Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülər Mikayıl qızı Əhmədova (20 avqust 1965, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, psixologiya elmləri namizədi.

Gülər Əhmədova

  • Ana Səhifə
  • Vikipediya
  • Gülər Əhmədova

Gülər Mikayıl qızı Əhmədova (20 avqust 1965, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, psixologiya elmləri namizədi.

Gülər Əhmədova
Müasir Müsavat Partiyası sədrinin xarici əlaqələr üzrə müavini
Vəzifədədir
11 mart 2020-ci ildən
    SədrHafiz Hacıyev
    Azərbaycan Respublikasının Milli Məclisi II, III və IV çağırış deputatı
    2000 – 2012
    Seçki dairəsi2000 — 8 saylı Yasamal III
    2005 — 15 saylı Yasamal I
    2005 — 34 saylı Xətai II
    ƏvvəlkiGülnarə Qurbanova (8 saylı)
    Mandat təsis edildi. (15 saylı)
    Nəsib Nəsibli (32 saylı)
    SonrakıMandat ləğv edildi. (8 saylı)
    Etibar Hüseynov (15 saylı)
    Ağacan Abıyev (32 saylı)
    Şəxsi məlumatlar
    Doğum adı Gülər Mikayıl qızı Əhmədova
    Doğum tarixi 20 avqust 1965(1965-08-20) (60 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası (–2012),
    • Müasir Müsavat Partiyası (2020)
    Təhsili
    • Azərbaycan Dövlət Pedaqoji Universiteti
    Fəaliyyəti siyasətçi, riyaziyyatçı
    Həyat yoldaşı Fikrət Əhmədov
    gularahmadova.com

    Mündəricat

    Erkən illəri və ailəsi

    Gülər Əhmədova 20 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Televiziya aparıcısı İlqar Mikayıloğlunun bacısıdır.

    Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri namizədidir. Rus və ingilis dillərini bilir.

    1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisidir. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.

    Gülər Əhmədova evlidir, həyat yoldaşı Fikrət Əhmədov fizika-riyaziyyat elmləri namizədidir.

    Siyasi-ictimai fəaliyyəti

    Gülər Əhmədova 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olmuşdur. O, 2000-ci ildən 2005-ci ilədək ikinci çağırış Milli Məclisin deputatı olmuş, 2005-ci ildən üçüncü çağırış millət vəkili olaraq Yasamal rayonunu parlamentdə təmsil etmişdir. O, 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli göstərmiş, 7,756 səs yığaraq dördüncü çağırış deputatı seçilmişdir. O, Xətai rayonundan seçilən ilk qadın deputatdır. Gülər Əhmədova deputat olduğu dövrdə Milli Məclisdə uşaqların problemlərini qabartmış, uşaq hüquqlarının müdafiəsinə xidmət edən qanunların qəbuluna nail olmuşdur. O, Yeni Azərbaycan Partiyası (YAP) üzvü olmuş, 14 dekabr 2012-ci ildə partiya sıralarından xaric edilmişdir.

    Gülər Əhmədova Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvü olmuşdur. Azərbaycan–Fransa və Azərbaycan–Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Rusiya, Azərbaycan–Səudiyyə Ərəbistanı və Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, həmçinin Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdur. Bundan əlavə, Gülər Əhmədova Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini olmuşdur. O, 2006-cı ildə Milli Məclis tərəfindən ​​Avropa Şurasının qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə kampaniyasının parlament ölçüsündə iştirakçısı təyin edilmişdir.

    Gülər Əhmədova 2008-ci ildə Türkiyə–Ermənistan sərhədinin açılması məsələsi gündəmə gələndə daha 3 qadın millət vəkili ilə birlikdə Türkiyədə çoxsaylı görüşlər keçirmişdir. Onun səyi ilə 2009-cu ildə Türkiyədə, Çanaqqala döyüşündə iştirak etmiş azərbaycanlılar üçün xatirə lövhəsi ucaldılmışdır. Gülər Əhmədovanın maddi və mənəvi dəstəyi ilə Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzi Avropa ölkələrində "Xocalıya ədalət" kampaniyası çərçivəsində ali məktəblərdə bir sıra tədbirlər keçirmişdir.

    Gülər Əhmədova "Mərkəz" qəzetinin təsisçisi və baş redaktorudur.

    2020-ci ilin dekabr ayında Müasir Müsavat Partiyası (MMP) sıralarına qatılmışdır. Daha sonra partiyanın Siyasi Şurasına üzv qəbul olunmuşdur. 11 mart 2020-ci ildə MMP Sədrinin Xarici Əlaqələr üzrə Müavini təyin olunmuşdur.

    Deputat mandatından imtina etməsi və həbsi

    Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı "mandat alveri" ilə bağlı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina etmişdir. Daha sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham sürülmüş və 2013-cü ilin fevralında Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilmişdir.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. 5 may 2014-cü ildə Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilmiş və o, azadlığa buraxılmışdır.

    Siyasi mövqeyi

    Gülər Əhmədova 2010-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin nümunəsindən çıxış etdiyini, onun yolundan getdiyini bildirmişdir. Gülər ​​Əhmədova Xocalı soyqırımını Qarabağ müharibəsinin ən dəhşətli hadisəsi və insanlığa qarşı cinayət adlandırmışdır. O həmçinin, soyqırımın tanınması üçün səylərin artırılmasının vacibliyini vurğulamışdır.

    Gülər Əhmədovanın sözlərinə görə, valideynlər övladının akademik göstəricilərinə, məktəbə və ya digər təhsil müəssisəsinə davamiyyətinə, sağlamlığına və s. məsuliyyət daşımalıdır. O, uşaqların həm fiziki, həm də intellektual cəhətdən sağlam böyüməsində dövlətin maraqlı olmalı olduğunu bildirmişdir. Gülər Əhmədova Azərbaycanda 5–10 yaşlı uşağın hüquqlarını qoruyacaq şəxsin və ya dövlət qurumunun olmamasından şikayətlənmişdir. Onun fikrincə, dövlətin əlində elə bir rıçaq olmalıdır ki, onun vasitəsilə uşağın mülkiyyət hüquqlarını qorumaq mümkün olsun. Gülər Əhmədova bildirmişdir ki, uşaq yetkinlik yaşına çatana və tamhüquqlu vətəndaş olana qədər dövlət orqanları uşağa görə məsuliyyət daşımalı və onun qanuni olaraq sahibi olduğu əmlaka ciddi nəzarət etməlidir. Gülər Əhmədova valideyn-övlad münasibətləri haqqında Rusiyada qəbul edilən bir qanununun Azərbaycanda tətbiqini də təklif etmişdir. Onun fikrincə, Azərbaycan vətəndaşlarının övladlarının əcnəbilər tərəfindən övladlığa götürülməsi yanlışdır. Gülər Əhmədova 2006-cı ildə övladlığa götürmə prosesinin sadəliyindən şikayətlənmiş və xarici dövlətlər Azərbaycanın müraciətlərinə cavab vermədiyindən uşaq alveri hallarının qarşısının alınmasının çətinləşdiyindən danışmışdır. O, bildirmişdir ki, Azərbaycan telekanallarında uşaqlara qarşı etik davranış pozuntularına yol verən verilişlər və filmlər tez-tez yayımlanır. Gülər Əhmədova əlavə etmişdir ki, televiziya məkanında etik normalara riayət etmək, mənəvi səbəblərdən yerli televiziya kanallarında qeyri-etik səhnələr və uşağa lazımsız məlumatlar əks etdirən verilişlər, filmlər və seriallar axşam saat 9-a kimi yayımlanmamalıdır.

    Keçmiş səhiyyə naziri Əli İnsanov 10 oktyabr 2005-ci ildə saxlanılmışdır. Növbəti ay Gülər Əhmədova verdiyi müsahibədə İnsanovun Azərbaycanda uşaq alverində iştirak etdiyini bildirmişdir. O, İnsanovu həbs olunmazdan əvvəl daim tənqid etmiş, buna görə də dəfələrlə təhdid edilmiş və İnsanov tərəfindən məhkəməyə verilmişdir.

    Təltif və mükafatlar

    Gülər Əhmədova 17 avqust 2011-ci ildə ABŞ-nin "Millətləri Birləşdirən Uşaqlar" təşkilatının prezidenti Dafna Edvards Ziman tərəfindən mükafatlandırılmışdır.

    Əsərləri

    • "Укpaденная история, геноцид" ("Oğurlanmış tarix, soyqırım"; İsmayıl Ağayev və S. Sarallı ilə; 2008)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gülər əhmədova sözünün mənası, gülər əhmədova haqqında məlumat. gülər əhmədova nədir? gülər əhmədova nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Cucumis melo

    • Mart 01, 2026

      Amorpha

    • Fevral 24, 2026

      Gürcüstan-İmeretiya quberniyası

    • Fevral 27, 2026

      Nereidalar

    • Mart 06, 2026

      Topalhəsənli

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Mart 06, 2026

      Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst