Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsini

Valentin kərtənkələsi

  • Ana Səhifə
  • Vikipediya
  • Valentin kərtənkələsi

Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir.

Valentin kərtənkələsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Sauropsida
Sinif:
Sürünənlər
Klad:
Eureptilia
Klad:
Romeriida
Klad:
Diapsida
Klad:
Neodiapsida
Klad:
Sauria
Klad:
Lepidosauromorpha
Dəstəüstü:
Lepidosauria
Dəstə:
Pulcuqlular
Fəsiləüstü:
Lacertoidea
Fəsilə:
Əsl kərtənkələlər
Yarımfəsilə:
Lacertinae
Cins:
Qayalıq kərtənkələsi
Növ:
Valentin kərtənkələsi
Beynəlxalq elmi adı
  • Darevskia valentini Oskar Boettger, 1892
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  122353
EOL  457010

Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır. Çütləşkə zamanı sarı-narıncı formaya malik olurlar.

Onlar əsasən dağlıq ərazilərd, qayalarda, dağ çöllərində, hündürlüyü 1900–3000 m yüksəkliyə malik ərazilərdə yaşayırlar. Əsasən cücülər, kiçik onurğasızlar, uzunburunlular, ikiqanadlılar, qarışqalar, kəpənəklər, sərtqanadlılar, hörümçəklər, həmçinin molyusklarla qidalanırlar.

Qışlamanın sonu 2000 metr yüksəklikdə aprel ayının sonu, mayın əvvələrinə təsadüf edir.

Kərtənkələlər yumurta qoymaqla çoxalırlar. Yumurta qoyma iyunun ortaları, iyulun əvvələrinə təsadüf edir. Onlar 3-8, adətən isə 5 yumurta qoyurlar. Yumurtanın ölçüsü 14×8 mm olur. Balalar 26–27 mm olur və avqustun sonu, sentyabrın əvvələri yumurtadan çıxırlar.

Bu növ Azərbaycanın dağlıq ərazilərində, şimal-şərqi Türkiyə və şimal-şərqi, mərkəzi Ermənistan ərazilərində yayılmışdır. Üstəlik Acarıstan ərazisindədə görmək olar.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, valentin kərtənkələsi sözünün mənası, valentin kərtənkələsi haqqında məlumat. valentin kərtənkələsi nədir? valentin kərtənkələsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    To Lam

  • Fevral 27, 2026

    Samurçay

  • Mart 06, 2026

    Qalba

  • Fevral 28, 2026

    Mərkəzəfəndi qəbiristanlığı

  • Fevral 27, 2026

    Xanəgahlar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst