Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lesoto bayrağı, 4 oktyabr 2006-cı ildə Lesoto Krallığı tərəfindən rəsmi olaraq qəbul edilmiş olan bayraqdır. Bayrağın mavi, ağ və yaşıl rəngdə olan üç ədəd zola

Lesoto bayrağı

  • Ana Səhifə
  • Vikipediya
  • Lesoto bayrağı

Lesoto bayrağı, 4 oktyabr 2006-cı ildə Lesoto Krallığı tərəfindən rəsmi olaraq qəbul edilmiş olan bayraqdır. Bayrağın mavi, ağ və yaşıl rəngdə olan üç ədəd zolaqlarıdır var və bayrağın mərkəzi hissəsində (ağ zolağın mərkəzində) Basotho papağı yerləşdirilmişdir. Bu bayraq Lesoto krallığının müstəqilliyinin 40-cı ili münasibəti ilə qəbul edilmişdir. Bu yeni bayraq ölkə sülhünün və sülh oriyentasiyasının simvolu hesab edilir.

Lesoto bayrağı
Təfərrüatlar
İstifadə edən(lər) Lesoto
Qəbul edilib 4 oktyabr 2006
Proporsiya 2:3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Lesotonun ilk bayrağı 4 oktyabr 1966-cı ildə, ölkənin müstəqilliyini əldə etdiyi gün qəbul edilmişdir. Bayraqdakı ən gözəgəlimli fiqur isə ağ Basotho papağıdır. Bu papaqda istifadə edilən ağ rəng sülhün simvoludir. Bayrağın hakim rəngi olan mavi rəng səmanı və yağışı, yaşıl rəng torpağı, qırmızı rəng isə imanı simvolizə edir.

20 yanvar 1987-ci ildə Lesotoda yeni bayraq qəbul edilmişdir. Bu bayraq 20 ildir hakimiyyətdə olan Basotho Milli Partiyasının hərbi çevriliş yolu ilə devrilməsindən sonra qəbul edilmişdir. Bu bayraqda ənənəvi ağ rəngli Basotho papağı fiqurunun yerini açıq qəhvəyi rəngli Basotho qalxanı, "assegai" (nizə) və "knobkierie" (dəyənək) əvəz edilmişdir. Bayrağın rəngləri və forması da dəyişdirilmişdir. Diaqonal olan ağ rəngli zolaq sülhü, diaqonal olan açıq mavi rəngli zolaq yağışı, diaqonal olan yaşıl rəngli zolaq isə rifahın simvolu olmuşdur.

1993-cü ildə hərbi idarə demokratik hökumətlə əvəz olunmuş olsa da, ölkə daxilində bayraqla bağlı gərgin müzakirələr davam etmişdir. Ölkənin bu ikinci bayrağı hərbi xunta rejimi ilə eyniləşdirilmiş və onu dəyişdirmək üçün ictimaiyyətdən tələblər olmuşdur. Yeni bayraq isə 2006-cı ildə qəbul edilmişdir.

Dizayn

Milli bayrağın rəng kodları və ölçüləri aşağıdakı kimidir.

Mavi Ağ Yaşıl Qara
CMYK100-80-0-380-0-0-0100-0-55-42100-100-100-99
HEX #00209F #FFFFFF #009543 #000000
RGB 0-32-159 255-255-255 0-149-67 0-0-0
Bayrağın ölçüləri

Tarixi bayraqlar

  • Birləşmiş Krallığın müstəmləkəsi olan Basutolend bayrağı (1884–1966)
    Birləşmiş Krallığın müstəmləkəsi olan Basutolend bayrağı (1884–1966)
  • Lesoto krallığının bayrağı (1966-1987)
    Lesoto krallığının bayrağı (1966-1987)
  • Lesoto krallığının bayrağı (1987-2006)
    Lesoto krallığının bayrağı (1987-2006)
  • Bayraqda olan və mokorotlo adı verilmiş papaq
    Bayraqda olan və mokorotlo adı verilmiş papaq

Həmçinin bax

Lesoto gerbi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lesoto bayrağı haqqında məlumat. Lesoto bayrağı nədir? Lesoto bayrağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əsgər Orucov

  • Fevral 27, 2026

    Propilen

  • Fevral 26, 2026

    Reklam

  • Fevral 27, 2026

    Qiffnok

  • Fevral 27, 2026

    Baletmeyster

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst