalanıb.

Balotelli 2010-cu il oktyabrın 2-də həbsxanada qadın palatasına basqın etməyə cəhd etdikdən sonra saxlanılıb və yarım saat sonra sərbəst buraxılıb. Bu xəbər İngiltərə medyasında günlərcə tirajlanmış və beləcə onun nüfuzuna xələl dəyməsi ilə bağlı Balotelli yerli nəşriyyatları məhkəməyə şikayət edəcəyini açıqlamışdı.

Balotelli sonuncu dəfə İngiltərə Kubokunun 3-cü mərhələsində "Uotford"la qarşılaşacaq "Siti"nin məşqi zamanı Mançini ilə dava edib.

Milan

O, 2012-13 mövsümündə "Milan" a transfer olunub. Roberto Mançini ilə yaşadığı problemlərə görə "Mançester Siti"dən ayrılmağa qərar verilib. Mario Balotelli "İnter" də oynayarkən dostları arasında klubun rəqibi " Milan" ın formasını geyindiyi zaman gündəmə gəlib. Bu hərəkəti İnterin tarixi azarkeş qruplarından olan Curva Nord-u narahat etmişdi və onlar klubu Balotellini komandadan qovmağa çağırmışdılar. O, 2013-cü ildə AC Milan ilə müqavilə imzalayıb. "Milan" Balotellinin 45 nömrəli formanı geyinəcəyini açıqlayıb. O, Milan forması ilə ilk rəsmi matçında 2 qol vurub.

Liverpul

O, 2014-15 mövsümündə 19,24 milyon funt-sterlinqə İngiltərənin Liverpul klubuna transfer olunub.

“Tottenhem” matçında vurduğu tək qol ona transfer qiyməti və 90 min funt-sterlinq həftəlik maaşı da daxil olmaqla 19,24 milyon funta başa gəlib.

Nitsa

31 avqust 2016-cı ildə yay transfer pəncərəsinin son günü Balotellinin Fransa Liqa 1-ində çıxış edən "Nitsa"ya pulsuz transferlə keçdiyi açıqlandı.

Olimpik Marsel

23 yanvar 2019-cu ildə Balotelli "Fransanın Liqa 1 klublarından Nitsa" ilə müqaviləsinə xitam verdi və "Marsel"lə mövsümün sonuna qədər müqavilə imzaladı.

Breşia

18 avqust 2019-cu ildə Balotelli pulsuz olaraq İtaliya Seria A komandalarından Breşiyaya keçdi və klubla 3 illik müqavilə imzaladı.

Brescia 2019-20 Serie A mövsümünün sonundaİtaliyanın B Seriyasına düşdü, buna görə də onun müqaviləsinin avtomatik yenilənməsi seçimi aktivləşdirilmədi və Balotelli 2020-ci ilin iyun və iyul aylarında dəfələrlə məşqləri buraxdıqdan sonra müqaviləyə xitam verildi. Məşqləri buraxmağı onun yüksək çəki almağına səbəb olmuşdu.

2020-ci ilin noyabr ayında azad agent olduğu zaman Balotelli evinin yaxınlığında Serie D (4-cü liqa) Franciacorta komandası ilə məşq etdi.

Monza

7 dekabr 2020-ci ildə Balotelli Milandan keçmiş komanda yoldaşı Kevin-Prins Boatenq və məşqçi Kristian Brokçinin də olduğu və Silvio Berluskoninin də sahibi olduğu Serie B Monza komandasına yeddi aylıq müqavilə ilə transfer edildi. 1 may 2021-ci ildə Balotelli təxminən bir ay meydandan kənarda qaldıqdan sonra Salernitana qarşı qol vurdu. Balotelli məqşlərə etinasız yanaşması ilə diqüət çəkdi və Monzada öz formunu qoruya bilmədi

Adana Dəmirspor

Balotelli Antalyaspor - Adana Dəmirspor matçında

7 sentyabr 2021-ci ildə "Adana Dəmirspor" ilə 3 illik müqavilə imzalayıb.

21 sentyabr 2021-ci il tarixində keçirilmiş Beşiktaş - Adana Dəmirspor matçında Balotelli 67-ci dəqiqədə Benjamin Stamboulini əvəzləyərək oyuna daxil olub. Qarşılaşmada "Beşiktaş" 3:1 hesablı üstünlüyə malik olub. Balotelli 79-cu dəqiqədə cərimə meydançasının kənarından dəbli qol vuraraq hesabı 3-2 edib. Qoldan sonra "Beşiktaş"ın ehtiyat oyunçular skamyasına gələn Balotelli şəhadət barmağı ilə əvvəlcə başını, sonra isə "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçını göstərib. Bu hərəkətdən sonra Balotelli sarı vərəqə alıb. 90+7. dəqiqədə Adana Dəmirspor hesabı 3-3-ə çatdırıb və matç başa çatıb. Matç bitər-bitməz "Beşiktaş"ın ehtiyat oyunçular skamyası Balotelliyə reaksiya verib və dava düşüb. Matçdan sonra Mario Balotellinin Sergenin 2013-cü ildə bir televiziya proqramında Balotelli haqqında söylədiyi şərhə cavab olaraq bu addımı atdığı iddia edilib. 22 may 2022-ci ildə liqanın 38-ci mövsümü. O, həftə ərzində keçirilən matçda “Göztepe” yə 5 qol vuraraq karyerasında ən çox qol vurduğu matça çıxıb. Balotelli mövsümü 18 qolla tamamlayıb və bombardirlər siyahısında Umut Bozokdan sonra ikinci yerdə qərarlaşıb. Türkiyə kubokunda 2 oyuna çıxan Balotelli 1 qol vurmağı bacarıb. Balotelli ilk mövsümündə komandasını liqada 9-cu tutdu.

Sion

31 avqust 2022-ci ildə Balotelli Super Liqa klubu Sion ilə iki illik müqavilə imzaladı. Balotelli Sion karyerasında 18 liqa matçında 6 qol vursa da, komandanın aşağı liqaya düşməsinin qarşısını ala bilməyib. Onun kapitan sarğısı ilə çıxış etdiyi matçlar olsa da, İsveçrə klubunda müxtəlif problemlər yaşamağa davam edirdi.

Adana Dəmirspor

Balotelli 2023 yay transfer mövsümünün son günündə yenidən "Adana Dəmirspor"a keçərək Türkiyəyə qayıdıb.

Cenoa

Balotelli 28 oktyabr 2024-cü ildə İtaliya A Seriyası təmsilçilərindən "Cenoa" ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, klubdakı debütünü noyabrın 4-də "Parma" üzərində 1–0 hesablı qələbə ilə yekunlaşmış matçda edib.

Milli komanda karyerası

Baş məşqçi Pierluici Casiraghi Balotelliyə İtaliyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında ilk dəfə 15 noyabr 2006-cı ildə Danimarkaya qarşı oynamaq şansı verdi. İtaliyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında ümumilikdə 8 dəfə çıxış edib və 4 qol vurub. 28 iyun 2012-ci ildə keçirilən 2012 Avropa Çempionatının Yarımfinal matçında vurduğu 2 qolla İtaliya futbolu tarixinə düşüb. Avropa Futbol Çempionatında bir matçda iki qol vuran ilk italyan oyunçu 1996-cı ildə Rusiyaya qarşı iki qol vuran Pierluigi Casiraghi oldu. Balotelli bu görüşdə vurduğu iki qolla buna nail olan ikinci futbolçu olub. Bundan başqa, İtaliya millisi bu iki qolla Almaniyaya 2:1 hesabı ilə qalib gələrək 2012-ci il futbol üzrə Avropa çempionatının finalında İspaniyanın rəqibi olub. Finalda İspaniyaya 4:0 hesabı ilə uduzublar.

24 yanvar 2022-ci ildə Roberto Mançini tərəfindən 4 ildən sonra yenidən milliyə dəvət edildi.

Statistika

Klub statistikası

Peşəkar karyerası Liqa Kubok Lig Kupası Süper Kupa Kıtasal Lig Toplam
Mövsüm Klub Liqa mərtəbəsi O Q A O Q A M G A M G A M G A M G A
İtaliya Liqa Coppa Italia Lig Kupası Supercoppa UEFA Toplam
2005-06 Lumezzane Serie C1 2 2
Cəmi 2 2
2007-08 Inter Serie A 11 3 3 4 4 15 7 3
2008-09 22 8 2 2 1 1 6 1 2 31 10 4
2009-10 26 9 6 5 1 1 1 1 8 1 1 40 11 9
Cəmi 59 20 11 11 5 1 2 1 1 14 2 3 86 28 16
İngiltərə Liqa FA Cup EFL Cup C.Shield UEFA Toplam
2010-11 Manchester City Premier League 17 6 2 5 1 1 6 3 28 10 3
2011-12 23 13 1 2 1 1 6 3 1 32 17 2
2012 14 1 1 1 1 1 1 4 1 1 20 3 3
Cəmi 54 20 4 6 1 2 3 2 1 16 7 2 80 30 8
İtaliya Liqa Coppa Italia Lig Kupası Supercoppa UEFA Toplam
2013 Milan Serie A 13 12 4 13 12 4
2013-14 30 14 6 1 1 10 3 2 41 18 8
Cəmi 43 26 10 1 1 10 3 2 54 30 12
İngiltərə Lig FA Cup EFL Cup C.Shield UEFA Toplam
2014-15 Liverpool Premier League 16 1 4 3 1 5 2 28 4
Toplam 16 1 4 3 1 5 2 28 4
İtaliya Lig Coppa Italia Lig Kupası Supercoppa UEFA Toplam
2015-16 →Milan (kiralık) Serie A 20 1 1 3 2 23 3 1
Cəmi 20 1 1 3 2 23 3 1
Fransa Liqa Coupe de France la Ligue Trophée d.C. UEFA Toplam
2016-17 Nice Ligue 1 23 15 1 1 1 4 1 28 17 1
2017-18 28 18 1 1 1 9 7 1 38 26 2
2018 10 1 10 1
Cəmi 61 33 3 2 2 13 8 1 76 43 4
2019 Olimpik Marsilya Ligue 1 15 8 15 8
Cəmi 15 8 15 8
İtaliya Liqa Coppa Italia Lig Kupası Supercoppa UEFA Toplam
2019-20 Brescia Serie A 19 5 19 5
Cəmi 19 5 19 5
2020-21 Monza Serie B 14 6 14 6
Cəmi 14 6 14 6
Türkiyə Liqa Türkiye Kupası Lig Kupası Süper Kupa UEFA Toplam
2021-22 Adana Demirspor Süper Lig 31 18 4 2 1 2 33 19 6
2022 2 1 2 1
Cəmi 33 18 5 2 1 2 35 19 7
İsveçrə Liqa Schweizer Cup Ligacup Super Cup UEFA Toplam
2022-23 Sion Super League 18 6 1 19 6
Cəmi 18 6 1 19 6
Türkiyə Liqa Türkiye Kupası Lig Kupası Süper Kupa UEFA Toplam
2023-24 Adana Demirspor Süper Lig 16 7
Cəmi 16 7
İtaliya Liqa Coppa Italia Lig Kupası Supercoppa UEFA Toplam
2024-25 Genoa Serie A 2 0
Cəmi 2 0
Karyera cəmi 372 151 34 28 10 5 6 4 3 1 1 58 22 8 449 181 48

Şəxsi həyatı

Balotelli İtaliyanın Palermo şəhərində Qana əsilli Tomas və Rouz Barvua ailəsində anadan olub. O, bağırsağında yaranan problemə görə həyat mübarizəsi aparıb və bir sıra əməliyyatlar keçirib. Maddi vəziyyəti yaxşı olmayan ailəsi onu övladlığa vermək qərarına gəlib. Mario Françesko-Silvia Balotelli cütlüyü tərəfindən övladlığa götürülüb. Barwuah ailəsi Marionu yeni ailəsinə öyrəşdiyi üçün geri almağa çalışsa da, Balotelli ailəsi hər dəfə məzuniyyətini uzatmağı bacarıb. O, sonda soyadını Balotelli olaraq dəyişdirdi və bioloji ailəsi ilə əlaqələrini kəsdi.

2011-ci ildə evində atəşfəşanlıq qoyub, yandırıb. Bu hadisədən qısa müddət sonra o, atəşfəşanlıq kampaniyası üçün reklam kampaniyasının siması oldu.

Tez-tez sevgilisini dəyişən Mario mətbuatda da bu yönü ilə gündəmə gəlib.

2012-ci ildə Balotelli GQ- da göründü və burada britaniyalı musiqiçi Tinie Tempahdan sonra dünyanın ən yaxşı geyinən ikinci adamı seçildi. Balotelli Time jurnalının 2012-ci ilin noyabr sayının üz qabığında da yer alıb.

Balotelli qarışıq döyüş sənətinin pərəstişkarıdır və keçmişdə futbolçu olmasaydı, bu idman növündə peşəkar şəkildə yarışmaq istərdim.

Balotelli artıq spirtli içki qəbul etmir.

Balotelli 2013 və 2014-cü illərdə Fanny Neguesha ilə romantik münasibətdə olub və onunla nişanlanıb.

2017-ci il sentyabrın 28-də Balotelli naməlum qadından dünyaya gələn Lion adlı ikinci uşağının atası oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mario Balotelli haqqında məlumat. Mario Balotelli nədir? Mario Balotelli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Statira

  • Mart 01, 2026

    Doktor Dum

  • Fevral 27, 2026

    Aymaqlar

  • Fevral 24, 2026

    Rostroconchia

  • Mart 01, 2026

    Yusif Şeyxi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst