Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd İhsan Krımlı (türk. Ahmed İhsan Kırımlı, krımtat. Ahmed İhsan Qırımlı, Ахмед Ихсан Къырымлы; 23 aprel 1920, Balıkəsir ili – 11 dekabr 2011, Ankara) — həki

Əhməd Krımlı

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Krımlı

Əhməd İhsan Krımlı (türk. Ahmed İhsan Kırımlı, krımtat. Ahmed İhsan Qırımlı, Ахмед Ихсан Къырымлы; 23 aprel 1920, Balıkəsir ili – 11 dekabr 2011, Ankara) — həkim, siyasətçi, Krım Tatar mənşəli şair və xeyriyyəçi, Türkiyə Nazirlər Kabinetinin üzvü, dörd dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü, eyni zamanda 1987–2011-ci illərdə Türkiyədəki Krım Tatar İcmasının prezidenti. Əhməd İhsan Krımlının adına ədəbi müsabiqə də keçirilir.

Əhməd Krımlı
Türkiyə Respublikasının Turizm və tanıtma naziri
5 aprel 1973 – 26 yanvar 1974
ƏvvəlkiErol Yılmaz Akçal
SonrakıOrxan Birqit
Şəxsi məlumatlar
Doğum tarixi 23 aprel 1920(1920-04-23)
Doğum yeri
  • Balıkəsir ili, Türkiyə
Vəfat tarixi 11 dekabr 2011(2011-12-11) (91 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Partiya
  • Demokrat Partiya
Təhsili
  • İstanbul Universiteti Tibb fakültəsi[d]
Fəaliyyəti siyasətçi

Tibbi turizm, termal turizm, uşaq sağlamlığı və ailə planlaşdırılması ilə bağlı elmi məqalələrin müəllifidir. Şeir və xatirələr kitabı da yazmışdır.

Mündəricat

Həyatı

Əhməd İhsan Krımlı Türkiyəyə köç edən Krım tatarlarının ailəsində anadan olub. Onun ulu babası Bağçasarayda icmanın müftisi idi.

1947-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsini bitirmişdir. Londonda təcrübə keçmişdir. ABŞ-nin bir neçə xəstəxanasında həkim işləyibdi. Doktor Zuxal Çiçək Kırımlı ilə evli olud. Cütlüyün iki uşağı var idi.

Siyasi fəaliyyəti

Əhməd İhsan Krımlı altı il Ədalət Partiyası sədrinin müavini olub və 1962–1976-cı illərdə partiyanın idarə heyətində də çalışıb. Siyasətçi kimi yüksək dövlət vəzifələrində çalışmış, millət vəkili olmuşdur. Krımlı 1961–1977-ci illərdə Böyük Millət Məclisinin üzvü olmuşdur. Əhməd İhsan Krımlı Türkiyənin turizm naziri vəzifəsində çalışıb. 12 sentyabr 1980-ci il çevrilişindən sonra Kənan Evrənin rəhbərliyi altında Milliyyətçi Demokratik Partiyanın qurucularından biri olub. Türkiyədə Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının üzvü, Milli Səhiyyə Komissiyasının sədri və Qızıl Aypara sədrinin müavini vəzifələrində çalışmışdır.

Xeyriyyəçilik fəaliyyəti

Krım tatarlarının sürgün edilməsini öyrənəndən sonra İngiltərə və ABŞ-da bir neçə mühazirə oxuyub. 1960-cı və 1970-ci illərdə Dünya Anti-Kommunist Liqası konfranslarında çoxsaylı müzakirələrə rəhbərlik edib. 1987-ci ildə siyasi karyerasını bitirdikdən sonra ömrünü xeyriyyəçiliyə həsr etməyə başlayıb. 1987–2011-ci illərdə Türkiyədəki Krım Tatar İcmasının prezidenti, eyni zamanda Bolqarıstan, Azərbaycan və Krım Türkləri Federasiyasının prezidentidir. Əhməd İhsan Krımlının adına ədəbiyyat müsabiqəsi də vardır.

Mükafatları

  • "Xidmətə görə" ordeni, III dərəcə (2 mart 2004-cü il, Ukrayna) — Ukrayna ilə Türkiyə Respublikası arasında humanitar sahədə əməkdaşlığın inkişafına, Krım tatarlarının Ukraynada yerləşməsində əməli kömək göstərilməsinə əhəmiyyətli şəxsi töhfəsinə görə verilmişdir.
  • Krım Mühəndis-Pedaqoji Universitetinin fəxri professoru, 2000.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əhməd krımlı sözünün mənası, əhməd krımlı haqqında məlumat. əhməd krımlı nədir? əhməd krımlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Macəra

  • Mart 06, 2026

    Xocalı kurqanları

  • Fevral 27, 2026

    Alkmeon (Krotonalı)

  • Fevral 27, 2026

    Davud əz-Zahiri

  • Mart 02, 2026

    Şahzadə Xəlil

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst