Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbayca

Ağacan Abıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ağacan Abıyev

Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.

Ağacan Abıyev
Azərbaycan Respublikasının Milli Məclisi III, IV və V çağırış deputatı
2005 – 2019
Seçki dairəsi2005 — 32 saylı Suraxanı üçüncü
2010 — 32 saylı Suraxanı üçüncü
2015 — 32 saylı Suraxanı üçüncü
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıAfət Həsənova
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru
1987 – 2015
ƏvvəlkiS. Novruzov
SonrakıFuad Hacıyev
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi
1997 – 2021
SonrakıAzər Əliyev
Avropa Boks Federasiyasının vitse-prezidenti
2002 – 2012
Azərbaycan Boks Federasiyasının prezidenti
1984 – 23 yanvar 2009
SonrakıKəmaləddin Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi 24 noyabr 1937(1937-11-24) (88 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Texniki Universiteti,
  • Azərbaycan İdman Akademiyası
Fəaliyyəti siyasətçi
Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi SSRİ əməkdar idman ustası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib.

1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsini icra edib.

1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var.

Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanıb. 6 dəfə Azərbaycan çempionu olub. SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası adlarını alıb.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədri olub. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

"Şöhrət" və "Şərəf" 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdir.

2025-ci il martın 1-də Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında Ağacan Abıyev Avropa Olimpiya Komitəsinin "Olimpiya çələngi" mükafatına layiq görülüb.

Rus və ingilis dillərini bilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağacan abıyev sözünün mənası, ağacan abıyev haqqında məlumat. ağacan abıyev nədir? ağacan abıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pterygota

  • Mart 01, 2026

    Konstantin (Əlcəzair)

  • Fevral 23, 2026

    Liberets

  • Fevral 27, 2026

    Şahzadə Ələddin

  • Mart 06, 2026

    Vitali Vorotnikov

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst