Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kaxokiya (ing. Cahokia) — İllinoys ştatının Kollinsvill şəhəri yaxınlığında, Missisipi çayının sahilində, Sent-Luislə üzbəüz yerləşən 109 yerli Amerika kurqanın

Kaxokiya

  • Ana Səhifə
  • Vikipediya
  • Kaxokiya

Kaxokiya (ing. Cahokia) — İllinoys ştatının Kollinsvill şəhəri yaxınlığında, Missisipi çayının sahilində, Sent-Luislə üzbəüz yerləşən 109 yerli Amerika kurqanından ibarət qrup. Bura Missisipi mədəniyyətinin (VII-XIII əsrlər) ən böyük arxeoloji abidəsidir. 1982-ci ildən UNESCO tərəfindən Ümumdünya İrsinə daxil edilib. Bu qədim şəhər təxminən 1050-1350-ci illər arasında çiçəklənmə dövrünü yaşayıb. Kaxokiya Avropalılar Yeni dünyaya gəlməzdən çox əvvəl Şimali Amerikanın ən sıx məskunlaşdığı bölgələrdən biri idi və burada məhsuldar kənd təsərrüfatı, inkişaf etmiş ticarət yolları və monumental memarlıq mövcud idi.

UNESCO-nun Ümumdünya irsi obyekti
Kaxokiya
Ölkə
  •  ABŞ
Tip Mədəni 
Kriteriya (iii)[d], (iv)[d]
Keçid 198bis
Daxil edilməsi   (qeyri-məlum sessiya)
Kaxokiya xəritədə
Kaxokiya
Kaxokiya

    Mündəricat

    Tarixi

    Qəbilə başçısının dəfn yerinin modeli.

    Kaxokiya Missisipi mədəniyyəti adlanan bir sivilizasiyanın mərkəzi idi. Onların şəhər planlaması və tikinti bacarıqları orta əsr Avropasının bəzi böyük şəhərlərindən belə üstün idi. Şəhərin ən məşhur xüsusiyyətlərindən biri təbii təpələrdən hazırlanmış nəhəng torpaq kurqanları (mounds) idi. Bunların ən böyüyü Monks Mound adlanan, hündürlüyü təxminən 30 metr olan nəhəng bir təpədir.

    Kaxokiyanın yenidən qurulması cəhdi

    Bu şəhər XII əsrdə kuliminasiya nöqtəsinə çatanda əhalisinin sayı təxminən 20.000 nəfər idi, belə ki, bu say o vaxtkı Londonun əhalisindən daha çox idi. Bütün şəhər 30 metr hündürlükdə olan Monks-Maund kurqanının ətrafında toplanmışdı. Kaxokiya həmin dövrün bir çox şəhər və kəndi kimi ovçuluq, qida toplama, ticarət və təsərrüfatla məşğul idi. Həmçinin mayyalılar kimi cənub xalqlarından təsirlənərək kölələr və insan qurban etmək ilə təbəqələşmə sistemi yaratmışdılar.

    Əhali qarğıdalı (məhsuldarlıq üçün əsas qida), balqabaq və günəbaxan becərirdi. Şəhər Missisipi çayına yaxın olduğu üçün balıq ehtiyatları bol idi. O, müasir ABŞ ərazisində Appalaç dağlarından Böyük Düzənliklərə qədər geniş bir ticarət şəbəkəsinin bir hissəsi idi.

    Missisipilər geniş qəbilə qrupu idi. Onlar astronomiyaya və rituallara böyük önəm verirdi. Onların astronomik müşahidələr aparmaq üçün taxta sütunlardan ibarət dairəvi bir qurğu – "Vodhenqe" tikdikləri məlumdur. Bu qurğu günəşin mövsümi hərəkətlərini izləmək üçün istifadə edilirdi. Bu da onu göstərir ki, Kaxokiyalılar əkinçilik, ticarət və dini ayinlər üçün səma hadisələrini nəzərə alırdılar. Şəhərdə tapılan boyalı keramika, daş maskalar və insan fiqurları Cahokianın güclü dini inanc sisteminə sahib olduğunu göstərir. Qurban mərasimləri və dini festivallar da Kaxokiya cəmiyyətində mühüm rol oynayırdı.

    İqlim dəyişikliyi və əhalinin artması ilə birlikdə qida və təbii resurslar tükənməyə başladı. 1350-ci illərə doğru Kaxokiya demək olar ki, tamamilə tərk edilmişdi və bu, onun "Şimali Amerikanın unudulmuş şəhəri" kimi adlandırılmasına səbəb oldu.

    Hazırda Kaxokiya UNESCO tərəfindən Ümumdünya İrsinə daxil edilmişdir və arxeoloqlar burada tapıntılar üzərində tədqiqatlar aparmağa davam edirlər.

    Ədəbiyyat

    • Bolfing, Christopher. (Undergraduate honors thesis). Texas State University–San Marcos. may 2010. 67–68. hdl:10877/3288. 4 mart 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 may 2012.
    • Chappell, Sally A. Kitt. Cahokia: Mirror of the Cosmos. Chicago: University of Chicago Press. 2002. ISBN 978-0-226-10136-1.
    • Emerson, Thomas E. . en:Tuscaloosa, AL: en:University of Alabama. 1997. ISBN 0-8173-0888-1. 24 fevral 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2006.
    • Emerson, Thomas E.; Lewis, R. Barry. . en:Urbana, Illinois: University of Illinois. 1991. ISBN 0-252-06878-5. 5 sentyabr 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2006.
    • Kelly, John E.; Brown, James A.; Hamlin, Jenn M.; Kelly, Lucretia S.; Kozuch, Laura; Parker, Kathryn; Van Nest, Julieann. Mound 34 : The Context for the Early Evidence of the Southeastern Ceremonial Complex at Cahokia // King, Adam (redaktor). Southeastern Ceremonial Complex: Chronology, Content, Context. University of Alabama Press. 26 avqust 2007. 57–87. ISBN 978-0-8173-5409-1.
    • Knight, Vernon James; Steponaitis, Vincas P. A Redefinition of the Hemphill Style in Mississippian Art // Lankford, George E.; Reilly, F. Kent; Garber, James (redaktorlar ). (PDF). University of Texas Press. 15 yanvar 2011. səh. 227. ISBN 978-0292723085. 23 fevral 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2013.
    • Pauketat, Timothy R. Cahokia: Ancient America's Great City on the Mississippi. New York: Viking Adult. 2009. ISBN 978-0-670-02090-4.
    • Pursell, Corin. Geographic distribution and symbolism of colored mound architecture in the Mississippian Southeast (MA thesis). en:Southern Illinois University Carbondale. 2004. səh. 205.
    • Townsend, Richard F.; Sharp, Robert V.; Bailey, Garrick Alan. Hero, Hawk, and Open Hand: American Indian Art of the Ancient Midwest and South. Yale University Press. 2000. ISBN 0-300-10601-7.
    • Young, Biloine; Fowler, Melvin L. . en:Urbana, Illinois: University of Illinois. 2000. ISBN 0-252-06821-1. 5 sentyabr 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2006. full text available at

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kaxokiya sözünün mənası, kaxokiya haqqında məlumat. kaxokiya nədir? kaxokiya nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      I Güştasp

    • Fevral 27, 2026

      Lesoto bayrağı

    • Mart 01, 2026

      Yergüc (Quba)

    • Fevral 27, 2026

      Hit

    • Mart 06, 2026

      Georgi Poltavçenko

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Mart 04, 2026

      Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst